Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

SEFAMEZIN 1000MG N1 FLK (KRKA)

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-00897
Reseptlə satılır
İstehsalçı ölkə: Italiya
2,86 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SEFAMEZİN, əzələdaxili və ya venadaxili inyeksiya məhlulu hazırlamaq üçün toz

SEFAMEZİN tərkibi

Təsiredici maddə: 1 flakonda 1185,27 mq sefazolin natrium vardır.

İstifadəsinə göstərişlər

Yuxarı və aşağı tənəffüs yollarının, LOR-orqanlarının (o cümlədən orta otit), sidikqovucu və ödqovucu yolların, kiçik çanaq orqanlarının (o cümlədən süzənək), dərinin və yumşaq toxumaların, sümük və oynaqların (o cümlədən osteomielit) bakterial infeksiyası, endokardit, sepsis, peritonit və əməliyyatdan sonrakı infeksiyalar. Əməliyyat öncəsi və əməliyyatdan sonrakı dövrdə cərrahi infeksiyaların profilaktikası.

Əks göstərişlər

Sefalosporin qrupuna aid olan antibiotiklərə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Ehtiyatla: böyrək/qaraciyər çatışmazlığı, bağırsaq xəstəlikləri (anamnezdə kolit).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri Anamnezdə penisillinlərə allergik reaksiyalar mövcüd olan xəstələrdə, sefalosporinlərə qarşı yüksək həssaslıq ola bilər. Sefazolinlə müalicə zamanı müsbət doğru və yanlış Kumbs reaksiyası, həmçinin sidiyin şəkərə yanlış müsbət reaksiyası müşahidə oluna bilər. Preparatı qəbul etdikdə MBT xəstəliklərinin, xüsusən kolitin kəskinləşməsi baş verə bilər. Məhlulun donunu açdıqda stabilliyi 10 gün ərzində soyuducuda (5°C) və ya 48 saat otaq temperaturunda saxlanılır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri Antikoaqulyantlar və diuretiklərlə birgə istifadə etmək tövsiyə olunmur. Sefazolini “ilgək diuretikləri” ilə birgə istifadə etdikdə, onun tubulyar sekresiyasının blokadasına səbəb olur. Probenisid böyrək klirensini azaldır, sefazolinin konsentrasiyasını artırır. Aminoqlikozidlər böyrək zədələnmələri riskini artırır. Farmasevtik olaraq aminoqlikozidlərlə uyuşmazlıq mövcüddur (qarşılıqlı inaktivasiya). Tubulyar sekresiyanı blokadaya alan DP, sefazolinin qandakı konsentrasiyasını artırır, xaric olmasını zəiflədir və toksiki reaksiyaların əmələgəlmə riskini artırırlar. Ə/d və v/d yeridilmə üçün preparatı hazırlayarkən, çöküntü əmələ gələ bildiyindən həlledici kimi lidokaindən və ya novokaindən istifadə etmək olmaz.

SEFAMEZİN istifadə qaydası və dozası

Ə/d, v/d (bolyus və damcı üsulu ilə). Orta gündəlik doza böyüklər üçün 1-4 q təşkil edir; gündə 3-4 dəfə yeridilir. Maksimal gündəlik doza 6 q-dır (nadir hallarda -12 q). Böyüklər

İnfeksiya Doza Qəbul qaydası Orta və ağır dərəcəli 500 mq-1 qr 6-8 saatdan-bir Həssas qram-müsbət kokklar tərəfindən törədilən yüngül dərəcəli infeksiyalar 250-500 mq 8 saatdan-bir Sidik yollarının fəsadlaşmamış kəskin infeksiyaları 1 qr 12 saatdan-bir Pnevmokok pnevmoniyası 500 mq 12 saatdan-bir Həyat üçün təhlükəli ağır dərəcəli infeksiyalar (məsələn, endokardit, sepsis) 1 qr- 1.5 qr 6 saatdan-bir *Nadir hallarda gündə 12 qrama qədər istifadə olunurdu

Antibiotik terapiyası prinsiplərilə sefazolinin qəbulu qızdırma düşdükdə və törədicinin aradan qaldırılması üçün sübut əldə edildikdən sonra 2-3 gün davam etdirilməlidir. Əməliyyatdan sonrakı infeksiyaların profilaktikası məqsədi ilə 1 q preparatı v/d 0,5-1 saat əməliyyatdan əvvəl, əməliyyat zamanı - 0,5-1 q və

0,5-1 q 8 saat interval ilə əməliyyatdan sonrakı ilk gün ərzində. Böyrəklərin funksional pozğunluğu olan xəstələrə kreatinin klirensinin (KK) nəticələri əsasında dozalanma rejiminin korreksiyası tələb olunur: KK 55 ml/dəq və artıq və ya kreatininin konsentrasiyası plazmada 1,5 mq % və az olduqda, tam dozanı yeritmək olar; KK 54-35 ml/dəq və ya kreatininin konsentrasiyası plazmada 3-1,6 mq % olduqda, tam dozanı yeritmək olar, amma inyeksiya arası interval 8 saata qədər uzadılmalıdır; KK 34-11 ml/dəq və ya kreatininin konsentrasiyası plazmada 4,5-3,1 mq % olduqda, 1⁄2 doza 12 saat interval ilə yeridilməlidir; KK 10 ml/dəq və daha az və ya kreatininin konsentrasiyası plazmada 4,6 mq % və artıq olduqda, 1⁄2 doza 18- 24 saat interval ilə yeridilməlidir. Tövsiyə olunan dozaları 0,5 q başlanğıc dozadan sonra yeritmək lazımdır. Pediatrik populyasiya Uşaqlarda 25-50 mq/kq bədən çəkisinə təşkil edən və 3-4 dəfəyə qəbul edilən ümumi gündəlik doza əksər yüngül və orta ağır dərəcəli infeksiyalar zamanı effektivdir. Ağır dərəcəli infeksiyalar zamanı ümumi gündəlik doza 100 mq/kq bədən çəkisinə dozasına qədər artırıla bilər. Vaxtından əvvəl doğulmuş və yenidoğulmuş uşaqlarda istifadəsinin təhlükəsizliyi müəyyən olunmadığı üçün həmin pasiyentlərdə istifadəsi tövsiyə edilmir. Aşağıdakı cədvəldə uşaqlarda istifadə edilən dozalar göstərilmişdir

25 mq/kq/gün

Çəki 8 saatdan-bir (gündə 3 dəfə) qəbul edilən təxmini birdəfəli doza 6 saatdan-bir (gündə 4 dəfə) qəbul edilən birdəfəlik doza 4,5 kq 40 mq 30 mq 9,0 kq 75 mq 55 mq 13,6 kq 115 mq 85 mq 18,1 kq 150 mq 115 mq 22,7 kq 190 mq 140 mq

50 mq/kq/gün Çəki 8 saatdan-bir (gündə 3 dəfə) qəbul edilən təxmini birdəfəli doza 6 saatdan-bir (gündə 4 dəfə) qəbul edilən təxmini birdəfəlik doza 4,5 kq 75 mq 55 mq 9,0 kq 150 mq 110 mq 13,6 kq 225 mq 170 mq 18,1 kq 300 mq 225 mq 22,7 kq 375 mq 285 mq

Böyrək çatışmazlığı olan uşaqlarda dozalama Normal başlanğıc yükləmə dozasından sonra dozanın tənzimlənməsi aşağıda göstərilən qaydada aparılmalıdır. Yüngül və orta ağırlıq dərəcəli böyrək çatışmazlığı (kreatininin klirensi 70-40 ml/dəq) olan uşaqlarda normal gündəlik dozasının 60%-i kifayət edir ki, bu da 12 saatdan-bir (gündə 2 dəfə) yeridilir. Orta ağırlıq dərəcəli böyrək çatışmazlığı (kreatininin klirensi 40-20 ml/dəq) olan pasiyentlərdə normal gündəlik dozasının 25%-I kifayət edir, hansı ki 12 saatdan-bir (gündə 2 dəfə) yeridilir. Ağır dərəcəli böyrək çatışmazlığı (kreatininin klirensi 20-5 ml/dəq) olan pasiyentlərdə gündəlik dozanın 10% təyin edilə bilər (24 saatdan-bir – gündə 1 dəfə). Tövsiyə olunan dozaları 0,5 q başlanğıc “zərbə” dozadan sonra yeritmək lazımdır. İnyeksiya və infuziya üçün məhlulun hazırlanması: 0,5 q preparatı 2 ml inyeksiya üçün suda, 1q isə - 4 ml inyeksiya üçün suda həll edirlər. V/D bolyus yeridilmə üçün hazırlanmış məhlulu 5 ml inyeksiya üçün suda həll edirlər və 3-5 dəqiqə ərzində tədricən yeridirlər. V/D damcı üsulu ilə yeridilmə üçün preparatı 50-100 ml 5-10% dekstroza məhlulunda, 0,9% NaCl məhlulunda, Ringer məhlulunda, 5% natrium- hidrokarbonat məhlulunda həll edirlər. Həlledilmə zamanı flakonları intensiv olaraq, tam həll olunana qədər çalxalamaq lazımdır. İstifadədən əvvəl plastik konteynerlərdə olan preparatı otaq temperaturunda

donunu açırlar (qızdırmaq olmaz) və qarışdırırlar. Əgər həll olunmamış hissəciklər aşkar olunmuşdursa və ya konteynerin kipliyi pozulubsa, məhlulu istifadə etmək olmaz. Məhlulu dərhal hazırladıqdan sonra istifadə etmək lazımdır.

Prepared by  T-Soft E-Commerce.