Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

RINOMARIS 0,1% 15ML SPREY

Məhsul Kodu : 111-22369
İstehsalçı ölkə: Xorvatiya
5,26 AZN
Daha çox Burun və boğaz
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

RİNOMARİS, 0,05%; 0,1% nazal sprey

RİNOMARİS tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 0,500 mq (0,05%-li məhlul üçün) və ya 1,000 mq (0,1%-li məhlul üçün) ksilometazolin hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Soyuqdəymə, ot qızdırması, allergik rinit, sinusit zamanı burun tutulmalarının simptomatik müalicəsi. Paranazal sinusların (burunətrafı ciblərin) xəstəliklərində sekresiyanın çıxmasını asanlaşdırmaq üçün. Orta otit hallarında köməkçi terapiya şəklində (mukozal ödemi aradan qaldırmaq üçün). Rinoskopiyanı asanlaşdırmaq üçün.

Əks göstərişlər

− Ksilometazolinə və ya preparatın tərkibindəki digər komponentlərinə qarşı yüksək həssaslıq; − qabıqların əmələ gəlməsi ilə burun mukozasının quruluğu (quru rinit); − anamnezdə transsfenoidal hipofizektomiya və beyin qişalarında cərrahi müdaxilələr; − 2 yaşa qədər uşaqlarda 0,05%- li sprey, 2 yaşdan 12 yaşa qədər olan uşaqlarda isə 0,1%-li spreyin istifadəsi. Xüsusi göstərişlər və ehtiyyat tədbirləri Dərman preparatı ardıcıl 5 gündən artıq istifadə edilməməlidir. Çox uzun müddət ərzində və ya həddindən artıq istifadə burun tutul malarının geri qayıtmasına və/ və ya burunun selikli qişasının atrofiyasına səbəb ola bilər. Dərman preparatı, dig ər simpatomimetikl ər kimi, yuxusuzluq, başgic əllənmə, tremor, ürə k ritminin pozulması v ə ya qan t əzyiqinin artması ş əklində adrenergik də rmanlara güclü reaksiyaları olan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir.

Ksilometazolin qəbul edən uzanmış QT intervalı sindromu olan pasiyentlərdə ciddi mədəcik aritmiyaları riski arta bilər. Xüsusilə uşaqları v ə yaşlıları müalicə edərkən dərmanın tövsiyə olunan gündəlik doza hə ddini aşmaq olmaz. Dərman preparatı ür ək-damar x əstəlikləri, arterial hipertenziya, ş əkərli diabetli pasiyentl ərdə, hipertiroidizm, feoxromositoma, prostat vəzinin hipertrofiyası, gözdaxili təzyiqin artması ilə, xüsusən də bağlıbucaqlı qlaukoma olan pasiyentl ərdə ehtiyatla istifad ə edilməli v ə həmçinin monoamin oksidaza inhibitorları il ə eyni vaxtda müalicə alan pasiyentl ərə və onların istifad əsini dayandırdıqdan sonra 2 həftə ərzində tətbiq edilməməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Potensial vazokonstriktor təsirinə görə dərman preparatı hamiləlik dövründə istifadə edilməməlidir. Körpə üzərində hər hansı bir m ənfi təsirə dair heç bir sübutlar yoxdur. Ksilometazolinin ana südü il ə xaric olub-olmadığı bilinmir, bu səbəbdən südvermə zamanı istifadə edərkən ehtiyatlı olmaq lazımdır və dərmanı ana südü ilə qidalandırma zamanı yalnız həkimin göstərişi ilə istifadə etmək lazımdır

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Ksilometazolini tövsiyə olunan dozadan artıq istifadə etdikdə nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri müşahidə olunmur və ya az təsir göstərir.

RİNOMARİS istifadə qaydası və dozası

Preparatı istifadə etməzdən əvvəl burnu yaxşıca təmizləmək lazımdır: Rinomaris ® 0,05% burun spreyi, 2 yaşdan 12 yaşa qədər uşaqlar üçün gündə 1-2 dəfə hər burun keçidinə (dəliyinə) 1 püskürtmə tətbiq edilir. Rinomaris®, 0,1% burun spreyi, böyükl ər və 12 yaşdan yuxarı uşaqlar üçün, hə r burun keçidin ə (dəliyinə) 1 püskürtmə gündə 2-3 dəfə tətbiq edilir. Həkim dig ər müalicə müddəti tövsiy ə etmədiyi halda, də rman preparatı 5 gündən artıq istifad ə edilməməlidir. Rinomaris®-in istifadəsi bir neçə günlük fasilədən sonra bərpa oluna bilər.

Dərmanın uzun müddə t istifad əsi burnun selikli qişasının atrofiyasına s əbəb ola bil ər. Xroniki pozğunluqlar halında, dərman preparatı yalnız həkim nəzarəti altında istifadə edilə bilər. İlk istifad ədən əvvəl homogen dozaya nail olmaq üçün preparatı bir neç ə dəfə (4 d əfə) havaya püskürtmək lazımdır. Flakon şaquli v əziyyətdə saxlanmalıdır.

Preparat bir neçə gün istifadə edilmirsə, növbəti istifad ə zamanı homogen dozaya nail olmaq üçün havaya ən azı bir püskürtm ə edilməlidir. Dərmanı istifadə etməzdən əvvəl burnunuzu yaxşıca təmizləməlisiniz. Uşaqlar 2 yaşdan 12 yaşa qədər uşaqlarda 0,05% nazal sprey tətbiq etmək lazımdır. 12 yaşdan yuxarı uşaqlar üçün isə 0,1% nazal sprey istifadə edilməlidir.

Prepared by  T-Soft E-Commerce.