Support Line : +994503023010
Menu
Account
Forgot password?
REGISTER
Cart

Sinaflan 0, 025% 10 Qr Məlhəm

Comment
Ratings & Reviews (1)
5.0 Average ratings
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Product Code : 111-03232
İstehsalçı ölkə: Belçika
1.14 AZN
Show More Skin Diseases
Like

Out Of Stock

Notify me when its in stock
Add to List Recommend It Comment Price Alert

SİNAFLAN, 0,25 mq/q xaricə istifadə üçün məlhəm

SİNAFLAN tərkibi

SİNAFLAN tərkibi, 1 tubda (15 mq) 3,75 mq fluosinolon asetonid vardır

Sinaflan, istifadəsinə göstərişlər

Preparat, yerli qlükokortikosteridlərə reaksiya verən və şiddətli qaşınma və ya hiperkeratozla müşayiət olunan iltihabi və allergik xəstəliklərin qısamüddətli müalicəsi üçün istifadə olunur. Susuz, yağ tərkibli Sinaflan məlhəmi əsasən, quru dərinin və xroniki proseslərin müalicəsi üçün istifadə olunur.

Əks göstərişlər

Təsiredici maddəyə və ya dərman preparatının tərkibində olan hər hansı komponentlərinə qarşı yüksək həssaslıq. Dərinin bakterial, virus, göbələk infeksiyaları (o cümlədən, sifilisin dəri təzahürləri, dəri vərəmi, piodermiya, suçiçəyi, herpes, aktinomikoz, blastomikoz, sporotrixoz). Çəhrayı və adi sızanaqlar, qundaq dermatiti, perioral dermatit, anogenital nahiyədə qaşınma, postvaksinal reaksiyalar, tətbiq nahiyələrində yaralar və dərinin xoralı zədələnməsi, venaların varikoz genişlənməsi ilə əlaqəli trofik xoralar. Dəri şişləri (nevus, hemangioma, ksantoma, ateroma, dəri xərçəngi, melanoma, sarkoma). Hamiləlik və laktasiya dövrü, 2 yaşa qədər uşaqlar. Oftalmologiyada istifadə etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Dərman preparatını hamiləlik və laktasiya dövründə istifadə etmək olmaz. Fluosinolon asetonid embriotoksik və teratogen təsirə malik ola bilər. Ana südünə keçməsi barədə məlumat yoxdur, lakin digər glükokortikoidlər südə nüfuz edir. Uzunmüddətli istifadə və ya geniş səthlərə tətbiq tələb olunarsa, ana südü ilə qidalanma dayandırılmalıdır. Körpənin preparatla təmasdan qorunması vacibdir.

İstifadə qaydası və dozası

Dərman yalnız yerli istifadə üçündür. Az miqdarda sutkada 1–2 dəfə dəri üzərinə çəkilir və yüngül masajla yeridilir. Adətən 5–10 gün istifadə olunur. Xəstəlik uzundursa, 2 həftədən artıq istifadə edilməməlidir. Böyük sahələrdə istifadədən çəkinilməlidir (20 %-dən çox). Oklyuzion sarğı istifadə olunmamalıdır (istisna: psoriaz). Üz nahiyəsində 5 gündən çox istifadə edilməməlidir. Uşaqlarda yalnız kiçik sahələrdə, qısa müddətdə və aşağı dozada istifadə oluna bilər. 2 yaşdan kiçik uşaqlarda istifadəsi qadağandır.

Prepared by  T-Soft E-Commerce.