Меню
Мой счет
Я забыл свой пароль
регистр
моя тележка

Spascupreel N50 Tablet

Комментарий
Комментарии (1)
5.0 Средний балл
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Код продукта : 111-06193
İstehsalçı ölkə: Almaniya
нравиться

Распроданный

Дайте мне знать, когда он прибудет
Добавить в список Рекомендовать Комментарий Оповещение о цене

tabletlər

tabletlər tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində vardır: Citrullus colocynthis D4 30 mq, Ammonium bromatum D4 30 mq, Atropinum sulfuricum D6 30 mq, Veratrum album D6 30 mq, Magnesium phosphoricum D6 30 mq, Gelsemium sempervirens D6 30 mq, Passiflora incarnata D2 15 mq, Amanita muscaria D4 15 mq, Matricaria recutita D3 15 mq, Cuprum sulfuricum D6 15 mq, Aconitum napellus D6 60 mq.

İstifadəsinə göstərişlər

Saya əzələli orqanların spazmı (mədə, bağırsaq, öd kisəsi, uşaqlıq, sidik yolları); eninəzolaqlı əzələlərin spazmı (miogeloz, əzələ bərkiməsi).

Əks göstərişlər

Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu preparatda təqdim olunmuş maddələrin homeopatik durulaşmış məhlullarının hamiləlik və laktasiya müddətində toksiki olmaları məlum deyil. Bütün dərman maddələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmir və homeopatik durulaşdırılmalar səbəbilə heç bir təsiri gözlənilmir.

tabletlər istifadə qaydası və dozası

Adi istifadə: gündə 3 dəfə 1 tableti ağızda həll etmək lazımdır. Kəskin hallarda hər 15 dəqiqədən bir 1 tableti ağızda həll etmək (2 saata qədər) lazımdır.

Prepared by  T-Soft E-Commerce.