Bitib
Stokda olanda mənə xəbər verin.məhlulu 10 ml tərkibində 500 mq natrium alginat, 267 mq natrium bikarbonat, 160 mq kalsium karbonat vardır. Köməkçi maddələr: karbomer, natrium saxarin, metilhidroksibenzoat, propilhidroksibenzoat, natrium hidroksid, nanə ətirləndiricisi, təmizlənmiş su. Təsviri Ağ rəngli, qeyri- şəffaf, nanə dadlı suspenziyadır. Farmakoterapevtik qrupu Antasid vǝ regenerativ təsirə malik preparat.
ATC kodu: A02BX.
Qastroezofageal reflüks və mədə turşuluğunun artması nəticəsində yaranan dispeptik vəziyyətin müalicəsi.
Preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq. 6 yaşdan aşağı uşaqlar. Xüsusi göstərişlər və ehtiyat tədbirləri 7 gündən sonra simptomlar yaxşılaşmırsa, klinik vəziyyətə yenidən baxılmalıdır. Mədə turşusu səviyyəsi aşağı olan xəstələrdə təsir azala bilər.
Digər antasidlərdə olduğu kimi, antasid-alginat kombinasiyası olan PROGİNAT-in istifadəsi daha ciddi əsas tibbi vəziyyəti gizlədə bilər. Hər 10 ml PROGİNAT 141 mq (6,2 mmol) natrium vardır. Çox məhdudlaşdırılmış duz pəhrizi tövsiyə edildikdə bu nəzərə alınmalıdır. məs.
bəzi hallarda xroniki ürək çatışmazlığı və böyrək çatışmazlığı. Hər 10 ml PROGİNAT tərkibində 160 mq (1,6 mmol) kalsium karbonat vardır. Hiperkalsemiya, nefrokalsinoz və təkrarlanan böyrək daşları olan xəstələrin müalicəsində diqqətli olmaq lazımdır. Tərkibində metilhidroksibenzoat (E218) və propilhidroksibenzoat (E216) allergik reaksiyalara səbəb ola bilər (ehtimal ki, gecikmiş).
Digər dərman vasitələri ilə qarşılıqlı təsirləri Tərkibində kalsium karbonat olduğu üçün digər preparatlarla proginatın qəbulu arasında 2 saat fərq olmalıdır. Xüsusilə antibakterial, antifungal, qlükokortikoid və H2- blokatorların preparat-ları. Həmçinin tərkibində alginatlar olduğu üçün bütün dərman vasitələrinin mədənin qişasından sorulmasını artırır.
istifadəsi selikli dövründə
6-12 yaş uşaqlarda 5-10 ml, qidadan sonra, yatmazdan əvvəl qəbul edilir. Maksimal sutkalıq doza 40 ml-dir. 12 yaş və böyüklərdə 10-20 ml, qidadan sonra, yatmazdan əvvəl qəbul edilir. Maksimal sutkalıq doza 80 ml-dir.
PROGİNAT mədəyə düşdükdən sonra mədə turşusu ilə reaksiyaya girərək xüsusi gelǝbənzər maddə yaranır ki, bu da mədədə artmış olan turşuluğu neytrallaşdırır. Mədənin selikli qişasının baryer funksiyasını qoruyaraq patogen mikroorqanizmlərin yaraya təmas etməsinin qarşısını alır. Həmçinin regenerativ xüsusiyyətə malik olduğu üçün TƏSDİQ EDİLMİŞDİR Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədri E.M.Ağayev 15 iyul 2024-cü il mədə-bağırsaq sistemində yarasağaldıcı təsirə malikdir. Bunun üçün də həm reflüks-ezofagitin, həm də xora xəstəliyinin müalicəsində geniş istifadə olunur.
Gəyirmə zamanı mədə möhtəviyyatı yenidən qida borusuna geri qayıdarsa, bu zaman gel şəklində olduğu üçün qida borusundakı qıcıqlanmanı aradan qaldıraraq selikli qişanı qoruyur və iltihabi prosesin inkişaf etməsinin qarşısını alır. PROGINAT mədə turşusu və ödün qida borusuna doğru reflüksu nəticəsində meydana gələn ağrıları aradan qaldırır. Hətta qida borusu və mədədə baş verən diskomfort, preparatın qəbulundan 3-4 dəqiqə sonra tam aradan qalxır. Farmakokinetikası Preparatın təsiri mexaniki və yerli xarakter daşıdığından, qan dövranı sisteminə sorulması əhəmiyyət kəsb etmir.
Allergik təsirlər (dəridə qaşınma, qızartı). Doza həddinin aşılması Preparatın doza həddinin aşılması müşahidə olunmur.