Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

PROPORIN 15ML ORAL SPREY

Məhsul Kodu : 111-22850
21,80 AZN
Daha çox Burun və boğaz
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Proporin, Oral

Proporin tərkibi

Propolis ekstraktı 0.09 ml Exinaseya ekstraktı 0.045 ml Nanə efir yağı 0.012 ml Evkalipt efir yağı 0.009 ml 0.009 ml Dağ şamı efir yağı Köməkçi maddələr: su 10,5 ml, qliserol 4,76 ml, steviya 0,002 q. XÜSUSİYYƏTLƏRİ: PROPORIN Oral dərman bitkilərinin izotonik məhlulda həll edilmiş ekstraktından və efir yağlarından ibarət oral spreydir. Yuxarı tənəffüs yollarının iltihabi xəstəliklərində və boğaz qıcıqlanmaları zamanı effektiv təsirə malikdir. Antibakterial təsir göstərir, iltihabi prosesləri aradan qaldırır.

Propolis ekstraktı bal arılarının xüsusi olaraq hazırladıqları mürəkkəb tərkibli bir maddədir. Tərkibi xeyirli maddələrlə (qalanqin, efir yağları, qatran, vitaminlər, mikroelementlər, mum) zəngindir. Tərkibində olan qalanqin bioflavonoidi sayəsində antibakterial və antifungal təsirə malikdir. PROPORIN Oralın tərkibində olan Propolis ekstrakti sertifikatlaşmış MAEFTM metodu ilə əldə olunduğu üçün daha çox konsentrasiyalaşmış və təmizlənmiş ekstraktdır.

Belə ki, aktiv komponenti olan qalanqin bioflavonoidi tərkibində 24 mq/ml deyil, 41 mq/ml təşkil edir. Həmçinin iltihab əleyhinə, virus əleyhinə, ağrıkəsici (novokaindən 2-3 dəfə güclüdür) effekt göstərir, regenerasiyanı aktivləşdirir, mikrosirkulyasiyanı yaxşılaşdırır. Exinaseya ekstraktı tərkibindəki bioloji aktiv maddələr orqanizmin qeyri-spesifik müdafiə qüvvələrini aktivləşdirir. Exinosidlar faqositozu stimullaşdıraraq mikroorqanizmlərin böyümə və çoxalmasının qarşısını alır, antibiotiklərin təsirini artırır.

Həmçinin virus əleyhinə, iltihab əleyhinə və ağrıkəsici təsir göstərir. Nanə efir yağı - flavonoidlər, efir yağı ilə zəngindir. Efir yağının əsas komponenti olan mentol antiseptik və iltihab əleyhinə təsirlərə malikdir, hiperemiyanı, ödemi və ağrını azaldır, sərinləşdirici təsir göstərir. Evkalipt efir yağı - zəngin tərkibə malikdir, sineol evkaliptin əsas tərkib komponentidir, bundan başqa tərkibində terpenlər, üzvi turşular, aldehidlər, flavonoidlər, tanninlər də var.

Evkalipt yağı antibakterial, iltihab əleyhinə, virus əleyhinə, analgetik, regenerasiyaedici və immunostimulyator təsirlərə malikdir. Burun-udlağın selikli qişasına sakitləşdirici və yumşaldıcı təsir göstərir. Dağ şamı efir yağı - xlorofil, karotin, K vitamini, fitonsidlər, alkaloidlər, terpen maddələrlə zəngindir. İltihab əleyhinə, antiseptik, antifungal, regenerasiyaedici və immunostimulyator təsirlərə malikdir.

İSTİFADƏSİNƏ TÖVSİYƏLƏR: LOR orqanlarının iltihabi xəstəlikləri: Faringit Laringit Tonzillit (angina) Ağız boşluğunun iltihabi xəstəlikləri: Gingivit Qlossit Stomatit Cərrahi müdaxilələr və ya travmalar Stomatoloji prosedurlar

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı fərdi həssaslıq.

Proporin istifadə qaydası və dozası

6 ay-3 yaş: 1-2 püskürmə gündə 2-3 dəfə; 3 yaşdan yuxarı uşaqlar və böyüklər: 1-2 püskürmə gündə 3-4 dəfə təyin olunur. Qəbul qaydası həkim tərəfindən tənzimlənə bilər. Tövsiyə edilən sutkalıq dozanı keçməyin.

Əlavə təsirləri

Müəyyən edilməmişdir.

Prepared by  T-Soft E-Commerce.