Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə:1 tabletin tərkibində 10 mq metoklopramid hidroxlorid vardır. Köməkçi maddələr: laktoza monohidrat, kartof nişastası, povidon K25, maqnezium-stearat.
İtifadəsinə göstərişlər:
Вöyük pasiyentlər Metoklopramid böyük pasiyentlərdə aşağıdakı göstərişlər üzrə istifadə üçün təyin edilir:
• Kimyaterapiya nəticəsində törənən gecikmiş ürəkbulanmanın və qusmanın profilaktikası.
• Şüa müalicəsi nəticəsində törənən ürəkbulanmanın və qusmanın profilaktikası.
• Ürəkbulanmanın və qusmanın, o cümlədən kəskin miqren nəticəsində törənən ürəkbulanma və qusmanın simptomatik müalicəsi. Metoklopramid peroral analgetiklərlə birlikdə kəskin miqren zamanı analgetiklərin absorbsiyasını yaxşılaşdırmaq üçün istifadə oluna bilər. Uşaqlarda istifadəsi Metoklopramid uşaqlarda (15 yaşdan 18 yaşa qədər) aşağıdakı göstərişlərdə istifadə olunur:
• Kimyaterapiya nəticəsində törənən gecikmiş ürəkbulanmanın və qusmanın profilaktikası – ikinci xətt müalicə variantı kimi.
Əks göstərişlər:
• Təsiredici maddəyə və ya “Tərkibi” bölməsində sadalanan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
• Mədə-bağırsaq qanaxması, MBT-nin mexaniki obstruksiyası və ya perforasiyası (mədəbağırsaq traktının hərəki fəaliyyətinin stimullaşması risk yarada bilər).
• Təsdiq olunmuş və ya şübhəli feoxromositoma, hipertenziyanın ağır epizodlarının başvermə riski ilə əlaqədar olaraq.
• Neyroleptiklər və ya metoklopramid tərəfindən törədilən gecikmiş diskineziya.
• Epilepsiya (tutmaların tezliyinin və intensivliyinin artması).
• Parkinson xəstəliyi.
• Levodopa ilə və ya dofaminergik reseptorların antaqonistləri ilə kombinasiya (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”).
• Metoklopramiddən istifadə zamanı methemoqlobinemiya və ya NADH-asılı sitoxrom b5 reduktazanın çatışmazlığı.
• Ekstrapiramid pozğunluqların yüksək inkişaf riski ilə əlaqədar olaraq 1 yaşdan aşağı uşaqlarda istifadə (bax: “Xüsusi göstərişlər”).
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik Dərmanın hamilə qadınlarda istifadəsi ilə bağlı çoxlu məlumat (1000-dən çox istifadə halı) döldə malformasiyaların və zəhərli təsirlərin olmadığını göstərir. Metoklopramid hamiləlik dövründə klinik ehtiyac olduqda istifadə edilə bilər. Dərmanın farmakoloji xüsusiyyətlərini (neyroleptiklər üçün olduğu kimi) nəzərə alaraq, gec hamiləlikdə metoklopramid istifadə edərkən, yenidoğulmuşlarda ekstrapiramidal simptomları istisna etmək olmaz. Metoklopramid gec hamiləlikdə istifadə edilməməlidir. Metoklopramid istifadə edərkən yeni doğulmuş körpələrə nəzarət edilməlidir. Laktasiya dövrü Metoklopramid aşağı konsentrasiyalarda ana südü ilə ayrılır. Ana südü ilə qidalanan südəmər uşaqda arzuolunmaz təsirlərin meydana çıxmasını istisna etmək olmaz. Ona görə də laktasiya dövründə metoklopramidin istifadəsi tövsiyə olunmur. Südəmər uşağı olan analarda metoklopramidlə müalicənin dayandırılmasını nəzərdən keçirmək lazımdır.
Dozası Вütün göstərişlər (вöyük pasiyentlər) Tövsiyə olunan birdəfəlik doza gündə 3 dəfə təkrar qəbul edilməklə, 10 mq təşkil edir. Tövsiyə olunan maksimal gündəlik doza 30 mq və ya bədən çəkisinin hər kq-a 0,5 mq (0,5 mq/kq) təşkil edir. Tövsiyə olunan maksimal müalicə müddəti 5 gün təşkil edir. Kimyaterapiya nəticəsində törənən gecikmiş ürəkbulanmanın və qusmanın profilaktikası – ikinci xətt müalicə variantı kimi (15-18 yaşlı uşaqlar). Tövsiyə olunan doza gündə 3 dəfə təkrar daxilə qəbul edilməklə bədən çəkisinin hər kq-a 0,1- 0,15 mq (0,1-0,15 mq/kq) təşkil edir. Maksimal gündəlik doza 0,5 mq/kq bədən çəkisinə təşkil edir. Bədən çəkisi 60 kq-dan yüksək olan 15-18 yaşlı pasiyentlərdə 10 mq-lıq 1 tableti gündə 3 dəfəyə qədər istifadə etmək tövsiyə olunur. Kimyaterapiya nəticəsində törənən gecikmiş ürəkbulanmanın və qusmanın profilaktikası üçün maksimal istifadə müddəti 5 gün təşkil edir. Metoklopramid tabletləri bədən çəkisi 61 kq-dan aşağı olan uşaqlarda istifadə üçün yararlı deyildir. Bu kateqoriya pasiyentlərdə istifadə üçün digər dərman formaları/dozaları daha əlverişli ola bilər. Xüsusi pasiyent qrupları Ahıl yaşlı pasiyentlər: Ahıl yaşlı pasiyentlərdə böyrək və qaraciyər funksiyalarını və ümumi zəifliyi nəzərə alaraq dozanın azaldılmasını nəzərdən keçirmək lazımdır. Bu kateqoriya pasiyentlərdə istifadə üçün digər dərman formaları/dozaları daha əlverişli ola bilər. Böyrək funksiyasının pozulması Böyrək xəstəliyinin terminal mərhələsində olan pasiyentlərdə (kreatinin klirensi ≤15 ml/dəq) gündəlik doza 75% azaldılmalıdır. Böyrək funksiyasının mötədil və ya ağır pozulması olan pasiyentlərdə (kreatinin klirensi 15- 60 ml/dəq) doza 50% azaldılmalıdır. Bu kateqoriya pasiyentlərdə istifadə üçün digər dərman formaları/dozaları daha əlverişli ola bilər. Qaraciyərin funksional pozğunluğu Qaraciyərin funksional pozğunluğu olan pasiyentlərdə doza 50% azaldılmalıdır. Bu kateqoriya pasiyentlərdə istifadə üçün digər dərman formaları/dozaları daha əlverişli ola bilər. Uşaqlarda istifadəsi 1 yaşa qədər uşaqlarda Metoklopramidin istifadəsi əks göstərişdir (bax: “Əks göstərişlər”). İstifadə qaydası Hətta qusma baş verdiyi halda və ya dozanın absorbsiya olunmadığı zaman iki yeridilmə arasında 6-saatlıq minimal interval saxlamaq lazımdır (bax: “Xüsusi göstərişlər”). Serulin®preparatının dozasının istifadəsi unudularsa Əgər preparat dəqiq təyin edildiyi vaxtda qəbul edilməzsə. Onu mümkün qədər tez qəbul etmək (əgər preparatın növbəti qəbul vaxtına hələ kifayət qədər vaxt qalmışdırsa) və ya preparatın müntəzəm qəbulunu davam etdirmək lazımdır. Buraxılmış dozanı əvəz etmək üçün ikiqat doza istifadə etmək olmaz.