Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

TENSIKEY COMPLEX 20/12,5MG N28 TB

Məhsul Kodu : 111-00775
İstehsalçı ölkə: Ispaniya
8,47 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

TENZİKEY KOMPLEKS, 20 mq/12,5 mq tabletlər

TENZİKEY KOMPLEKS tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 20 mq lizinopril, 12,5 mq hidroxlortiazid vardır.

İstifadəsinə göstərişlər

TENZİKEY KOMPLEKS 20 mq/12,5 mq tablet, yüngül v ə orta ağırlıqlı arterial hipert enziyanın müalicəsində lisinopril və hidroxlortiazid kombinasiyası tələb olunduğu halda təyin olunur.

Əks göstərişlər

TENZİKEY KOMPLEKS 20 mq/12,5 mq tabletləri anuriya zamanı və sulfanilamidlər əasasında olan digər dərman vasitələrinə qarşı həssaslığı olan xəstələrə əks göstərişdir. TENZİKEY KOMPLEKS 20 mq/12,5 mq tabletl əri, bu m əhsulun hər hansı bir komponentin ə qarşı həssaslığı olan x əstələrdə, an giotenzin çevirici fermentin inhibitoru (AÇ F) il ə əvvəlki müalic ə zamanı anamnezdə angionevrotik ödem, o cüml ədən irsi v ə ya idiopatik angionevrotik ödem müşahidə olunan xəstələrdə əks göstərişdir. Sulfanilamidlərin törəməsi olan digər dərman vasitələrinə qarşı yüksək həssaslıq. TENZİKEY KOMPLEKS 20 mq/12,5 mq tabletl ərin aliskiren t ərkibli vasit ələrlə eyni vaxtda istifadəsi ş əkərli diabet, k əskin böyrək və ya qaraciy ər çatışmazlığı olan x əstələrdə (GFR <60 ml/dəq/1,73 m2) əks göstərişdir.

TENZİKEY KOMPLEKS sakubitril/valsartan müalic əsi alan x əstələrə təyin edilm əməlidir. Sakubitril/valsartan müalic əsinin verilmiş son dozasından 36 saat keç ənədək TENZİKEY KOMPLEKS qəbulu əks-göstərişdir. Hamiləliyin ikinci və üçüncü 3 ayı. Xüsusi göstərişlər və ehtiyyat tədbirləri Hipotoniya və hidroelektrolitik disbalans Bütün antihipertenziv vasitələrlə müalicə zamanı olduğu kimi bəzi xəstələrdə simptomatik hipotoniya müşahidə oluna bilər.

Bu nadir hallarda ağırlaşmaları olmayan hipertoniyalı xəstələrdə müşahidə olunur, lakin hidroelektrolitik disbalans zamanı (məs., sidikqovucularla müalic ə nəticəsində yaranan hipovolemiya, hiponatriemiya, hipoxloremik alkaloz, hipomaqniemiya və ya hipokaliemiya, pəhrizdə duzun m əhdudlaşdırılması, dializ, ishal v ə ya qusma) hipotoniyanın yaranma ehtimalı d aha çox hallarda müşahidə olunur. Bu xəstələrdə periodik olaraq plazma elektrolitlərin analizi aparılmalıdır. Simptomatik hipotoniya riski yüks ək olan x əstələrdə, müalicənin başlanğı mərhələsi və dozanın korreksiyası ciddi tibbi n əzarət altında aparılmalıdır. Arterial t əzyiqin h əddindən artıq enm əsi miokard infarktı və ya beyin damar z ədələnməsi ilə nəticələnə bildiyindən, işemik kardiomiopatiyalı və ya beyin-damar xəstəlikıəri olan xəstələrin müalicəsinə xüsusi diqqət yetirilməlidir.

Arterial təzyiqin kəskin enməsi halında x əstəni arxası üst ə düz uzandırıb v ə ehtiyac olarsa fizioloji məhlul yeridilməlidir. Keçici arterial təzyiqin enməsi sonrakı təyinat üçün əks göstəriş deyil. Arterial təzyiq bərpa olunduqdan sonra müalicəyə kiçik dozalarla və ya yalnız uyğun dozalarla komponentlərdən biri il ə müalicəni davam etm ək olar. TENZİKEY KOMPLEKS 20 mq/12,5 mq tabletləri dig ər damargenişl əndirici vasit ələr kimi aortal stenoz v ə hipertrofik kardiomiopatiya zamanı ehtiyyatla təmin olunmalıdır.

Böyrək funksiyasının pozulması Böyrək funksiyası pozulmuş x əstələrdə tiazidlər diuretik kimi istifad ə üçün uyğun olmaya bil ər; kreatininin klirensi 30 ml/d əq və ya daha aşağı olduqda (yəni ağır v ə ya orta d ərəcəli böyr ək çatışmazlığı) tiazidlər effektiv deyirlər. TENZİKEY KOMPLEKS 20 mq/12,5 mq tablet ləri, böyrək çatışmazlığı olan xəstələrə (kreatininin klirensi ≥ 80 ml/dəq), eləcə də böyrək transplantasiyası olmuş xəstələrə əks göstərişdir. AÇF inhibitorları ilə müalicə alan ikitərəfli böyrək arterial stenozu olan və ya yalnız bir böyrəyi olan xəstələrdə, qanda sidik cö vhərinin və plazmada kreatininin artması müşahid ə edilmişdir. Bu ad ətən geri dönən dəyişikliklər müalicə dayandırıldıqda bərpa olunur.

Bu xüsusilə böyrək çatışmazlığı olan xəstələrdə müşahidə olunur. Renovaskulyar hipertenziya zamanı ağır hipotoniyanın v ə böyrək çatışmazlığının yaranma riski daha da artır. Bu xəstələrdə müalicə aşağı dozalarda və dozanın dəqiq titrləşməsi ilə ciddi tibbi nəzarət altında başlanılmalıdır. Diuretiklərlə müalicə yuxarıda qeyd olunan hallara s əbəb ola bildiyindən, TENZİKEY KOMPLEKS 20 mq/12,5 mq tabletlərlə müalicənin ilk həftələrində böyrək funksiyasına nəzarət edilməlidir.

Bəzi arterial hipertoniyalı x əstələrdə (öncədən böyr ək x əstəliyi aşkarlanmayan), diuretik lə birlikdə lisinoprilin qəbulu qanda sidik cövh ərinin, plazmada kreatininin artımı ilə müşahidə oluna bilər. Bu hallar adətən yüngül və keçici xarakter daşıyır. Belə hallar, TENZİKEY KOMPLEKS 20 mq/12,5 mq tabletl ərlə müalicə zamanı baş ver ərsə, o zaman müalicəni dayandırmaq lazımdır. Müalic əyə kiçik dozadan və ya hər hansı bir komponentl ə başlamaq olar.

Aortal v ə mitral qapaq stenozu/ hipertrofik kardiomiopatiya olan x əstələrdə TENZİKEY KOMPLEKS təyini zamanı diqqətli olmaq lazımdır. Qaraciyər xəstəliyi Hidroelektrolit balansın kiçik d əyişiklikləri qaraciy ər komasına s əbəb ola bildiyind ən, tiazidlər qaraciyər funksiyasının pozulması və ya proqressivləşən qaraciyər xəstəliyi olan xəstələrdə ehtiyyatla istifadə edilməlidir. Renin-angiotenzin-aldosteron sisteminin ikili blokadası (RAAS) AÇF inhibitorları ilə aliskiren, angiotenzin II reseptorların blokatorlarını eyni vaxtda qəbulu hipotenziya, hiperkaliemiya və böyrək funksiyasının zəifləməsi (kəskin böyrək çatışmazlığı da daxil olmaqla) riski haqqında məlumatlar vardır. Bu səbəbdən RAAS-nin ikili blokadasının qarşısını almaq üçün AÇF inhibitorlarını aliskiren v ə angiotenzin II reseptorlarının blokatorları il ə birgə istifadəsi tövsiyə edilmir.

Əgər müalicə mütləq ikili blokada ilə gedməlidirsə, bu yalnız müt əxəssis nəzarəti altında v ə böyrək funksiyasının, elektrolitlərin və qan təzyiqinin daimi izlənilməsi şərtilə baş verməlidir. Diabetik nefropatiyalı xəstələrdə AÇF inhibitorları və angiotenzin II reseptorlarının blokatorları eyni vaxtda istifadə edilməməlidir. Cərrahiyyə və anesteziya Ağır c ərrahi əməliyyat keçirmiş x əstələrdə və ya hipotenziyaya s əbəb olan d ərman vasit ələr il ə anesteziya aparıldıqda lisinopril reninin kompensasiyaedici ifrazı səbəbindən ikincili olaraq angiotenzin II-nin əmələ gəlməsini blokada edə bilər. Metabolik və endokrin təsirlər Tiazidlərlə müalicə qlükoza tolerantlığını d əyişdirə bilər, bunu nəzərə alaraq insulin daxil olmaqla, diabetəleyhinə dərman vasitələrinin dozalaranın tənzimlənməsi tələb oluna bilər.

Tiazidlər sidik lə kalsium ifrazını a zalda bil ər v ə plazmada kalsiumunun periodik v ə cuzi yüksəlməsinə səbəb ola bil ərlər. Nəzərə çarpan hiperkaliemiya gizli hiperparatir ioz haqqında xəbər verə bilər. Qalxanabənzər ətraf vəzilərin funksiyasını yoxlama qdan önc ə tiazidlərlə müalicə dayandırılmalıdır. TENZİKEY KOMPLEKS təyini zamanı neytropeniya/ aqranulositoz halları müşahid ə oluna bil ər.

Odur ki immunsupressiv müalic ə, prokainamid, allopurinol q əbul ed ən x əstələrdə preparatı son dərəcə ehtiyatla t əyin etm ək lazımdır. Bu tip x əstələrdə intensiv antibiotik terapiyasına cavab verməyən ciddi infeksion ağırlaşmalar meydana çıxa bilər. Xolesterol və triqliseridlərin səviyyəsinin artması tiazid diuretiklərin müalicəsi ilə əlaqəli ola bilər. Bəzi x əstələrdə tiazidlərlə müalicə hiperurikemiya v ə/və ya podaqraya səbəb ola bil ər.

Lakin, lisinopril sidikd ə sidik turşusunu artıra bil ər v ə bu səbəbdən hidrox lortiazidin hiperur emik t əsirini zəiflədə bilər. Hiperhəssaslıq və angioödem Nadir hallarda angiotenzin çevirici fermentin inhibitorları, o cüml ədən lizinopril il ə müalicə alan xəstələrdə üz, ətraf, dodaqlar, dil, səs telləri və/və ya qırtlağın angioödemi müşahidə olunur. Bu hallarda, lisinoprilin q əbulu dərhal dayandırılmalı və xəstəni evə buraxmadan öncə simptomların tamamilə yox olmasına əmin olmaq üçün müvafiq monitorinq aparılmalıdır. İltihab üz və dodaq nahiyəsi ilə məhdudlaşanda, prosses adətən müalicəsiz keçir, lakin simptomların yüngülləşməsi üçün antihisatmin vasitələrdən istifadə oluna bilər.

Qırtlaq ödemi ilə gedən angioödem ölümlə nəticələnə bilər. Tənəffüs yollarının t utulmasına səbəb olan dil, səs telləri və ya qırtlaq ödeminin yaranması zamanı, dərhal t əcili yardım göstərilməli, adrenalin yeridilməli və/və ya bir t ənəffüs yol unun açıq saxlanılması təmin olunmalıdır. Xəstə simptomların tam v ə davamlı yox olması na qədər ciddi tibbi nəzarət altında qalmalıdır. Qara irqli pasiyentlərdə AÇF inhibitorları tərəfindən yarana bil ən angioödem digər irqlərə aidə olan xəstələrdən fərqli olaraq daha çox müşahidə olunur.

AÇF inhibitorları ilə əlaqəli olmayan, anamnezində Kvinke ödemi olan x əstələrdə, bu qrup dərmanlarla müalicə zamanı angioödemin yaranma r iski artır. Anamnezində allergiya və ya bronxial astma olan v ə ya olmayan x əstələrdə tiazidlərin q əbulu hiperh əssaslıq reaksiyaların yaranmasına səbəb ola bi ər. Tiazidl ərin q əbulu zamanı qırmızı qurd eş əniyi x əstəliyinin k əskinləşməsi v ə ya aktivasiya haqqında məlumatlar vardır. Desensibilizasiya Desensibilizasiyaya səbəb olan preparatlarla müalicə zamanı AÇF inhibitorları qəbul edən xəstələrdə (məs., həşəratların sancması) davamlı anafilaktoid reaksiyalar müşahid ə olunmuşdur; bu x əstələrdə AÇF inhibitorların qəbulunu müv əqqəti dayandırdıqda bu reaksiyalar itir, lakin t əsadüfən restimulyasiya olduğu zaman yenidən yaranırlar.

Xoroidal effuziya, kəskin miopiya və ikincili qapalı bucaqlı qlaukoma: Sulfanilamid və ya sulfanilamid törəmələri, görmə sahəsinin defekti, keçici miopiya v ə kəskin qapalı bucaqlı qlaukoma ilə, xoriodal effuziyaya s əbəb olan idiosinkratik reaksiyaya s əbəb ola bil ərlər. Simptomlar, görm ə itiliyini azalması v ə ya göz ağrısının k əskin başlanğıcı il ə gedir və adətən preparatın qəbulundan bir neç ə saat və ya bir neçə həftə sonra müşahidə edilir. Müalicə olunmayan kəskin qapalı bucaqlı qlaukoma daimi görm ə itkisinə səbəb ola bil ər. Müalicə – dərman qəbulunu mümkün qədər tez dayandırmaqdır.

Göz t əzyiqi nəzarətsiz qalarsa, təcili tibbi v ə ya cərrahi müalicə tələb oluna bilər. Kəskin qapalı bucaqlı qlaukomanın inkişaf etməsi üçün risk faktorları, sulfanilamid və ya penisilinlərə qarşı allergik reaksiyanın olmasıdır. Qeyri melanoma dəri xərçəngi Hidroxlortiazid qəbul ed ən x əstələr NMSC (qeyri-melanoma olan d əri x ərçəngi) riski haqqında məlumatlandırılmalı və dərilərində hər hansı bir dəyişikliklər aşkarlandıqda dərhal həkimə müraciət etməlidirlər. Dəri x ərçəngi riskini minimuma endirm ək üçün gün əş işığın dan və ultrabənövşəyi şüalar dan qorunmalı, məruz qaldıqda isə qorunma üsullarından istifadə etmək lazımdır.

Şübhəli d əri dəyişikliklərin dərhal histoloji müayin əsi aparılmlıdır. Anamnezində NMSC olan xəstələrdə HCTZ -in istifadəsi müzakirə olunmalıdır. Hemodializdə olan xəstələr Böyrək çatışmazlığı s əbəbindən dializdə olan x əstələrə TENZİKEY KOMPLEKS 20 mq/12,5 mq tabletləri təyin olunmamalıdır. Hemodializin mü əyyən prosedurlarına m əruz qalan x əstələrdə (məs., yüks ək axını olan AN 69 membranları olan) və eyni vaxtda AÇF inhibitoru ilə müalicə alan xəstələrdə anafilaktik reaksiyaların yaranması haqqında m əlumatlar vardır.

Bu x əstələrdə fərqli bir dializ membranının v ə ya fərqli bir antihipertenziv vasitənin istifadəsi nəzərə alınmalıdır. Aşağı sıxlıqlı lipoproteinl ərin dekstran sulfatla aferezisi zamanı anafilaktoid reaksiyalar müşahidə oluna bil ər. H ər aferezisd ən önc ə TENZİKEY KOMPLEKS ilə müalicəyə ara verm əklə bu reaksiyaların qarşısı alına bilər. Litium AÇF inhibitorları ilə litium preparatları birlikdə istifadə olunması tövsiyə olunmur.

Öskürək AÇF inhibitorlarının istifad əsi zamanı öskürəyin yaranması haqqında bildirilir. Öskürək davamlı, qeyri produktiv xarakter daşayır və müalicə dayandıqdan sonra kəsilir. İdmançılarda istifadəsi Nəzərə alınmalıdır ki, bu d ərman vasitəsinin tərkibinə dopinq nəzarətində müsbət nəticə verə bilən komponent daxildir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə lisinoprilin istifadəsi tövsiyə edilmir. Hamiləlik aşkarlandıqda, ananın həyatı üçün əvəzolunmaz hesab edilmədiyi təqdirdə, bu dərman vasitəsi ilə müalicə mümkün qədər tez dayandırılmalıdır. AÇF inhibitorları, hamilə qadınlara ikinci və üçüncü trimestrdə tə dbiq edildikdə dölün və yenidoğulmuşların xəstəlik və ölümü nə səbəb ola bilər. Bu dövrdə AÇ F inhibitorların qəbulu, dölün və yenidoğulmuşun zədələnməsi, o cümlədən hipotoniya, böyrək çatışmazlığı, hiperkalemiya və/və ya kranial hipoplaziya səbəb ola bilər.

Anada yaranan oliqohidramnion dölün böyrək funksiyasının enməsinə, yuxarı və aşağı ətrafların kontrakturasına, üz-çənə deformasiyasına və ağ ciyər hipoplaziyasına səbəb ola bilər. Diuretiklərin sağlam hamilə qadınlarda istifadəsi tövsiyə edilmir, çünki bu, ana və döl üçün arzuolunmaz risklər yarada bilər (dölün və yenidoğulmuşun sarılığı, trombositopeniya və digər böyüklərdə yarana bilən əlavə təsirlər). Hamiləlik dövründə lisinopril təyin edilərsə, xəstəyə döl üçün potensial risk barədə xəbərdar edilməlidir. Hamiləlik dövründə istifadənin xüsusi hesab edildiyi qeyri -adi hallar olarsa, intraamniotik mühiti qiymətləndirmək üçün periodik olaraq ultrasəs müayinəsi aparılmalıdır.

Oliqohidramnioz aşkar edilərsə, ana üçün həyati əhəmiyyət kəsb etmədiyi təqdirdə lisinopril ilə müalicə dayandırılmalıdır. Buna baxmayaraq, xəstələr və həkimlər, dölün geri dönməz zədələnməsindən sonra oliqohidramniozun meydana gəlməməsi ehtimalını bilməlidirlər. Lizinopril qəbul edən anaların uşaqları hipotoniya, oliqouriya və hiperkalemiya yaranma riskini görə diqqətlə yoxlanılmalıdırlar. İnsan plasentasından keçən Lisinopril, müəyyən klinik fayda ilə peritoneal dializ vasitəsi ilə dölün qanından xaric olunur və teoritik olaraq qanköçürmə yolu istisna oluna bilər.

Laktasiya dövründə Lizinopril/Hidroxlortiazid kombinasiyasının istifadəsi tövsiyə olunmur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Xüsusi ehtiyat tədbirləri tələb olunmur, lakin başgicəllənmə və yorğunluq kimi müəyyən əlavə təsirlərin yaranması mümkündür.

TENZİKEY KOMPLEKS istifadə qaydası və dozası

Essensial hipertenziya Adi doza – 1 tablet gündə 1 d əfə. TENZİKEY KOMPLEKS 20 mq/12,5 mq tabletl əri h ər gün təxminən eyni vaxtda qəbul edilməlidir. Qeyd olunan dozalanma il ə arzuolunan terpaevtik effekt 2 - 4 həftəyə əldə olunmursa doza gündə bir dəfə 2 tabletə qaldırıla bilər. Böyrək çatışmazlığı Böyrək funksiyası pozulmuş x əstələrdə tiazidlər diuretik kimi istifad ə üçün uyğun olmaya bil ər; kreatininin klirensi 30 ml/d əq v ə ya daha aşağı olduqda (y əni, ağır v ə ya orta d ərəcəli böyr ək çatışmazlığı) tiazidlər effektiv deyirlər.

TENZİKEY KOMPLEKS 20 mq/12,5 mq tabletl ər böyr ək çatışmazlığı olan h ər hansı bir x əstədə ilkin müalicə kimi istifadə edilməməlidir. Kreatinin klirensi > 30 v ə <80 ml/d əq olan x əstələrdə, TENZİKEY KOMPLEKS 20 mq/12,5 mq tabletləri, yalnız hər komponentin dozasının ayrıca tənzimləndikdən sonra istifadə edilə bilər. Dozalanma h əkim t ərəfindən mü əyyən olunmadıqda, yüngül böyr ək çatışmazlığı zamanı tövsiyə olunan ilkin doza 5-10 mq təşkil edir. İlkin olaraq sidikqovucularla müalicə Simptomatik arterial hipotenziya TENZİKEY KOMPLEKS 20 mq/12,5 mq tabletin ilk q əbulundan sonra müşahidə oluna bilər.

Bu, sidikqovucularla əvvəlki müalicənin nəticəsi olaraq həcm və/və ya duz tükənməsi olan xəstələrdə daha çox ehtimal olunur. TENZİKEY KOMPLEKS 20 mq/12,5 mq tabletlə müalicəyə başlamazdan 2-3 gün əvvəl sidikqovucularla müalicə dayandırılmalıdır. Bu mümkün olmadıqda, lisinopril il ə müalicə 5 mq-dan başlanmalıdır. Pediatriyada istifadəsi Bu qrup xəstələrdə preparatın təhlükəsizlik və effektivliyi sübut olunmamışdır.

Yaşlı xəstələrdə istifadəsi Klinik t ədqiqatlarda lisinopril v ə hidroxlortiazidin birlikdə qəbul edilm əsinin effektivliyi v ə keçirilməsi arterial hipertoniyalı həm yaşlı xəstələrdə həmdə gənclərdə eynidir. 20-80 mq arası lisinopril in sutkalıq doazası, hipertoniyalı yaşlı (65 yaş v ə yuxarı) və yaşlı olmayan xəstələrdə eyni dərəcədə təsir göstərmişdir. Diastolik arterial t əzyiqin enməsi zamanı, h ipertoniyalı yaşlı xəstələrdə, lisinopril il ə monoterapiya, hidroxlorotiazid və ya atenololun monoterapiyası qədər effektivdir. Klinik tədqiqatlarda yaş lisinoprilin tolerantlığına təsir göstərməmişdir.

Prepared by  T-Soft E-Commerce.