Bitib
Stokda olanda mənə xəbər verin.TERFALİN tərkibi, 250 mq terbinafinə ekvivalent olan 281,25 mq terbinafin hidroxlorid vardır.
Dərinin və dırnağın Trichophyton (T. rubrum, T.mentagrophytes, T. verrucosum, T. violaceum), Microsporum canis və Epidermophyton floccosum tərəfindən törədilən göbələk infeksiyaları. 1. Terfalin® lokalizasiyasına, ağırlığına və infeksiyanın yayılmasına görə peroral müalicə məqsədəuyğun hesab edilən göbələk xəstəliklərinin (bədən, qasıq və pəncə dermatomikozlarınun) müalicəsində göstərişdir. 2. Terfalin® onixomikozun müalicəsi zamanı istifadəyə göstərişdir.
Təsiredici maddəyə və ya Terfalin®-in hər hansı bir köməkçi maddəsinə qarşı yüksək həssaslıq. Xroniki və ya aktiv qaraciyər xəstəliyi.
Daxilə qəbul edilir. Dozalanma Yetkin insanlar Gündə bir dəfə 250 mq. Müalicə müddəti göstərişdən və infeksiyanın ağırlığından asılıdır. Dəri infeksiyaları Ehtimal edilən müalicə müddətləri aşağıdakı kimidir: Tinea pedis (barmaqlararası, pəncə dermatomikozu): 2-dən 6 həftəyədək. Tinea corporis (gövdə dermatomikozu): 4 həftə Tinea cruris (qasıq dermatomikozu): 2-dən 4 həftəyədək Onixomikoz Əksər xəstələr üçün müalicə müddəti 6 həftədən 3 ayadək təşkil edir. 3 aydan az müalicə müddəti, əl dırnaqlarının infeksiyası, eləcə də baş barmaq istisna olmaqla digər ayağ barmaqlardakı dırnaq infeksiyaları olan və daha cavan pasiyentlərdə nəzərdə tutulub. Ayaq barmağında dırnaq infeksiyalarının müalicəsində, adətən 3 ay kifayət edir, amma müəyyən pasiyentlər üçün 6 ay və ya daha uzun müddətli müalicə tələb oluna bilər. Müalicənin ilk həftələrində dırnağın vəziyyətində yaxşılaşmanın zəif olması, daha uzun müddətli müalicəyə ehtiyac olacağını bildirən pasiyentləri müəyyən edən faktorlardandır. İnfeksiyanın əlamətlərinin və simptomlarının tam itməsi mikoloji müalicədən bir neçə həftə keçmədən əvvəl əldə edilə bilməz. Müxtəlif qrup pasiyentlər ilə əlaqəli əlavə məlumat Qaraciyər çatışmazlığı Terfalin® xroniki və ya kəskin qaraciyər çatışmazlığı olan pasiyentlərə məsləhət görülmür. Böyrək çatışmazlığı Terbinafin tabletlərinin istifadəsi böyrək çatışmazlığı olan pasiyentlərdə kifayət qədər öyrənilmədiyindən istifadəsi məsləhət görülmür (XƏBƏRDARLIQLAR/ EHTİYAT TƏDBİRLƏRİ VƏ FARMAKOKİNETİK XÜSUSİYYƏTLƏR bölməsinə baxın). Uşaqlar Böyük Britaniyada aparılmış terbinafinin postmarketinq müşahidə tədqiqatında iştirak edən 314 uşaq pasiyentin peroral terbinafinlə müalicə zamanı təhlükəsizlik nəticələrinin nəzərdən keçirilməsi nəticəsində uşaqlardakı əlavə təsirlər yetkin insanlardakı kimi olduğu müəyyən edilmişdir. Yetkin insanlarda qeyd olunan əlavə təsirlər əlavə hər hansı yeni, qeyri-adi və ya daha ağır reaksiyaların olmasına aid heç bir sübut qeyd edilməmişdir. Lakin, əldə olan məlumatların sayının məhdud olduğu səbəbindən, uşaqlarda istifadəsi məsləhət görülmür. Yaşlılar Yaşlı pasiyentlərdə gənc pasiyentlərlə müqayisədə doza dəyişikliyinə ehtiyac olduğu və fərqli təsirlərin olması barədə heç bir sübut mövcud deyil. Mümkün qaraciyər və ya böyrək funksiyalarının pozuntu ehtimalının olması bu yaş qrupunda diqqətdə saxlanılmalıdır.