Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr:1 ampulda 6,43 mq betametazon dipropionat (5 mq betametazona ekvivalent), 2,63 mq betametazon natrium fosfat (2 mq betametazona ekvivalent) vardır. Köməkçi maddələr: dinatrium edetat, susuz dinatrium fosfat, natrium xlorid, polisorbat 80, xlorid turşusu, benzil spirti, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, natrium karmelloza, makroqol, inyeksiya üçün su.
İstifadəsinə göstərişlər:
Sertospan qlükokortikoidlər ilə müalicəyə cavab verən, kəskin və xroniki vəziyyətlərin sistem və yerli terapiyası üçün, və xüsusən aşağıdakı vəziyyətlərdə göstərişdir: Skelet-əzələ və yumşaq tozumaların xəstəlikləri Aşağıdakı xəstəliklərin kəskin epizodları və ya kəskinləşməsi zamanı qısamüddətli əlavə terapiyası qismində: osteoartrit, revmatoidli artrit (xüsusi hallarda daha aşağı dəstəkləyici doza tələb oluna bilər), bursit, ankilozlaşdırıcı spondilit, epikondilit, radikulit, koksiqodiniya, işias, lümbaqo, əyriboyunluq, sinovial kistalar, ekzostoz, fassit. Kollagenozlar Kəskinləşmə və ya dəstəkləyici terapiya zamanı sistem qırmızı qurdeşənəyi, sklerodermiya, dermatomiozitin, düyünlü poliarteriitin bəzi hallarında. Allergik xəstəliklər Astmatik status zamanı və dərmanlara və həşarat sancmalarına qarşı hiperhəssaslıq reaksiyaları zamanı yardımçı terapiya qismində. Adi üsullar ilə müalicəyə cavab verməyən ağır və əlilliyə gətirib çıxaran allergik vəziyyətlərdə, xüsusən aşağıdakı xəstəliklərin kəskin tutmaları və kəskinləşmələri zamanı: xroniki bronxial astma, mövsümi və ya ilboyu allergik rinit, allergik bronxitin ağır forması, angionevrotik ödem, zərdab xəstəliyi, atopik dermatit, neyrodermit, kontakt dermatit, övrə, ağır günəş ekzanteması. Dermatoloji xəstəliklər Hipertrofik yastı dəmrov, diabetli pasiyentlərdə lipoidli nekrobioz, ocaqlı alopesiya, diskoid qırmızı qurdeşənəyi, psoriaz, keloidlər, vezikulyoz, herpesşəkilli dermatit, kistoz civzələr. Neoplastik xəstəliklər Böyüklərdə leykozların və limfomaların və uşaqlarda kəskin leykozların palliativ müalicəsi. Digər xəstəliklər Adrenogenital sindrom, xoralı kolit, regionar ileit, spru, pəncə xəstəlikləri (bərk döyənək fonunda bursit, pəncənin baş barmağının çətin hərəkətli olması (hallux rigidus), pəncənin 5-ci barmağının varus deformasiyası), subkonyunktival inyeksiyalar tələb edən vəziyyətlər, kortikosteroid terapiyaya cavab verən qanın diskraziyası, nefrit, nefrotik sindrom.
Əks göstərişlər:
- Preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
- venadaxili və damardaxili yeridilmə;
- intratekal və epidural yeridilmə;
- qeyri-stabil və ya infeksiyalaşmış oynağa, digər infeksiyalaşmış nahiyyələrə və ya fəqərəarası sahəyə yeridilmə;
- sistem göbələk infeksiyaları;
- 6 yaşdan kiçik uşaqlar;
- oynaqdaxili və infiltrasion yeridilmə zamanı: avaskulyar osteonekroz, vətərin qırılması, Şarko neyroartropatiyası; - kəskin infeksiyalar (kəmərləyici dəmrov, herpes, su çiçəyi), parazitar xəstəliklər, poliomielit (bulboensefalit forması istisna olmaqla), BCJ peyvəndindən sonra limfadenit, amöb infeksiyası, oftalmoloji herpes;
- profilaktik peyvəndlərin edilməsindən təxminən 8 həftə əvvəl və 2 həftə sonra yeridilmə;
- uzunmüddətli müalicə zamanı: mədə-bağırsaq traktının xorası, xroniki aktiv hepatit (HbsAg qarşı müsbət reaksiya), darbucaqlı və ya açıqbucaqlı qlaukoma.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik Heyvanlar üzərində aparılan tədqiqatlar dölə mənfi təsirinin olmasını nümayiş etdirmişdir. Hamilə qadınlarda istifadəsinə dair məlumatlar kifayət qədər deyildir. Betametazon plasentar baryerdən keçir. Hamiləlik zamanı preparatın uzunmüddətli istifadəsi zamanı bətndaxili inkişafın pozulmaları istisna olunmur. Hamiləliyin gec dövrlərində istifadəsi zamanı döl böyrəküstü vəzin atrofiyası riskinə məruz qalır. Sertospan hamiləlik zamanı, xüsusən birinci trimestrdə yalnız o zaman təyin oluna bilər ki, onun potensial faydası döl üçün riskdən üstün olsun. Göstərişlər olduqda, prednizolon (və ya prednizon) digər qlükokortikoidlərə nisbətən və, əsasən, flüorlaşmış qlükokortikoidlərdən daha üstün götürülməlidir, belə ki, o daha az dərəcədə plasentadan keçir. Faktiki və ya ehtimal olunan hamiləlik hadisəsi zamanı pasiyentlər təcili olaraq həkimə müraciət etməlidirlər. Hamiləlik zamanı anaları yüksək dozada qlükokortikoid qəbul edən yenidoğulmuşları hipokortisizm əlamətlərinin olmasına görə diqqətlə yoxlamaq lazımdır, və ehtiyac olduqda gələcəkdə dozanın azaldılması ilə əvəzedici terapiya aparılmalıdır. Laktasiya Qlükokortikoidlər ana südünə nüfuz edir və böyrəküstü vəzin funksiyasına və uşağın böyüməsinə təsir göstərə bilir. Qlükokortikoidlərin istifadəsi zamanı ana südü ilə qidalandırma dayandırılmalıdır.
Kortikosteroidlər adətən fon müalicəyə əlavə edilir, lakin onu əvəz etmir. Qlükokortikoidlərin parenteral yeridilməsi təxirəsalınmaz hadisələrdə və vəziyyətlərdə, peroral yol məqsədəuyğun olmadıqda və ya arzuolunmaz olduqda edilməlidir. Əgər müəyyən dövr ərzində yaxşılaşma baş verməsə, qlükokortikoidlərin parenteral yeridilməsini dayandırmaq lazımdır. Həmçinin xroniki xəstəliyin spontan remissiyası zamanı müalicəni dayandırmaq lazımdır. Dozalanma üzrə ümumi tövsiyyələr Sertospan əzələdaxili, oynaqdaxili, oynaqətrafı, intrabursal, dəridaxili və ocaqdaxili yeridilmə üçün istifadə olunur. Kristallik suspenziyanın yerli yeridilməsi inyeksiyanın qüsursuz texnika ilə edilməsini tələb edir. Yeridilmə aseptika qaydalarına riayət etməklə aparılmalıdır. Sertospan təcili vəziyyətlərdə başlanğıc müalicə qismində venadaxili yeridilmə üçün nəzərədə tutulmayıb. Preparatın dərialtına yeridilməsi məsləhət görülmür. İstifadədən əvvəl preparatı çalxalamaq lazımdır. Dozalanma rejimi fərdi olaraq, xəstəliyin növündən və pasiyentin reaksiyasından asılı olaraq təyin olunur. Əlavə təsirləri minimuma endirmək üçün, pasiyentin vəziyyəti imkan verdikdə dozanı azaltmaq lazımdır, və daha sonra pasiyenti peroral kortikosteroidlərin qəbuluna keçirtmək lazımdır. Pasiyentin vəziyyəti stabilləşənə qədər preparat ilə müalicəni davam etdirmək lazımdır. Yüngül vəziyyətlərin əksəriyyətində bir inyeksiya arzuolunan effekti verir. Uzunmüddətli müalicə, yəni 3-4 həftə intervallar ilə təkrar inyeksiyaları yalnız fayda və risklərin diqqətlə qiymətləndirilməsindən sonra etmək lazımdır. Əgər uzunmüddətli müalicə tələb olunursa, dozanın azaldılması və ya preparatın istifadəsinin dayandırılmasının mümkünlüyünü qiymətləndirmək üçün pasiyenti diqqətlə yoxlamaq lazımdır. Pasiyenti digər qlükokortikoidlər ilə müalicəyə keçirdən zaman dozaların ekvivalentliyinə riayət etmək lazımdır. Pediatriyada istifadəsi Uşaqlarda dozalanma bir qayda olaraq, daha çox xəstəliyin ağırlığından asılıdır, nəinki yaşdan, çəkidən və ya boydan. 6 yaşa qədər uşaqlarda preparatın istifadəsi və təhlükəsizliyi öyrənilməyib. Sistem yeridilmə (əzələdaxili) Sertospanın əzələdaxili yeridilməsi təcili effektindən sonra uzunmüddətli təsirin olması tələb olunan kəskin vəziyyətlərin müalicəsi üçün göstərişdir. Sistem terapiya zamanı preparatın başlanğıc dozası əksər hallarda 1-2 ml təşkil edir, ehtiyac olduqda 3-4 həftədən sonra yeridilməni təkrarlamaq olar. Doza və istifadə müddəti xəstəliyin ağırlıq dərəcəsindən və müalicəyə qarşı reaksiyadan asılı olaraq korreksiya olunmalıdır. Minimal effektiv dozanı müəyyən etmək lazımdır. Əksər dermatoloji və yüngül allergik xəstəliklər zamanı kiçik dozalar (1 ml) kifayət edir; xüsusi hallarda (astmatik status, ağır allergik reaksiyalar və ya qırmızı qurdeşənəyi) daha yüksək başlanğıc doza – 2ml tələb oluna bilər. Müəyyən zaman dövrü ərzində kafi kliniki cavab əldə olunmadıqda preparat ilə müalicəni dayandırmaq və digər müvafiq terapiya təyin etmək lazımdır. Preparat ciddi aseptik şəraitdə sağrı əzələsinə dərin yeridilməlidir. Yerli yeridilmə Preparatın inyeksiyası adətən ağrı yaratmır, oynaqdaxili inyeksiyadan bir neçə saat sonra baş verə bilən ikincili ağrılı irradiasiya həmçinin nadir halda rast gəlir. Əgər eyni vaxtda yerli anestetikin istifadəsi tələb olunursa, Sertospan şprisdə (ampul və ya flakonda deyil) 1% və ya 2% lidokain, prokain məhlulları ilə və ya digər parabensiz və ya fenolsuz tərkibə malik anestetiklər ilə qarışdırıla bilər. Müvafiq preparatlar haqqında məlumatlarda qeyd olunan ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Yerli anestetiki preparat olan ampulaya yeritmək olmaz. Əvvəlcə şprisə Sertospan preparatının tələb olunan dozası yığılır, daha sonra eyni şprisə tələb olunan miqdarda yerli anestetik yığılır. Ehtimal olunan uyğunsuzluğun qarşısını almaq üçün Sertospanı digər dərman vasitələri ilə qarışdırmaq olmaz. Oynaqdaxili yeridilmə Oynaqdaxili yeridilmə üçün doza fərdi olaraq seçilir və oynağın ölçüsündən və xəstəliyin ağırlığından asılıdır. Aşağıdakı dozalar istifadə üçün tövsiyyə oluna bilər: - çox iri oynaqlar (məsələn, bud-çanaq): 1-2 ml; - iri oynaqlar (məsələn, diz, bazu, aşıq): 1ml; - orta ölçülü oynaqlar (məsələn, dirsək, bilək): 0,5-1ml; - xırda oynaqlar (məsələn, bilək-falanqa, falanqalararası, döş-körpücük və akromial-körpücük): 0,25-0,5 ml. Xroniki vəziyyətin müalicəsi üçün inyeksiyaları 4-6 həftə və daha çox intervallar ilə təkrarlamaq lazımdır, birinci inyeksiyadan sonra yaxşılaşmadan asılı olaraq. Ocaqdaxili yeridilmə Müxtəlif vətər və bursal pozulmaların müalicəsi zamanı tövsiyyə olunan doza 1 ml təşkil edir. Bursitin kəskin formaları zamanı başlanğıc doza 1-2 ml göstəriş ola bilər. Zədələnmiş vətərin sinovial qişasına preparatı yeridən zaman ehtiyatlı olmaq lazımdır ki, vətərin özünə yeridilməsin. Epikondilit olduqda suspenziyanı ən həssas yerə yeritmək lazımdır. Oynaq kapsullarının və ya vətər yataqlarının sinovial kistaları zamanı 0,5 ml birbaşa kistaya yeridilir. Pəncənin əksər zədələnmələri zamanı tövsiyyə olunan dozalar 0,25 və ya 0,5 ml təşkil edir. Kəskin podaqra artriti zamanı 1 ml-ə qədər dozalar tələb oluna bilər. Dermatoloji ocaqda dəridaxili inyeksiya (dərialtı deyil) üçün doza 0,2 ml/sm2 dəri səthinə təşkil edir. Həftədə 1 ml-dən artıq olmayaraq yeridilməsi məsləhət görülür. Yerli istifadəsi zamanı inyeksiyanın texnikası üzrə tövsiyyələr Sertospan aseptik şəraitdə yeridilməlidir, infeksiylaşmış oynaqlara hər-hansı yerli inyeksiyaların edilməsindən qaçmaq lazımdır. Septik prosesi istisna etmək üçün sinovial mayeni yoxlamaq lazımdır. Yerli şişkinlik ilə, oynaqların davamlı hərəkət məhdudluğu, temperaturun yüksəlməsi və ümumi halsızlıq ilə müşayiət olunan getdikcə güclənən ağrılar septiki artritin inkişaf etməsini göstərir. Septisemiya olduqda müvafiq antibakterial terpiyaya başlamaq lazımdır. Oynaqdaxili inyeksiya zamanı terapevtik effektin olmaması daha tez-tez inyeksiyanın səhv texnika ilə edilməsi səbəbindən, iynə oynaq boşluğuna süşmədiyi halda baş verir. Ətraf toxumalara edilən inyeksiya hər-hansı yaxşılaşmanı təmin etmir. Terapevtik effekt olmadıqda (sinovial mayenin aspirasiyasından sonra oynağın vəziyyəti təsdiq olunduğu zaman) təkrar edilən inyeksiyalar cüzi terapevtik nəticəyə gətirib çıxaracaqdır. Tendinit və tenosinovit zamanı ehtiyatlı olmaq gərəkdir ki, preparat zədələnmiş sinovial qişaya yeridilsin, vətərin özünə deyil. Baxmayaraq ki, steroidlərin mikrokristallik hissəciklərinin dərialtı hüceyrə toxumasında olması iltihabi reaksiyaları ləngidə bilir, belə hissəciklər hüceyrə komponnetlərini dağıda bilər və birləşdirici toxumada dəyişikliklər yarada bilər. Dəri və/və ya dərialtı toxumanın belə nadir dəyişiklikləri inyeksiya yerində dərinin zədələnməsinə (“çuxurların” yaranmasına) gətirib çıxara bilər. Bu vəziyyətin ağırlıq dərəcəsi yeridilən kortikosteroidin miqdarından asılıdır. Dəri bir neçə ay sonra və ya kortikosteroid kristallarının hamısının rezorbsiyasından sonra bərpa olunur. Sinovialdaxili və əzələdaxili inyeksiyaların icra olunması zamanı preparatın dermaya yeridilməsindən və ya diffuziyasından qaçmaq lazımdır. Dərialtı atrosiyanın yaranması tezliyi yüksək olduğu üçün inyeksiyaların deltayabənzər əzələyə edilməsindən qaçmaq lazımdır.