Sevimlilərə əlavə edin
Paylaşın

Pumpan 20 ml Damla

Məhsul Kodu : 111-05581
İstehsalçı ölkə : Avstriya
0 Şərh Şərh
12,48 AZN
Kateqoriya: Homeopatik
KolleksiyaQiymət Xəbərdarlığı

PUMPAN, daxilə qəbul üçün damcı

PUMPAN tərkibi

Təsiredici maddə: 100 ml məhlulun tərkibində 20 ml yemişan (Crataegus) D1, 10 ml öküzgözü (Arnica) D6, 10 ml kalium karbonat D6, 10 ml Üskükotu (Digitalis) D12, 10 ml May inciçiçəyi (Convallaria mayalis) D12 vardır.

İstifadəsinə göstərişlər

Ürəyin işemik xəstəliklərinin, arterial hipertenziyanın, xroniki ürək çatışmazlığının I -II mərhələsini n, neyrosirkulyator distoniyanın kompleks müalicəsi.

Əks göstərişlər

Mürəkkəbçiçəklilər fəsiləsindən olan bitkilərə (gülümbahar, çobanyastığı, xrizantem) və ya digər köməkçi maddələrə qarşı həssaslıq PUMPAN® 12 yaşdan kiçik uşaqlar üçün nəzərdə tutulmur. Xüsusi göstərişlər və xəbərdarlıq Ürək aritmiyanın yaranması və ya güclənməsi şəraitində həkimə müraciət etmək lazımdır. Homeopatik dərman vasitəsini qəbul edərkən ilkin reaksiya müşahidə oluna bilər. Bu cür reaksiyalar adətən özü-özünə keçib gedir.

Preparatın tərkibinə bitki mənşəli komponentlə r d axil olduğundan saxlanma zamanı az nəzərə çarpan bulanıqlıq, qoxu, tamın zəifləməsi müşahidə oluna bilər. Bunlar preparatın effektivliyini aşağı salmır. Dərman vasitəsinin tərkibinə hər 10 ml -də 160 mq alkoqol (etanol) daxildir. 10 damcıda olan miqdar 4 ml pivəyə və ya 2 ml-dən az şəraba ekvivalentdir.

Dərman vasitəsindəki alkoqol heç bir nəzərəçarpacaq effektə malik deyildir. Əgər şikayətlər artarsa və ya 7 gündən artıq davam edərsə, həkimə müraciət etmək lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi ilə əlaqədar məlumat yoxdur. Hamiləlik və laktasiya dövründə konkret risklə bağlı sübutlar mövcud deyildir. Preparat yalnız həkim məsləhətindən sonra qəbul edilə bilər. Preparatın fertilliyə təsiri ilə bağlı məlumat yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

PUMPAN preparatının nəqliyyat vasitəsi və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə nəzərəçarpacaq təsiri yoxdur.

PUMPAN istifadə qaydası və dozası

Daxilə qəbul olunur. Effektivliyinin daha yaxşı təmin olunması məqsədilə PUMPAN yeməkdən 30 dəqiqə əvvəl və ya 1 saat sonra qəbul edilməlidir. PUMPAN-ı bir qədər suya qataraq qəbul edin. Yaş Doza (birdəfəlik) Qəbul sayı və müalicənin müddəti Ürəyin işemik xəstəliyi Böyüklər 10 damcı 1-2 ay müddətində gündə 3 dəfə.

Vəziyyət stabilləşdikdə gündə 2 dəfəyə keçilir. Arterial hipertenziya Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr 10 damcı 2-3 ay müddətində gündə 3 dəfə. Bundan sonra arterial təzyiqə nəzarət etməklə dəstəkləyici terapiya kimi gündə 2 dəfəyə keçirilir. I-II mərhələ xroniki ürək çatışmazlığı Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr 10 damcı 2-3 ay müddətində gündə 3 dəfə.

Bundan sonra saxlayıcı terapiya kimi gündə 2 dəfəyə keçirilir. Neyrosirkulyator distoniya Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr 10 damcı 2-3 ay müddətində gündə 3 dəfə. Bundan sonra arterial təzyiqə nəzarət etməklə saxlayıcı terapiya kimi gündə 2 dəfəyə keçirilir. Xəstəliyin əvvəlində, əlamətləri yüngülləşdirilmək üçün böyüklər və yeniyetmələr hər 30-60 dəqiqədən bir 10 damcı (8 dəfədən çox olmayaraq) istifadə edə bilər.

Yaxşılaşma başlayandan sonra preparatın qəbulu gündə 3 dəfəyə qədər endirilə bilər. Uşaqlar Təhlükəsizliyi ilə bağlı məlumatlar olmadığına görə, PUMPAN -ı 12 yaşdan kiçik uşaqların qəbulu məsləhət görülmür.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-05581

Oxşar Məhsullar

Adrisin N50 Tb
10,97 AZN -%0
10,97AZN
Afala 3MG N100 Tb
13,21 AZN -%0
13,21AZN
Albikansan D5 10 ml Damla
16,90 AZN -%0
16,90AZN
Angin-Heel N50 Tb
9,30 AZN -%0
9,30AZN
Apis-Homakkord 30 ml Damla
15,00 AZN -%0
15,00AZN
Berberis-Homakkord 1.1 ml N5 Amp
9,77 AZN -%0
9,77AZN
Calcoheel N50 Tb
10,50 AZN -%0
10,50AZN
Chelidonium Homakkord 30 ml Damla
14,20 AZN -%0
14,20AZN
Coenzime Kompozitum 2.2 ml N5 Amp
13,37 AZN -%0
13,37AZN
Cor Suis Compositum N N5 Amp
18,33 AZN -%0
18,33AZN
Cor Suis Kompozitum 2.2 ml N5 Amp
18,33 AZN -%0
18,33AZN
Cralonin 30 ml Damla
11,84 AZN -%0
11,84AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce