Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 pessarinin tərkibində 400 mq mikronizə olunmuş progesteron vardır.
Progesterona və ya bu dərmanın digər tərkib hissələrinin hər hansı birinə qarşı yüksək
həssaslıq;
Həkim tərəfindən qiymətləndirilməmiş qeyri-adi vaginal qanaxma;
Hormon həssaslığı olan məlum və ya şübhəli həssas bədxassəli şişlər;
Porfiriya (müəyyən fermentlərin irsi və ya qazanılmış pozğunluqları);
Ağır qaraciyər disfunksiyası və ya xəstəliyi;
Məlum abort və ya ektopik hamiləlik;
Aktiv arterial və venoz tromboembolizm, ağır tromboflebit, anamnezdə bu xəstəliklərin olması.
Hamiləlik dövrü
Köməkçi /Yardımçı Reproduktiv Texnologiya (ART) proqramı ilə müalicə alarkən əlavə
progesterona ehtiyacı olan qadınlar üçün hamiləliyin ilk üç trimestrində istifadə edilə bilər. Bu hal istisna olmaqla, Siklogest hamiləlik zamanı istifadə edilməməlidir. Anadangəlmə anomaliyaların, o cümlədən kişi və ya qadın cinsli körpələrdə cinsiyyət (genital) anormallıqlarının hamiləlik dövründə ekzogen progesterona məruz qalma riskləri tam olaraq müəyyən edilməmişdir.
Klinik tədqiqat zamanı anadangəlmə anomaliyalar, düşük və uşaqlıqdankənar hamiləliyin rastgəlmə tezliyi ümumi populyasiya ilə oxşar olmuşdur və nəticələrin çıxarılmasına imkan vermir.
Laktasiya dövrü
Progesteron ana südü ilə ifraz olunur. Laktasiya dövründə Siklogest istifadə olunmamalıdır.
Premenstrual sindromun və doğuşdan sonrakı depressiyanın müalicəsi məqsədilə
Doza gündə bir dəfə olmaqla 200 mq və ya gündə iki dəfə olmaqla 400 mq, vaginal və ya rektal yol ilə. Premenstrual sindrom zamanı müalicə aybaşı dövrünün 14-cü günü başlayıb menstruasiya başlayana qədər davam etdirilir. Əgər simptomlar ovulyasiya zamanı mövcuddursa, o zaman aybaşı dövrünün 12-ci günü müalicəyə başlayın.
Köməkçi /Yardımçı Reproduktiv Texnologiya (ART) proqramı ilə müalicə alan qadınlarda lütein fazasının dəstəklənməsi
Doza gündə iki dəfə vaginaya daxil etməklə 400 mq-dir. Siklogest 400 mq –dən yumurtanın alındığı gün istifadə etməyə başlayın. Siklogest –in qəbulu, hamiləlik təsdiqləndiyi təqdirdə 38 gün ərzində davam etdirilməlidir.
Xüsusi xəstə qruplarında istifadə: Qaraciyər və ya böyrək funksiyası pozulmuş xəstələrdə
Siklogestin istifadəsi təcrübəsi yoxdur.
Pediatrik qrupda: Uşaqlarda Siklogest-in müvafiq istifadəsi haqqında məlumat yoxdur.
Yaşlılar: 65 yaşdan yuxarı xəstələrdə klinik məlumatlar toplanmamışdır.
Pessari aşağıdakı hallardan asılı olaraq ya vaginaya ya da rektuma daxil edilə bilər.
Vaginaya: kolit (tez-tez selik və ya qan ilə ishal hallarına səbəb olan bağırsaq iltihabı)
bağırsaq hərəkətlərinizi idarə edən problemlər (nəcis ifrazını idarə edə bilməmək).
Düz bağırsağa:
vaginal infeksiyalar
tez-tez sistit
yaxın zamanda keçirilmiş doğuş
hamiləliyin qarşısını alan metodlardan (diafraqma, qapaq və ya prezervativ) istifadə
zamanı
Pessarini daxil etməzdən əvvəl və sonra hər zaman əllərinizi yuyun.
Siklogest- i daxilə qəbul etməyin. Siklogest-i istifadə etməyi unutmusunuzsa, növbəti doza vaxtına az qalmayıbsa, yadınıza düşən kimi istifadə edin. İki dozanı birlikdə istifadə etmək olmaz. Qalan dozaları vaxtında istifadə edin.
Dozanın qəfil dayandırılması artan narahatlığa, əhval-ruhiyyənin dəyişilməsinə və tutmalara (bayılma, qıcolmalara) meylliyin artmasına səbəb ola bilər.