Strepsöre, tibbi vasitə
Strepsöre tərkibi
İstifadə üçün təlimat 30 ml Aptek çobanyastığı (Matricaria recutita) çiçəyinin quru ekstraktı 10 mq (mg), İstiotlu nanə (Mentha piperita) yarpağının quru ekstraktı 6.6 mq(mg), Adi kəklikotu (Thymus vulgaris) otunun quru ekstraktı 6.6 mq(mg), Adi razyana (Foeniculum vulgare) meyvəsinin quru ekstraktı 6.6 mq(mg), Propolisin (Propolis) quru ekstraktı 2.6 mq(mg). Köməkçi maddələr: Saxaroza (Sacharose), Qliserin (Glycerine), Limon turşusu (Citric acid), Təmizlənmiş su (Purified water).
İstifadəsinə göstərişlər
Ağız boşluğunun gigiyenası üçün tövsiyə olunan tibbi vasitə. Əks-göstərişlər: Məhsulun hər hansı komponentinə qarşı allergik reaksiya.
Strepsöre istifadə qaydası və dozası
2 yaşa qədər uşaqlara gündə 3 dəfə 1 püskürtmə, 2-12 yaş arası uşaqlara gündə 3-4 dəfə 1-2 püskürtmə, 12 yaşdan yuxarı uşaqlar və böyüklərə gündə 3-4 dəfə 2-4 püskürtmə yeməkdən sonra istifadə olunur. Məhsulun istifadəsindən sonra 30 dəqiqə ərzində qida və maye qəbulu tövsiyə olunmur. Ağız boşluğu və boğazın gigiyenası məqsədilə gündə 1-2 dəfə 1-2 püskürtmə istifadə olunur.