Təsiredici maddələr: 10 ml məhlulun tərkibində 10 ml Staphylococcus aureus extractum (lyophil., steril.) D6 dilution vardır. 1 ml = 22 damcı.
Follikullyoz, furunkulyoz, impetiqo, acne conglobata; blefarit, itdirsəyi, xalyazion, angina, otit, mastoidit, sinusit, meningit, osteomielit, nefrit və sidik cinsiyyət yollarının stafilokokk mənşəli infeksiyaları.
Bu preparat Stafylococcus aureus - a qarşı yüksək həssaslığı olanlara təyin edilməməlidir.
Hamiləlik və laktasiya dövründə, uşaqlarda və autoimmun xəstəliyi olan pasientlərdə istifadəsi haqqında kifayət qədər sənədləşdirilmiş məlumat olmadığından, Sanukel Staf D6 damcısı yalnız həkimlə məsləhətləşdikdən sonra qəbul edilməlidir.
Digər təyinat yoxdursa: Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: Daxilə qəbul: gündə 1-2 dəfə 5-10 damcı. Dəri səthinə: gündə 1-2 dəfə 5-10 damcı dirsək büküşünə. 8 həftədən artıq istifadəsi həkim təyinatından asılıdır. Müalicə müddəti Müalicə müddəti həkim tərəfindən təyin edilir.
Məhsul Filtrləri | ||
|---|---|---|
| Təchizatçı Məhsul Kodu | : | 111-90224 |