Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

PROKETAN D 25MG N20 TB

Məhsul Kodu : 111-21381
İstehsalçı ölkə: Türkiye
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

PROKETAN D, 50 mq/2 ml inyeksiya üçün məhlul

PROKETAN D tərkibi

Təsiredici maddə: 1 ampulda (2 ml) 73, 80 mq deksketoprofen trometamol vardır (50 mq deksketoprofenə ekvivalentdir).

İstifadəsinə göstərişlər

Dərmanın oral q əbulu m əqsədəuyğun olmadıqda orta və ağır dərəcəli kəskin ağrıların simptomatik müalicəsində istifadə olunur: ▪ cərrahi əməliyyatdan sonrakı ağrılar ▪ böyrək sancıları ▪ bel ağrıları.

Əks göstərişlər

Dərman vasitəsi aşağıdakı hallarda istifadə olunmamalıdır: ▪ Deksketoprofen trometamola və ya digər qeyri-steroid iltihabəleyhinə preparatlara, həmçinin dərman vasitəsinin tərkibində olan köməkçi maddələrin hər hansı birinə qarşı yüksək həssaslıq; ▪ Xəstənin anamnezində ibuprofen, asetilsalisil turşusu və digər qeyri-steroid iltihabəleyhinə prepratların tətbiqində baş ver miş yüksək h əssaslıq əlamətləri (məsələn, bronxial astma, qeyri-infeksion allergik rinit, angionevrotik ödem və ya övrə); ▪ Peptik (mədə və ya onikibarmaq bağırsağının) aktiv v ə ya ehtimal edil ən xorası/qanaxması və ya təkrarlanan peptik xora/qanaxma (xoralaşmanın və ya qanaxmanın dəqiq müəyyən edilmiş ≥2 hadisəsi) və ya anamnezdə qanaxmanın və ya peptik xoranın mövcudluğu; ▪ Mədə-bağırsaq qanaxmaları və ya digər kəskin qanaxmalar yaxud hemorragiyaya meyillilik halları; ▪ Anamnezdə qeyri-steroid iltihabəleyhinə vasitələrin tətbiqində yaranan mədə-bağırsaq qanaxmaları və ya perforasiya; ▪ Qeyri-spesifik xoralı kolit və ya Kron xəstəliyi; ▪ Anamnezində bronxial astması olan xəstələr; ▪ Ağır ürək çatışmazlığı ilə xəstələr; ▪ Orta və ağır dərəcəli böyrək disfunksiyası ilə xəstələr (kreatinin klirensi <50 ml/dəq); ▪ Ağır dərəcəli qaraciyər disfunksiyalı xəstələr (Çayld-Pyu şkalası üzrə 10-15 xal); ▪ Hemorragik diatez və ya qanın digər laxtalanma pozulmaları; ▪ Hamiləliyin üçüncü trimestri və ya əmizdirmə dövrü. ▪ Xroniki dispepsiyası olan pasiyentlər. ▪ Ketoprofen və ya fibratlarla müalicə zamanı yaranan fotoallergik və fototoksik reaksiyalar. ▪ Kəskin dehidratasiyası olan xəstələr (qusma, diareya və ya kifayət qədər maye qəbul edilmədikdə).

▪ CABG (coronary artery By Pass Grafting (koronar arteriyaların şuntlama əməliyyatı)) zamanı perioperativ ağrı. Dərman vasit əsinin köməkçi madd ələrinin t ərkibinə etanol daxil olduğundan neyroaksi al olaraq (intratekal və ya epidural) yeridilməməlidir.

PROKETAN D istifadə qaydası və dozası

HƏKİM MƏSLƏHƏTİ OLMADAN İSTİFADƏ OLUNMUR! Tövsiyə olunan doza 50 mq təşkil edir və hər 8 -12 saatdan bir yeridilir. Gündəlik doza 150 mq artıq olmamalıdır. Ehtiyac olduqda təkrar doza 6 saatdan sonra da yeridilə bilər.

Dərman vasitəsi xəstəlik simptomlarının aradan qaldırılması üçün kəskin dövrdə qısamüddətli müalicə kursu ilə istifadə olunur (ən çox 2 gün). Mümkün olduqda xəstələr dərman vasitəsinin oral qəbuluna keçirilməlidir. Əlavə təsirlərin riskinin azaldılması üçün dərman ən aşağı effektiv dozada ən qısamüddətli kursla təyin edilməlidir. Cərrahi əməliyyatdan sonrakı orta və ağır dərəcəli ağrılarda Proketan D böyüklərə tövsiyə olunan dozada opioid analgetikləri ilə kombinasiyada istifadə oluna bilər.

Venadaxili istifadə üçün ampulun içindəki məhlul (2 ml) 30 -100 ml 0.9% Na Cl, qlükoza və ya Ringer məhlulları ilə qarışdırılmalıdır. Yeni məhlul aseptik şəraitdə və günəş şualarından qorunaraq hazırlanmalı və şəffaf olmalıdır. Proketan D-ın 100 ml 0,9% Na Cl və ya qlükoza məhlulları ilə həll edilərək hazırlanmış məhlul dopamin, heparin, hidroksizin, lidokain, morfin, petidin və teofillin ilə uyuşqanlıq göstərir. Hazırlanmış məhlulun polietilen paketlərdə, yaxud infuziya üçün etilvinilasetat (EVA), propionat -sellüloza (CP), aşağı sıxlıqlı polietilen (LDPE) və polivinilxloriddən (PVC) hazırlanmış xüsusi plastik qablarda saxlanılması zamanı təsiredici maddənin digər həlledicilərlə qarşılıqlı təsiri və ya saxlanma şərtləri dəyişilmir.

Dərman vasitəsi birdəfəlik istifadə üçün nəzərdə tutulub, istifadə edilməmiş məhlul atılmalıdır. İstifadədən əvvəl məhlulun şəffaflığına və rəngsiz olmasına əmin olunmalıdır. Gözlə görünən cisimlər olduğu təqdirdə məhlul istifadə edilməməlidir.

Prepared by  T-Soft E-Commerce.