Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml suspenziyanın tərkibində 1 mq flüorometolon vardır.
− Təsiredici maddəyə və sadalanan köməkçi maddələrə qarşı yüksək həssaslıq,
− Vaccinia və suçiçəyi kimi buynuz qişanın virus xəstəlikləri daxil olmaqla, kəskin epitelial herpes
simpleks keratiti (dendrit keratiti) olan pasiyentlər,
− Gözün mikobakterial və müalicə olunmamış bakterial infeksiyası və göz strukturlarının göbələk
xəstəlikləri,
− Xroniki blefariti olan pasiyentlər.
Hamiləlik
Hamilə qadınlarda flüorometolona dair adekvat və nəzarət olunan tədqiqatlar aparılmayıb. Heyvanlar üzərində aparılan tədqiqatlarda reproduktiv toksiklik müşahidə olunmuşdur.Hamiləlikdə istifadəsi tövsiyə edilmir.
Laktasiya
Bu dərman vasitəsinin insan südündə aşkar edilə bilən miqdarda nüfuz edilməsi üçün, kifayət qədər sistem absorbsiyaya malik olduğu bilinmir. Bu səbəbdən bu dərman vasitəsi laktasiya dövründə istifadə edilməməlidir. Preparatın istifadəsi qaçınılmaz olduqda, ana südü ilə qidalandırma dayandırılmalıdır.
İstifadə qaydası
Yalnız oftalmoloji istifadə üçündür.
Damcıladıcıya toxunmayın və ya onun gözünüzə toxunmasına imkan verməyin.
İstifadə etməzdən əvvəl yaxşı silkələyin.
Preparatın çirklənməsindən qaçmaq üçün, bu dərman vasitəsini ictimai yerlərdə istifadə etməyin.
Dozalanma
Gündə 2-4 dəfə bir və ya iki damcı təyin olunur. Dozanın tənzimlənməsi xəstəliyin ağırlığından asılıdır.
Uşaqlar
Uşaqlarda preparatın təhlükəsizliyi və effektivliyi öyrənilməyib.
Yaşlılar
Yaşlı pasiyentlərdə bioloji funksiyaların zəifləməsi səbəbindən, preparat bu yaş qrupunda xüsusi
ehtiyatla istifadə edilməlidir.