Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 q linimentin tərkibində 100 mq xloramfenikol [D, L] (sintomisin) vardır. Köməkçi maddələr:gənəgərçək toxumunun yağı, emulqator №1, sorbin turşusu, etanol 96%, natrium karmelloza, təmizlənmiş su.
İstifadəsinə göstərişlər:
Yara prosesinin II fazasında infeksiyalaşmış yaralar (irini, nekrotik toxumaları olmayan), uzun müddət sağalmayan trofik xoralar, 2-3-cü dərəcəli yanıqlar.
Əks göstərişlər:
Fərdi dözümsüzlük, sümük iliyində qanyaranmanın zəifləməsi, kəskin intermitasiyaedici (növbələnən) porfiriya, qlükozo-6-fosfatdehidrogenazanın defisiti, qaraciyər və/və ya böyrək çatışmazlığı, dəri xəstəlikləri (göbələklə zədələnmə, psoriaz, ekzema), hamiləlik, laktasiya dövrü, yeni doğulma müddəti (4 həftəyədək). Osmotik aktivliyin olmadığını nəzərə alaraq (əsası: yağ, emulqator) yara prosesinin ilkin fazasında tətbiq etmək məsləhət görülmür (bol irin axma, toxumaların təzahürlü ödemi, ağrı və nekrotik toxumaların olması).
Xaricə istifadə edilir. Yara və yanıqların cərrahi işlənməsindən sonra sintomisin linimenti bilavasitə yara səthinə çəkilir, bundan sonra steril tənzif sarğı qoyulur və ya sintomisin linimenti sarğı materialına, daha sonra yaraya çəkilir. İrinli yaraların boşluqları cərrahi işlənmədən sonra ehtiyatla linimentli tamponlarla doldurulur, sintomisin linimentli tənzif turundları fistula gedişlərinə daxil edilir. Yaraların və 2-ci fazada olan yanıqların müalicəsi zamanı yaraların sağalma dinamikasından asılı olaraq 1-3 sutkada 1 dəfə təyin edilir.