Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

RETINALAMIN 1MG 5ML N10 FLK

Məhsul Kodu : 111-05085
İstehsalçı ölkə: Rusiya
162,00 AZN
Daha çox Digər
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

RETİNALAMİN, 5 mq əzələ daxilinə və parabulbar yolla yeridilmə üçün məhlul hazırlamaq

RETİNALAMİN tərkibi

Təsiredici maddə: 1 flakonda 5 mq retinalamin (suda həll olunan polipeptid fraksiyalar kompleksi) vardır.

İstifadəsinə göstərişlər

Kompensasiyaolunmuş birincili açıq-bucaqlı qlaukoma, diabetik retinopatiya, gözün torlu qişasının iltihabi və travmatik mənşəli mərkəzi distrofiyası, gözün torlu qişasının mərkəzi distrofiyası, miopiya xəstəliyi (kompleks müalicənin tərkibində), mərkəzi və periferik tapetoretinal abiotrofiya, gözün torlu qişasının reqmatogen və travmatik qopması (kompleks müalicənin tərkibində əməliyyatdan sonrakı reabilitasiya dövrü).

Əks göstərişlər

Preparatın tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq, 18 yaşa qədər uşaqlarda kompensasiya olunmuş birincili açıq-bucaqlı qlaukoma, diabetik retinopatiya, miopiya xəstəliyi, gözün torlu qişasının reqmatogen və travmatik qopması müşahidə olunduqda (preparatın effektivliyi və təhlükəsizliyi barədə heç bir məlumatın olmaması ilə əlaqəli). 1 yaşa qədər uşaqlar – gözün torlu qişasının iltihabi və travmatik mənşəli mərkəzi distrofiyası, mərkəzi və periferik tapetoretinal abiotrofiya.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir (klinik tədqiqatlardan əldə olunan məlumatların olmaması səbəbindən). Laktasiya dövründə preparatın istifadəsi üçün zərurət yarandıqda, ana südü ilə qidalanmanı dayandırmaq lazımdır (klinik tədqiqatlardan əldə olunan məlumatların olmaması səbəbindən).

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etdikdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır, çünki, preparatın istifadəsi ilə parabulbar inyeksiyalar və eyni zamanda, görmə qabiliyyətinin müayinəsi aparıldığı halda, preparat, xüsusi diqqət və sürətli reaksiyalar tələb edən potensial təhlükəli fəaliyyət növlərinə (nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə) təsir göstərə bilən görmə qabiliyyətinin müvəqqəti pozğunluqlarının meydana çıxmasına səbəb ola bilər.

RETİNALAMİN istifadə qaydası və dozası

Böyüklərə – diabetik retinopatiya, gözün torlu qişasının iltihabi və travmatik mənşəli mərkəzi distrofiyası, mərkəzi və periferik tapetoretinal abiotrofiya zamanı preparatı sutkada 1 dəfə 5-10 mq dozada parabulbar yolla və ya əzələ daxilinə yeritmək lazımdır. Müalicə kursu 5-10 gün təşkil edir; zərurət yarandığı halda, 3-6 aydan sonra müalicəni təkrar təyin etmək olar. Kompensasiyaolunmuş birincili açıqbucaqlı qlaukoma zamanı, preparatı sutkada 1 dəfə 5 mq dozada parabulbar yolla və ya əzələ daxilinə yeritmək lazımdır. Gözün torlu qişasının reqmatogen və travmatik qopmasının əməliyyatdan sonrakı reabilitasiya dövründə preparatı sutkada 1 dəfə 5 mq dozada parabulbar yolla təyin etmək lazımdır.

Müalicə kursu – 10 gün təşkil edir. Miopiya xəstəliyinin müalicəsi üçün preparat sutkada 1 dəfə 5 mq dozada parabulbar yolla təyin olunur. Müalicə kursu 10 gün təşkil edir. Angioprotektor preparatlarla və B qrupu vitaminləri ilə birlikdə istifadə etmək tövsiyə olunur.

Preparatı 1-2 ml inyeksiya üçün suda, 0,9%-li natrium xlorid məhlulunda və ya 0,5%-li prokain (novokain) məhlulunda həll etmək lazımdır; bu zaman, köpüklənmənin qarşısını almaq məqsədi ilə iynə flakonun divarına tərəf yönəldilməlidir. 1-5 yaşlı uşaqlar – gözün torlu qişasının iltihabi və travmatik mənşəli mərkəzi distrofiyası, mərkəzi və periferik tapetoretinal abiotrofiya zamanı, preparatı sutkada 1 dəfə 2,5 mq dozada parabulbar yolla və ya əzələ daxilinə yeritmək lazımdır. 6-18 yaşlı uşaqlar – gözün torlu qişasının iltihabi və travmatik mənşəli mərkəzi distrofiyası, mərkəzi və periferik tapetoretinal abiotrofiya zamanı, preparatı sutkada 1 dəfə 2,5-5,0 mq dozada parabulbar yolla və ya əzələ daxilinə yeritmək lazımdır. Preparatı 1-2 ml 0,9 %-li natrium xlorid məhlulunda həll etmək lazımdır; bu zaman, köpüklənmənin qarşısını almaq məqsədi ilə iynə flakonun divarına tərəf yönəlidilməlidir.

Müalicə kursu 10 gün təşkil edir; zərurət yarandığı halda, 3-6 aydan sonra müalicəni təkrar təyin etmək olar.

Prepared by  T-Soft E-Commerce.