Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 5 ml məhlulun tərkibində 22,5 mq butamirat sitrat vardır.
Dərman vasitəsinin komponentlərinə qarşı yüksək həssaslıq, 3 yaşa qədər uşaqlar.
Dərman vasitəsinin hamiləlik dövründə istifadəsinin təhlükəsizliyi və onun plasentar baryerdən
keçməsi barədə məlumat yoxdur. Dərman vasitəsinin hamiləliyin birinci trimestrində istifadəsi əks göstərişdir. Hamiləliyin II və III trimestrlərində ana üçün faydası və döl üçün potensial risk nisbəti nəzərə alınmaqla preparatın istifadəsi mümkündür. Dərman vasitəsinin ana südünə keçməsi
öyrənilməyib, bu səbəbdən preparatın laktasiya dövründə istifadəsi tövsiyyə olunmur.
Həkim tərəfindən fərqli təyinat edilmədikdə, aşağıda qeyd olunmuş dozalardan istifadə edin.
6 yaşdan kiçik uşaqlarda istifadəsi tövsiyə edilmir.
6 yaşdan yuxarı uşaqlar: gündə 2 dəfə 5 ml
12 yaşdan yuxarı uşaqlar: gündə 3 dəfə 5 ml
Böyüklər: gündə 4 dəfə 5 ml qəbul etməlidir.
Həkiminiz fərqli təyinat vermədiyi halda, Siploru 1 həftədən çox istifadə etməyin.
İstifadə qaydası:
• Siplor daxilə qəbul olunur.
• Preparatın dozasını tənzimləmək üçün ölçü qaşığından istifadə edin. Hər istifadədən sonra ölçü
qaşığını yuyun və qurudun.
Fərqli yaş qruplarında istifadəsi:
Uşaqlarda: 6 yaşdan kiçik uşaqlarda Siplorun istifadəsi tövsiyə edilmir.
Yaşlılarda: Siplorun yaşlı xəstələrdə təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir.