Sevimlilərə əlavə edin
Paylaşın

Sinnabsin A N60 Tb

Məhsul Kodu : 111-27127
İstehsalçı ölkə : Almaniya
0 Şərh Şərh
9,60 AZN
Kateqoriya: Homeopatik
KolleksiyaQiymət Xəbərdarlığı

SİNNABSİN A, tabletlər

SİNNABSİN A tərkibi

Təsiredici maddə: 1 tabletin (250 mq) tərkibində 25 mq qırmızı civə sulfid (kinavar, Cinnabaris trit.) D3, 25 mq exinasea (Echinacea trit.) D1, 25 mq Kanada sarıkökü (Hydrastis trit.) D3, 25 mq kalium bixromat (Kalium bichromicum trit.) D3 vardır.

İstifadəsinə göstərişlər

Kəskin və xroniki rinosinusit.

Əks göstərişlər

- Preparatın tərkibinə daxil olan təsiredici maddələrdən hər hansı birinə qarşı və ya preparatın tərkibinə daxil olan komponentlərdən və ya mürəkkəbçiçəklilər fəsiləsindən olan b itkilərdən hər hansı birinə qarşı yüksək həssaslıq qeyd olunduğu hallarda; - Vərəm və sarkoidozun proqressivləşməsi zamanı; - Leykemiya və leykozlar zamanı; - Autoimmun xəstəli klər, kollagen toxumasının iltihabi xəstəlikləri (kollagenozlar, dağınıq skleroz) zamanı; - QİÇS, İİV infeksiyası zamanı; - İmmunosupressiya zamanı (məsələn, hər hansı orqan və ya sümük iliyi transplantasiyası, kimyəvi dərman terapiyası fonunda); - Xroniki virus xəstəlikləri zamanı; - 2 yaşa qədər uşaqlarda istifadəsi; - Hamiləlik zamanı istifadəsi əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik zamanı istifadəsi əks-göstərişdir. Laktasiya dövründə preparat yalnız, fayda və risk nisbətinin qiymətləndirilməsinin nəticələr i nəzərə alınaraq, istifadə edilməlidir. Pasiyentlərə, göstərilən dərman preparatının istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Təsir göstərmir.

SİNNABSİN A istifadə qaydası və dozası

Preparatdan istifadə etdikdə, hər zaman bu içlik vərəqədə qeyd olunan göstərişlərə və ya həkimin və ya əczaçının təyinatlarına riayət etmək lazımdır. Preparatın düzgün istifadəsinə dair hər hansı şübhə meydana çıxdığı halda, həkimlə və ya əczaçı ilə məsləhətləşmək tövsiyə olunur. Dozalanma rejimi Böyüklər Kəskin vəziyyətlərdə – yaxşılaşma baş verənə qədər, bir saatlıq intervallarla 1 tablet (gündə maksimum 12 tabletə qədər) istifadə etmək lazımdır. Davamlı müalicə məqsədi ilə gündə 3 dəfə 1 -2 tablet istifadə edilməlidir.

Uşaqlar 2 yaşdan 5 yaşa qədər uşaqlar Kəskin vəziyyətlərdə – yaxşılaşma baş verənə qədər, gündə 3 dəfə 1 tablet istifadə etmək lazımdır. Davamlı müalicə məqsədi ilə gündə 3 dəfə 1 tablet istifadə edilməlidir. 6 yaşdan 11 yaşa qədər uşaqlar Kəskin vəziyyətlərdə –yaxşılaşma baş verənə qədər, hər 2 saatdan bir 1 tablet (gündə maksimum 6 tabletə qədər) istifadə etmək lazımdır. Davamlı müalicə məqsədi ilə gündə 3 dəfə 1 tablet istifadə edilməlidir.

Yaşı 12 və daha yuxarı olan uşaqlar Kəskin vəziyyətlərdə – yaxşılaşma baş verənə qədər, bir saatlıq intervallarla 1 tablet (gündə maksimum 12 tabletə qədər) istifadə etmək lazımdır. Davamlı müalicə məqsədi ilə gündə 3 dəfə 1 -2 tablet istifadə edilməlidir. Xroniki vəziyyətlərdə böyüklərə və uşaqlara preparat gündə 3 dəfə 1 tablet təyin olunur. Müalicənin 4 həftədən 6 həftəyə qədər müddət ərzində davam etdirilməsi tövsiyə olunur.

Həkimlə məsləhətləşmədən Sinnabsin A preparatının 4 həftədən artıq müd dət ərzində istifadəsi tövsiyə olunmur. İstifadə qaydası Tabletləri qida qəbulundan yarım saat əvvəl və ya yarım saat sonra istifadə etmək lazımdır; tabletlər ağız boşluğunda tədricən əriməlidir. Kiçik yaşlı uşaqlar üçün tabletləri az miqdar suda (məsələn, çay qaşığında) həll etmək tövsiyə olunur.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-27127

Oxşar Məhsullar

Adrisin N50 Tb
10,97 AZN -%0
10,97AZN
Afala 3MG N100 Tb
13,21 AZN -%0
13,21AZN
Albikansan D5 10 ml Damla
16,90 AZN -%0
16,90AZN
Angin-Heel N50 Tb
9,30 AZN -%0
9,30AZN
Apis-Homakkord 30 ml Damla
15,00 AZN -%0
15,00AZN
Berberis-Homakkord 1.1 ml N5 Amp
9,77 AZN -%0
9,77AZN
Calcoheel N50 Tb
10,50 AZN -%0
10,50AZN
Chelidonium Homakkord 30 ml Damla
14,20 AZN -%0
14,20AZN
Coenzime Kompozitum 2.2 ml N5 Amp
13,37 AZN -%0
13,37AZN
Cor Suis Compositum N N5 Amp
18,33 AZN -%0
18,33AZN
Cor Suis Kompozitum 2.2 ml N5 Amp
18,33 AZN -%0
18,33AZN
Cralonin 30 ml Damla
11,84 AZN -%0
11,84AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce