Bitib
Stokda olanda mənə xəbər verin.Aktiv maddələr: N-Asetilcistein (N-acetylcysteine) RİNOKOMB Tibbi vasitənin istifadəsi üzrə təlmat Məhsulda 100 qr-ın daxilində Propolisin sulu-qliserinli duru ekstraktı (12 mq/ml polifenol maddələrinə əsasən standartlaşdırılmışdır) (Propolisum) Mərzə (Origanum Majorana) bitkisinin yağı Reyhan (Ocimum Basilicum) bitkisinin yağı Natrium Xlorid Digər maddələr: Su, Qliserin, Disodium EDTA, Polisorbat 20, Benzalkonium Xlorid, Natrium Hidroksid Məhsul haqqında məlumat: 1 qr 10 qr 0,05 qr 0,1 qr 2.3 qr Rinokomb N-asetilsistein, propolis, mərzə bitkisinin yağı, reyhan bitkisinin yağı və hipertonik dəniz duzu məhlulu əsasında hazırlanır.Spreyin əsasını təşkil edən dəniz duzu məhlulu yumşaq hipertonikdir (2,3%) və belə bir məhlulburnun selikli qişasının fizioloji funksiyasını təmin etmək və saxlamaq üçün son dərəcə faydalı təsir göstərir, xüsusilə də selikli qişa şişdikdə və burundan təbii olaraq xaric edilməsi lazım olan ifrazat olduqda, preparatın tərkibindəki komponentlər tənəffüs sisteminə sakitləşdirici təsir göstərir, hipersekresiyanı aradan qaldırır. Rinokomb burun spreyi sinus problemləri meydana gəldiyi zaman xüsusilə, xroniki və ya kəskin sinusit zamanı çox effektivdir. N-Asetilsistein (N-AS), yuxarı və aşağı tənəffüs yollarının yüksək sekresiya ilə müşayiət olunan yoluxucu xəstəliklərinin kompleks müalicəsinin tərkibində köməkçi kimiistifadəolunur. N-asetilsistein birbaşa qatı selikli ifrazatı parçalayaraq, disulfid mukoprotein əlaqələrini azaldır, beləliklǝburnun selikli qişasından və sinus boşluqlarından ifrazatıtəmizləyir.
Seksiyanın aradan qaldırılması çox vacibdir, çünki bu bakterial infeksiyaların inkişafını təşviq etməklə yanaşı, yığılmış ifrazat sinus bölgəsində kəskin və ya xroniki sinusitlə ağırlaşmaya səbəb ola bilər. Propolis arı məhsulu olub tərkibində 150-dən çox bioloji aktiv maddələr - bitki mənşəli qətran, vitaminlər, amin turşular, mineral duzlar, bioflavonoidlər (qalangin, pinosembrin) var. Əsrlər boyu xalq təbabətində immuniteti gücləndirmək üçün istifadə edilərək müxtəlif mənşəli infeksiyalara qarşı güclü təbii antibakterial olaraq istifadə olunur. Yerli istifadə zamanı propolis sürətlə toxumalara daxil olur və yerli müalicəvi təsir göstərir.
Propolisin antibakterial təsiri müxtəlif mexanizmlərlə baş verir: bakteriya hüceyrəsinin bölünməsini inhibə edir; bakteriyanın sitoplazması və hüceyrə membranını parçalayır - bakteriolizə səbəb olur; protein sintezini inhibə edir. Propolis antibiotiklərdən fərqli olaraq bakteriyalarda rezistentlik yaratmır. Bundan başqa propolisin virusəleyhinə, immunostimulyator, iltihabəleyhinə, anestetik, regenerasiyanı sürətləndirən, göbələkəleyhinə təsirləri var. Propolisin tərkibinə daxil olan fenol damar divarını möhkəmləndirir, keçiriciliyi azaldır, iltihab və ödeməleyhinə təsir edir.
Fenol həmçinin antioksidant təsir edərək toxumaları sərbəst radikalların oksidləşdirici təsirindən qoruyur. Bu təsirlər yuxarı tənəffüs yollarının selikli qişası üzərində çox aydın müşahidə olunur. Mərzə (Origanum Majorana) -aromatik bitkidir, tərkibində təxminən 3% efir yağları, flavonoidlər, polisaxaridlər və triterpenlər var. Mərzə bitkisinin tərkibindəki aktiv maddələr spazmolitik, antiseptik, virus və iltihabəleyhinə təsir göstərir.
Bitki ödemləşmiş burnun selikli qişasına müalicəvi təsir edir.Rinokomb -antiseptik təsirləri sayəsində yuxarı tənəffüs yollarında hər hansı infeksiyaya səbəb ola biləcək zərərli mikroorqanizmlərinməhv edilməsinəkömək edir. Reyhan (Ocimum basilicum)-aromatik bitkidir. Tərkibində olan yüksək faizli efir yağları: linolium və evgenol - bakteriyaları öldürərək bakterisid, virusid və funqusid təsir göstərir. Bunlar sinusitdə çox vacibdir.
Sinusit zamanı qatı bəlğəmin içərisində mikroorqanizmlər olur, reyhan isə bütün bu infeksiyalara qarşı öz təsirini göstərir. İstifadəsinə tövsiyyələr: Xəstəliklərin müalicəsi məqsədilə tək istifadə edilə bilməz. Aşağıda qeyd olunan xəstəlik və halların kompleks müalicə və profilaktikasında yanaşı köməkçi vasitə kimi istifadə olunur. Sinus problemləri zamanı, sinus bölgəsində ağrı və təzyiq hissini azaltmaq məqsədilə tövsiyyə olunur.
Soyuq havalarda və asqırma zamanı, burun boşluğunun gigiyenasını təmin etmək üçün tövsiyyə olunur. Burun boşluğundan bakteriya, virus və göbələkləri xaric etmək məqsədilə tövsiyyə olunur. Burun ifrazatını təbii şəkildə aradan qaldırmaq və tənəffüsü asanlaşdırmaq məqsədilə tövsiyyə olunur. Burun boşluğunun selikli qişasının ödemini aradan qaldırmaq məqsədilə tövsiyyə olunur.
Sinusun boşluqlarında yığılmış ifrazatı yumşaltmaq və xaric etmək məqsədilə tövsiyyə olunur. İstifadəsinə dair məhdudiyyətlər: Vasitənin komponentlərinə qarşı fərdi həssaslıq.
3 yaşdan böyük uşaqlara hər burun dəliyinə 1 püskürtmə gündə 2-3 dəfə, böyüklərə hər burun dəliyinə 2 püskürtmə gündə 3 dəfə istifadə olunur (lazım olan qədər). Preparatın tərkibindəki mexaniki püskürtmə nasosu sayəsində, preparatı ən kiçik damcı halına gətirmək və burnun selikli qişasında paylamaq mümkündür. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Qeyd: Tövsiyə olunan gündəlik normanı aşmayın.
İstifadə etməzdən əvvəl çalxalayın. Kiçik çöküntülərin ola bilməsi tərkibindəki komponentlərlə əlaqədardır və məhsulun keyfiyyətinə təsir etmir. Saxlanma qaydası: 25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.