Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 1 mq, 2 mq, 3 mq və ya 4 mq risperidon vardır.
- Şizofreniyanın müalicəsi;
- bipolyar affektiv pozğunluq zamanı mülayim və ya ağır dərəcəli maniakal epizodların müalicəsi;
- qeyri-medikamentoz metodlarla müalicə olunmayan və eləcə də, özünə və ya digər şəxslərə zərərvermə riski mövcud olan mülayim və ya ağır dərəcəli Alzheymer xəstəliyi qeyd olunan pasiyentlərdə davamlı aqressiyanın qısamüddətli (6 həftəyə qədər) müalicəsi;
- aqressiyanın ağırlıq dərəcəsi və ya digər destruktiv davranış medikamentoz müalicənin aparılmasını tələb etdiyi hallarda, intellekt səviyyəsi aşağı olan və ya əqli inkişafın DSM-IV kriteriləri əsasında təsdiq edilmiş ləngiməsi qeyd olunan 5 yaşdan yuxarı uşaqlarda və yeniyetmələrdə davranış pozğunluqları zamanı davamlı aqressiyanın qısamüddətli (6 həftəyə qədər) simptomatik müalicəsi. Farmakoterapiya, psixososial və təhsil tədbirlərinin aparılmasını da əhatə edən kompleks müalicə proqramının ayrılmaz bir hissəsi olmalıdır. Risperidon uşaq nevrologiyası və psixiatriyası sahəsində mütəxəssis və ya uşaqlarda və
yeniyetmələrdə davranış pozğunluqlarının müalicəsində böyük təcrübəyə malik olan həkim tərəfindən təyin edilməlidir.
Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq.
Hamiləlik dövrü Risperidonun hamiləlik dövründə qadınlarda istifadəsi barədə heç bir müvafiq məlumat yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlarda risperidonun teratogen təsiri aşkar edilməmişdir, bununla belə, reproduktiv funksiyaya toksik təsirin digər növləri qeyd olunmuşdur. İnsan üçün preparatın potensial riski məlum deyildir. Hamiləlik dövrünün III trimestrində neyroleptiklərin (o cümlədən, risperidonun) təsirinə məruz qalan yenidoğulmuş uşaqlarda ekstrapiramid simptomlar və/və ya ləğvetmə sindromu da daxil olmaqla, arzuolunmayan reaksiyaların inkişaf etmə riski mövcuddur ki, bunların da ağırlıq dərəcəsi və davametmə müddəti doğuşdan sonra dəyişə bilər. Oyanıqlıq, əzələ tonusunun
zəifləməsi və ya güclənməsi, tremor, yuxuya meyllilik, təngnəfəslik və qida pozğunluqları barədə məlumatlar daxil olmuşdur. Bu səbəbdən, yenidoğulmuş uşaqlar hərtərəfli müşahidə altında saxlanılmalıdır. Son dərəcədə zəruri hallar istisna olmaqla, hamiləlik dövründə qadınlar Rostalept-Rota preparatından istifadə etməməlidirlər. Hamiləlik dövründə preparatın istifadəsinin dayandırılması tələb olunduğu təqdirdə, preparatın istifadəsi tədricən dayandırılmalıdır. Laktasiya dövrü Heyvanlar üzərində aparılan tədqiqatlarda risperidonun və 9-hidroksirisperidonun ana südü ilə xaric olması müəyyən edilmişdir. Bundan əlavə, risperidonun və 9-hidroksirisperidonun az miqdarlarının insan ana südü ilə xaricolması aşkar edilmişdir. Ana südü ilə qidalanan uşaqlarda arzuolunmayan reaksiyaların meydana çıxması barədə heç bir məlumat yoxdur. Dərman preparatının laktasiya dövründə qadınlarda istifadəsi barədə qərar qəbul edildiyi halda, uşaq üçün ana südü ilə qidalanmanın üstünlükləri və potensial riskin mövudluğu nəzərə alınmalıdır. Fertillyi D2-dofamin reseptorlarının antaqonistləri olan digər dərman preparatları kimi, risperidon da qanda prolaktinin səviyyəsinin yüksəlməsinə səbəb olur. Hiperprolaktinemiya zamanı hipotalamusda qonadotropin-rilizinq hormonun sekresiyası tormozlana bilər ki, bu da hipofizdə qonadotrop hormonların sekresiyasının azalmasına gətirib çıxara bilər. Göstərilən vəziyyət, öz növbəsində, cinsiyyət hormonlarının sintezinin pozulması ilə əlaqəli qadınlarda və kişilərdə reproduktiv funksiyanın pozulmasına səbəb ola bilər. Preklinik sınaqlarda yuxarıda göstərilən effektlər qeydə alınmamışdır.
Sinir sistemində və görmə orqanında yaranan əlavə təsirlərin nəticəsində preparat avtonəqliyyat və mexanizmləri idarə etmək qabiliyyətinə əhəmiyyətsiz və ya mülayim dərəcədə təsir edə bilər. Bu səbəbə görə pasiyentin avtonəqliyyat və mexanizmləri idarə etməzdən əvvəl preparata qarşı öz reaksiyasını bilməsi vacibdir.
Dozalanması Şizofreniya Yetkin yaşlı pasiyentlər Rostalept-Rota preparatını sutkada 1 və ya 2 dəfə istifadə etmək lazımdır. Risperidonun tövsiyə olunan başlanğıc dozası sutkada 2 mq təşkil edir. Müalicənin 2-ci günü preparatın dozasını 4 mq-a qədər artırmaq olar. Gələcəkdə doza dəyişilməz qala bilər və ya zərurət yarandığı halda, fərdi qaydada korreksiya edilə bilər. Pasiyentlərin əksəriyyəti üçün preparatın optimal sutkalıq dozası 4-6 mq təşkil edir. Bəzi hallarda, nisbətən aşağı başlanğıc və dəstəkləyici dozaların istifadəsi ilə preparatın dozasının daha ləng artırılması məqsədəuyğun ola bilər. Aşağı dozaların istifadəsi ilə müqayisədə, preparatın sutkada 10 mq-dan yüksək dozalarının istifadəsi daha yüksək effektivliyə malik deyildir və ekstrapiramid simptomların inkişaf etmə riskinin yüksəlməsinə səbəb ola bilər. Risperidonun 16 mq/sutkada dozadan yüksək dozalarda istifadəsinin təhlükəsizliyi barədə heç bir məlumat yoxdur və bu səbəbdən, preparatın yuxarıda göstərilən dozalarda istifadəsi tövsiyə olunmur. Yaşlı pasiyentlər Risperidonun tövsiyə olunan başlanğıc dozası sutkada 2 dəfə 0,5 mq təşkil edir. Bu dozanı fərdi qaydada, sutkada 2 dəfə 1-2 mq əldə olunana qədər sutkada 2 dəfə 0,5 mq artırmaq olar. Uşaqlar və yeniyetmələr Risperidonun effektivliyi barədə kifayət qədər məlumatların olmamasını nəzərə alaraq, 18 yaşdan kiçik şizofreniyalı uşaqlarda preparatın istifadəsi tövsiyə olunmur. Bipolyar affektiv pozğunluq zamanı maniakal epizodlar Yetkin yaşlı pasiyentlər Rostalept-Rota preparatını sutkada 1 dəfə istifadə etmək lazımdır. Risperidonun başlanğıc dozası
sutkada 2 mq təşkil edir. Dozalanma rejiminin korreksiyası üçün zərurət yarandığı halda, doza, 24 saatdan az olmayan zaman intervalı ilə sitkada 1 mq artırıla bilər. effektivliyin artırılması və müalicəyə qarşı tolerantlığın yaxşılaşdırılması məqsədi ilə risperidonu fərdi qaydada sutkada 1 mq-dan 6 mq-a qədər dozada istifadə etmək olar. Dərman preparatının 6 mq/sutkada dozadan artıq miqdarda istifadəsi barədə heç bir məlumat yoxdur. Müalicənin effektivliyinin və risperidonun davamlı istifadəsinin məqdsədəuyğun olub- olmamasının qiymətləndirilməsi müntəzəm qaydada aparılmalıdır. Yaşlı pasiyentlər Risperidonun tövsiyə olunan başlanğıc dozası sutkada 2 dəfə 0,5 mq təşkil edir. Bu dozanı fərdi qaydada, sutkada 2 dəfə 1-2 mq əldə olunana qədər sutkada 2 dəfə 0,5 mq artırmaq olar. Yaşlı pasiyentlərdə risperidonun istifadəsinin klinik təcrübəsi məhduddur və bu səbəbdən, dərman preparatını göstərilən kareqoriyadan olan pasiyentlərdə istifadə etdikdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Uşaqlar və yeniyetmələr Risperidonun effektivliyi barədə kifayət qədər məlumatların olmamasını nəzərə alaraq, bipolyar affektiv pozğunluq qeyd olunan 18 yaşdan kiçik uşaqlarda preparatın istifadəsi tövsiyə olunmur. Mülayim və ya ağır dərəcəli Alsheymer xəstəliyi qeyd olunan pasiyentlərdə davamlı aqressiya Risperidonun tövsiyə olunan başlanğıc dozası sutkada 2 dəfə 0,25 mq təşkil edir (dərman preparatını göstərilən dozalanma rejiminə riayət etmək imkanı verən müvafiq dozalanmada və dərman formasında istifadə etmək lazımdır; risperidonun 0,25 mq dozada istifadəsi üçün tövsiyə edilən dərman forması – daxilə istifadə üçün nəzərdə tutulan məhluldur). Bu dozanı fərdi qaydada, ən tezi günaşırı, sutkada 2 dəfə 0,25 mq artırmaq olar. Pasiyentlərin əksəriyyəti üçün preparatın optimal sutkalıq dozası sutkada 2 dəfə 0,5 mq təşkil edir. Bununla belə, bəzi pasiyentlər üçün preparatın sutkada 2 dəfə 1 mq-a qədər dozaları effektiv ola bilər. Alzheymer xəstəliyi zamanı davamlı aqressiya qeyd olunan pasiyentlərdə Rostalept-Rota preparatını 6 həftədən artıq müddət ərzində istifadə etmək olmaz. Preparatın istifadəsi ilə müalicə müddətində müntəzəm qaydada pasiyentlərin vəziyyətlərinin monitorinqinin aparılması təmin edilməlidir və müalicənin davam etdirilməsinin məqsədəuyğun olub-olmaması qiymətləndirilməlidir. Davranış pozğunluqları zamanı davamlı aqressiya 5-18 yaşlı uşaqlar və yeniyetmələr Bədən çəkisi ≥ 50 kq olan pasiyentlərdə risperidonun tövsiyə olunan başlanğıc dozası sutkada 1 dəfə 0,5 mq təşkil edir. Zərurət yarandığı halda, bu dozanı fərdi qaydada, ən tezi günaşırı, sutkada 1 dəfə 0,5 mq artırmaq olar. Pasiyentlərin əksəriyyəti üçün preparatın optimal sutkalıq dozası sutkada 1 dəfə 1 mq təşkil edir. Bununla belə, bəzi pasiyentlər üçün preparatın daha aşağı (sutkada 1 dəfə 0,5 mq) və ya daha yuxarı (sutkada 1 dəfə 1,5 mq) dozaları effektiv ola bilər. Bədən çəkisi < 50 kq olan pasiyentlərdə risperidonun tövsiyə olunan başlanğıc dozası sutkada 1 dəfə 0,25 mq təşkil edir (dərman preparatını göstərilən dozalanma rejiminə riayət etmək imkanı verən müvafiq dozalanmada və dərman formasında istifadə etmək lazımdır; risperidonun 0,25 mq dozada istifadəsi üçün tövsiyə edilən dərman forması – daxilə istifadə üçün nəzərdə tutulan məhluldur). Bu dozanı fərdi qaydada, ən tezi günaşırı, sutkada 1 dəfə 0,25 mq artırmaq olar. Pasiyentlərin əksəriyyəti üçün preparatın optimal sutkalıq dozası sutkada 1 dəfə 0,5 mq təşkil edir. Bununla belə, bəzi pasiyentlər üçün preparatın daha aşağı (sutkada 1 dəfə 0,25 mq) və ya daha yuxarı (sutkada 1 dəfə 0,75 mq (risperidonun 0,75 mq dozada istifadəsi üçün tövsiyə edilən dərman forması – daxilə istifadə üçün nəzərdə tutulan məhluldur)) dozaları effektiv ola bilər. Preparatın istifadəsi ilə müalicə müddətində müntəzəm qaydada müalicənin effektivliyi və preparatın davamlı istifadəsinin məqsədəuyğun olub-olmaması qiymətləndirilməlidir. Risperidonun effektivliyi barədə kifayət qədər məlumatların olmamasını nəzərə alaraq, 5 yaşdan kiçik uşaqlarda preparatın istifadəsi tövsiyə olunmur. Böyrək və qaraciyər funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlər Böyrək funksiyaları normal olan yetkin yaşlı pasiyentlərlə müqayisədə, böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə neyroleptikin aktiv fraksiyasının eliminasiya sürəti zəifləyir.
Qaraciyər funksiyalarının pozğunluqları müşahidə olunan pasiyentlərdə, qan plazmasında risperidonun sərbəst fraksiyasının konsentrasiyasının yüksəlməsi qeyd olunur. Böyrək və ya qaraciyər funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə göstərişlərdən asılı olmayaraq, preparatın başlanğıc və dəstəkləyici dozaları 2 dəfə aşağı salınmalıdır, dozanın titrlənməsi isə tədricən aparılmalıdır. Yuxarıda göstərilən pasiyentlər kateqoriyasında Rostalept-Rora preparatı ehtiyatla istifadə edilməlidir. İstifadə qaydası Preparat daxilə istifadə üçün nəzərdə tutulmuşdur. Qida qəbulu risperidonun sorulmasına heç bir təsir göstərmir. Müalicənin dayandırılması Müalicənin dayandırılmasını tədricən aparmaq tövsiyə olunur. Neyroleptiklərin yüksək dozalarının istifadəsini qəflətən dayandırdıqda, çox nadir hallarda kəskin ləğvetmə simptomları qeyd olunmuşdur ki, bunlara da ürəkbulanma, qusma, tər ifrazının yüksəlməsi və yuxusuzluq aiddir. Bundan əlavə, həmçinin psixotik simptomların residivləşməsi və qeyri-iradi hərəki pozğunluqların (məsələn, akatiziya, distoniya və diskineziya) meydana çıxması riski də mövcuddur. Pasiyentlərin digər neyroleptiklərin istifadəsi ilə müalicədən rispolept ilə müalicəyə keçirilməsi Klinik baxımdan əsaslandırıldığı hallarda, risperidonla müalicəyə başlamazdan əvvəl digər neyroleptiklərlə əvvəlki müalicənin tədricən dayandırılması tövsiyə olunur. Bundan əlavə, pasiyenti neyroleptiklərin depo-formalarının istifadəsi ilə aparılan müalicədən risperidonun istifadəsinə keçirdikdə, risperidonun yeridilməsini planlaşdırılan növbəti inyeksiyanın əvəzinə başlamaq tövsiyə olunur. Parkinsonizm əleyhinə preparatların istifadəsi ilə müalicənin davam etdirilməsinin məqsədəuyğun olub-olmaması müntəzəm qiymətləndirilməlidir.