Sevimlilərə əlavə edin
Paylaşın

Strepsils Vıt-C N24 Pastil

Məhsul Kodu : 111-00154
1 Şərh Şərh
5,57 AZN
Kateqoriya: Burun və boğaz
KolleksiyaQiymət Xəbərdarlığı

Strepsils c vitamini ilə, sorma tabletlər

Strepsils c vitamini ilə tərkibi

Strepsils c vitamini ilə tərkibi, 1 tabletin tərkibində 1,2 mq 2,4-dixlorbenzil spirti, 0,6 mq amilmetakrezol, 100 mq askorbin turşusu vardır. Köməkçi maddələr: portağal aromatizatoru PHL 105288, levomentol, propilenqlikol, günəş qürubu sarısı boya maddəsi, al qırmızı boya maddəsi (Ponso 4R), çaxır turşusu, duru saxaroza, duru dekstroza (dekstroza, oliqo- və polisaxaridlər) (duru qlükoza).

Strepsils c vitamini ilə, istifadəsinə göstərişlər

İnfeksion iltihabi xəstəliklər zamanı boğaz ağrısının simptomatik müalicəsi.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; - 6 yaşa qədər uşaqlar; - saxaroza/izomaltaza defisiti, fruktoza keçirməzliyi, qlükoza-qalaktoza malabsorbsiyası.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, yalnız ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olduqda həkim məsləhəti ilə mümkündür. Hamiləliyin II-III trimestrində askorbin turşusuna gündəlik minimal tələbat təxminən 60 mq təşkil edir. Nəzərə almaq lazımdır ki, döl, hamilə qadının qəbul etdiyi askorbin turşusunun yüksək dozalarına adaptasiya oluna bilər və bunun nəticəsində yenidoğulmuşda “ləğv etmə” sindromunun yaranması mümkündür. Laktasiya dövründə gündəlik minimal tələbat 80 mq təşkil edir. Tərkibində adekvat miqdarda askorbin turşusu olan ananın pəhrizi, onun südəmər körpəsinin askorbin turşusu defisitinin profilaktikası üçün kifayətdir. Nəzəri cəhətdən ananın yüksək dozalarda askorbin turşusu qəbul etməsi, körpə üçün təhlükə törədir (laktasiya dövründə anaya askorbin turşusunun gündəlik tələbatını aşmamaq məsləhət görülür). Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, yalnız həkim nəzarəti altında mümkündür.

Strepsils c vitamini ilə, istifadə qaydası

Preparatı istifadə etməzdən əvvəl təlimatı diqqətlə oxumaq lazımdır. Yerli istifadə edilir. 6-8 yaşlı uşaqlar: hər 4 saatdan bir 1 tablet sorulur. 24 saat ərzində 5 tabletdən çox istifadə etmək olmaz. 18 yaşdan yuxarı böyüklər: hər 2-3 saatdan bir 1 tablet sorulur. 24 saat ərzində 8 tabletdən çox istifadə etmək olmaz. Qeyd edilən dozanı aşmaq olmaz. Müalicə kursunun müddəti 3 gündən artıq olmamalıdır. Preparat qəbul edildiyi 3 gün ərzində simptomlar olduğu kimi qaldıqda, müalicəni dayandırmaq və həkimə müraciət etmək lazımdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00154

Oxşar Məhsullar

Akva Maris 10 ml Damla
6,50 AZN -%0
6,50AZN
Akva Maris 30 ml Burun Spreyi
12,20 AZN -%0
12,20AZN
Akva Maris Allergiya 20 ml Sprey
20,80 AZN -%0
20,80AZN
Akva Maris Ekstra 150 ml Sprey
19,50 AZN -%0
19,50AZN
Akva Maris Norm 50 ml Burun Spreyi
13,00 AZN -%0
13,00AZN
Akva Maris Plyus 30 ml Sprey
15,20 AZN -%0
15,20AZN
Akva Maris Stronq 30 ml Sprey
14,00 AZN -%0
14,00AZN
Akva Maris Uşaqlar üçün 150 ml Sprey
17,60 AZN -%0
17,60AZN
Angilor 30 ml Sprey
19,80 AZN -%0
19,80AZN
Anginovag 10 ml Sprey
16,15 AZN -%0
16,15AZN
Anzibel Bal-Limon N20 Tablet
6,00 AZN -%0
6,00AZN
Anzibel Mentol N20 Tablet
6,00 AZN -%0
6,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce