Zink Məlhəmi 10%, 25 g
Bitib
Stokda olanda mənə xəbər verin.SİNK, MƏLHƏMİ 100 mq/q xaricə istifadə üçün məlhəm
SİNK tərkibi
Təsiredici maddə: 1 tubda 2,5 q sink oksid vardır.
İstifadəsinə göstərişlər
Uşaq bezi dermatiti; dermatitlərin, ekzamaların, bişməcələrin müalicəsi; dəri zədələnməsinin müalicəsi (kiçik termik və günəş yanıqları, kəsiklər, sıyrıntılar).
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Dərinin və bitişik toxumaların irinli iltihabi xəstəlikləri.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, yalnız o zaman mümkündür ki, ana üçün gözlənilən fayda dölə və ya uşağa qarşı potensial riskdən üstün olsun.
Pediatriyada istifadəsi Preparatı pediatrik praktikada istifadə etmək olar.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir etmir.
SİNK istifadə qaydası və dozası
Uşaq bezi dermatiti Uzun müddət yaş bezlə kontakt nəticəsində dərinin qıcıqlanmasının qarşısını almaq üçün profilaktik məqsədlə məlhəm təmiz və quru dəri səthinə (bezin altından), xüsusilə yatmazdan əvvəl sürtülür. Müalicə məqsədilə məlhəm hiperemiyanın, bişməcənin və ya əhəmiyyətsiz dəri qıcıqlanmasının ilk təzahürü zamanı nazik təbəqə ilə sutkada 2-3 dəfə (ehtiyac olduqda, hər dəfə bezi dəyişdikdə) sürtülür. Dermatitlər, ekzema, termik və günəş yanıqları, kəsiklər, sıyrıntılar, bişməcələr Məlhəm nazik təbəqə ilə sutkada 3-4 dəfə zədələnmiş nahiyəyə çəkilir. Müalicənin müddətini xəstəliyin xarakterindən və gedişatından asılı olaraq, həkim müəyyən edir.