Retinol Asetat 10 ml Məhlul
-
5
1
-
4
0
-
3
0
-
2
0
-
1
0
Bitib
Stokda olanda mənə xəbər verin.RETİNOL ASETAT, daxilə və xaricə istifadə üçün yağlı məhlul
RETİNOL ASETAT tərkibi
RETİNOL ASETAT tərkibi, 1 ml preparatın tərkibində 100% retinol asetata nəzərən 34,4 mq (100 000 BV) retinol-asetat (A vitamini-asetat) vardır.
Retinol Asetat, istifadəsinə göstərişlər
A hipo- və avitaminozu. A vitamininə tələbatın artması ilə müşayiət olunan xəstəliklərin kompleks müalicəsində: - infeksion-iltihabi, o cümlədən kəskin respirator xəstəlikləri; - dəri zədələnmələrini və xəstəlikləri (donvurma və I dərəcəli yanıqlar, ixtioz, hiperkeratoz, seboreyalı dermatit, neyrodermit, ekzemanın bəzi formaları); - göz xəstəlikləri (piqmentli retinit, hemeralopiya, kseroftalmiya, keratomalyasiya), göz qapaqlarının ekzematoz zədələnməsi; - A vitamininin sorulmasının pozulması ilə müşayiət olunan mədə-bağırsaq xəstəlikləri (qastrektomiya, diareya, steatoreya, seliakiya, Kron xəstəliyi, malabsorbsiya sindromu).
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı hiperhəssaslıq, kəskin və xroniki nefrit, dekompensasiya mərhələsində olan ürək çatışmazlığı, öddaşı xəstəliyi, xroniki pankreatit, A hipervitaminozu, retinoidlərin doza həddinin aşılması, hiperlipidemiya, piylənmə, sarkoidoz (o cümlədən anamnezdə), xroniki alkoqolizm. Dərinin kəskin iltihabi xəstəliyi, hamiləlik, 7 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
A vitamininin dozasının yüksək olması ilə əlaqədar olaraq preparat hamiləlik və laktasiya dövründə daxilə qəbul üçün əks göstərişdir.
İstifadə qaydası və dozası
Retinol asetat daxilə yeməkdən 10-15 dəqiqə sonra və xaricə təyin edilir. Göz pipetindən damızdırılan bir damcının tərkibində 3000 BV A vitamini olur. Preparatın 1 ml-nin tərkibində 100000 BV A vitamini olur. Preparatın dozasını təyin edərkən böyüklər üçün A vitamininin birdəfəlik dozasının 50000 BV-dən, 7 yaşdan böyüklər üçün isə 5000 BV-dən çox olmaması əsas götürülür. Böyüklər üçün yüksək gündəlik doza 100000 BV, uşaqlar üçün 20000 BV-ə bərabərdir. Yüngül və orta ağırlıqlı avitaminozlar zamanı A vitamininin terapevtik dozaları böyüklər üçün gündə 33000 BV-ə qədər təşkil edir. Dəri xəstəlikləri zamanı A vitamininin gündəlik dozası böyüklər üçün 50000-100000 BV, uşaqlar üçün 5000-10000-20000 BV-ə bərabərdir. Piqmentli retinit, kseroftalmiya, hemeralopiya zamanı böyüklər üçün gündəlik doza 50000-100000 BV təşkil edir (eyni vaxtda 20 mq gündəlik dozada riboflavin təyin edilir). Dəri örtüklərinin zədələnməsi zamanı (yaralar, yanıqlar, donvurmalar) zədələnmiş sahələri gigiyenik təmizlədikdən sonra Retinol asetat məhlulu ilə yağlamaq və tənzif sarğı ilə örtmək lazımdır (gündə 5-6 dəfə, epitelləşmə baş verdikdə aplikasiyaların sayını 1-ə qədər azaltmaq lazımdır). Eyni vaxtda preparat daxilə təyin edilməlidir. Pediatrik praktikada, 7 yaşdan böyük uşaqlara raxitin, ekssudativ diatez fonunda gedən kəskin və xroniki respirator xəstəliklərin, hipotrofiyanın kompleks terapiyasında və kollagenozlar zamanı preparat yeməkdən sonra gündə 1 dəfə 1 damcı təyin edilir. 7 yaşa qədər uşaqlara preparat digər dərman formasında təyin edilir.