Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 125,00 mq və ya 500,00 mq azitromisin hesabı ilə 131,027 mq1) və ya 524,109 mq2) azitromisin dihidrat vardır.
Preparata qarşı həssas mikroorqanizmlərlə törədilən infeksion-iltihabi xəstəliklər: Yuxarı tənəffüs yollarının və LOR orqanlarının (faringit/tonzillit, sinusit, orta otit) infeksiyaları; aşağı tənəffüs yollarının infeksiyalar: kəskin bronxit, xroniki bronxitin kəskinləşməsi, pnevmoniya, o cümlədən, atipik törədicilərin yaratdığı; dəri və yumşaq toxumanın infeksiyası (orta ağırlıq dərəcəli akne vulqaris, qızıl yel, impetiqo, ikincili infeksiyalaşmış dermatoz); Laym xəstəliyinin (borrelioz) ilkin mərhələsi: miqrasiyaedici eritema (erythema migrans), Chlamydia trachomatis ilə törədilən sidik-cinsiyyət yollarının infeksiyası (uretrit, servisit).
Preparatın istənilən komponentlərinə, eritromisinə, digər makrolidlərə və ya ketolidlərə qarşı yüksək həssaslıq; qaraciyər funksiyasının ağır pozuntusu (Çayld-Pyu təsnifatına görə C sinfi); bədən çəkisi 45 kq-dan az olan 12 yaşa qədər uşaqlar (500 mq-lıq tabletlər üçün); 3 yaşa qədər uşaqlar (125 mq-lıq tabletlər üçün); erqotaminlə və dihidroerqotaminlə eyni vaxtda istifadəsi.
Hamiləlik və laktasiya dövründə preparatı, yalnız o zaman istifadə etmək olar ki, ana üçün ehtimal edilən fayda uşağa və ya dölə olan potensial riskdən üstün olsun. Laktasiya dövründə preparatın istifadəsinə ehtiyac olduqda ana südü ilə qidalandırmanı dayandırmaq məsləhət görülür.
Sinir sistemində və görmə orqanında baş verən əlavə təsirlər inkişafı zamanı yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən fəaliyyət növü ilə məşğul olarkən ehtiyatlı olmaq lazımdır.
Daxilə, çeynəmədən, ən azı yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra sutkada 1 dəfə qəbul edilir. Böyüklər və bədən çəkisi 45 kq-dan artıq olan 12 yaşdan yuxarı uşaqlar Yuxarı və aşağı tənəffüs yollarının, LOR orqanlarının, dəri və yumşaq toxumanın infeksiyası zamanı 3 gün ərzində (kurs dozası 1,5 q) sutkada 1 dəfə 1 tablet (500 mq) təyin edilir. Orta ağırlıq dərəcəli akne vulqaris zamanı 3 gün ərzində sutkada 1 dəfə 1 tablet (500 mq), sonra 9 həftə ərzində (kurs dozası 6,0 q) həftədə 1 dəfə 1 tablet (500 mq) qəbul edilir. İlk həftəlik tableti birinci həftəlik tabletdən 7 gündən sonra qəbul etmək lazımdır (müalicə başladıqdan 8-ci gün), sonrakı 8 həftəlik tablet 7 gün intervalla istifadə edilir.
Laym xəstəliyi (borreliozun başlanğıc mərhələsi) zamanı-miqrasiyaedici eritema (erythema migrans): 5 gün ərzində sutkada 1 dəfə: 1-ci gün 1,0 q (500 mq-lıq 2 tablet) sonra 2-5 gün 1 tablet (500 mq) (kurs dozası 3,0 q) qəbul edilir. Chlamydia trachomatis (uretrit, servisit) ilə törədilən sidik-cinsiyyət yollarının infeksiyası zamanı: ağırlaşmamış uretrit/servisit-birdəfəlik 1 q (500 mq-lıq 2 tablet). Bədən çəkisi 45 kq-dan az olan 3-12 yaşlı uşaqlar Yuxarı və aşağı tənəffüs yollarının, LOR orqanlarının, dəri və yumşaq toxumanın infeksiyası zamanı 3 gün ərzində bədən çəkisi 10 mq/kq hesabı ilə sutkada 1 dəfə (kurs dozası 30 mq/kq). Dozalanmanın rahat aparılması üçün cədvəl №1-dən istifadə etmək məsləhət görülür.
Cədvəl №1. Bədən çəkisi 45 kq-dan az olan uşaqlar üçün Sumamed® preparatının dozasının hesablanması Bədən çəkisi 125 mq-lıq azitromisin tabletlərinin dozası 18-30 kq 2 tablet (250 mq azitromisin) 31-44 kq 3 tablet (375 mq azitromisin) 45 kq-dan az olmayan Böyüklər üçün məsləhət görülən doza istifadə edilir 3 yaşdan aşağı uşaqlarda Sumamed® preparatının oral suspenziya hazırlamaq üçün 100 mq/5 ml toz və oral suspenziya hazırlamaq üçün 200 mq/5 ml Sumamed® fortedən istifadə etmək məsləhət görülür. Streptococcus pyogenes ilə törədilən faringit/tonzillit zamanı Sumamed® preparatı 3 gün ərzində 20 mq/kq/sutka dozada istifadə edilir (kurs dozası 60 mq/kq). Maksimal sutkalıq doza 500 mq təşkil edir.
Laym xəstəliyi (bprreliozun başlanğıc mərhələsi) zamanı-miqrasiyaedici eritema (erythema migrans): 1-ci gün sutkada 1 dəfə 20 mq/kq sonra 2-5-ci gün 10 mq/kq hesabı ilə sutkada 1 dəfə. Uşaqlarda 60 mq/kq kurs dozasının rahat istifadəsi üçün Sumamed® preparatının oral suspenziya hazırlamaq üçün 100 mq/5 ml toz və oral suspenziya hazırlamaq üçün 200 mq/5 ml Sumamed® fortedən istifadə etmək məsləhət görülür. Böyrək funksiyasının pozulması zamanı: YFS 10-80 ml/dəqiqə olan pasiyentlərdə böyrək funksiyasının pozuntusu zamanı dozanın korreksiyası tələb edilmir. Qaraciyər funksiyasının pozulması zamanı: qaraciyər funksiyasının yüngül və orta pozuntusu olan pasiyentlərdə istifadəsi zamanı dozanın korreksiyası tələb edilmir.
Yaşlı pasiyentlər: dozanın korreksiyası tələb edilmir. Yaşlı şəxslər hazırda proaritmogen vəziyyətə artıq malik ola bildikləri üçün ürək aritmiyasının, o cümlədən, “piruet” tipli aritmiyanın inkişafının yüksək riskilə əlaqədar Sumamed® preparatının istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır.