Support Line : +994503023010
Menu
Account
Forgot password?
REGISTER
Cart

TETURAM 150MG N30 TB

Product Code : 111-90380
Reseptlə satılır
İstehsalçı ölkə: Rusiya
2.94 AZN
Show More Nervous System
Like

Out Of Stock

Notify me when its in stock
Add to List Recommend It Comment Price Alert

TETURAM, tabletlər

TETURAM tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 150 mq disulfiram (teturam) vardır.

İstifadəsinə göstərişlər

Disulfiram xroniki alkoqolizmin müalicəsi və residivlərinin profilaktikası üçün köməkçi müalicə vasitəsi kimi istifadə olunur. Disulfiram alkoqoolizmi müalicə etmir. Monoterapiya vasitəsi kimi istifadə edildikdə, müvafiq motivasiya və dəstəkləyici müalicə olmadıqda, xroniki alkoqolizmdən əziyyət çəkən şəxslərdə alkoqol davranışına əhəmiyyətli dərəcədə təsir göstərmir.

Əks göstərişlər

- Disulfirama və ya preparatın tərkibində olan hər hansı köməkçi komponentə qarşı yüksək həssaslıq; - ağır dərəcəli qaraciyər çatışmazlığı; - ağır dərəcəli tənəffüs çatışmazlığı; - ağır dərəcəli böyrək çatışmazlığı; - şəkərli diabet; - anamnezdə insult və ya baş beyinin ağır dərəcəli üzvi zədələnmələri; - sinir-psixi pozğunluqlar; - epilepsiya və ya müxtəlif mənşəli qıcolma sindromu; - ürəyin işemik xəstəliyi daxil olmaqla, ürək-damar sistemi xəstəlikləri; - son 24 saat müddətində spirtli içkilərin və ya tərkibində etanol olan dərman preparatlarının istifadəsi; - hamiləlik və reproduktiv yaş dövrü (kontrasepsiyadan istifadə edilmədikdə); - laktasiya dövrü; - 18 yaşa qədər uşaqlar (preparatın effektivliyi və təhlükəsizliyi barədə heç bir məlumatın olmadığı üçün); - izoniazidin, metronidazolun, ornidazolun, seknidazolun, tinidazolun, fenitoinin eyni zamanda istifadə olunması (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrü Hamilə qadınlarda Teturam preparatının istifadəsi əks göstərişdir (heç bir klinik məlumat olmadığı üçün). Laktasiya dövrü Laktasiya dövründə Teturam preparatının istifadəsinin təhlükəsizliyi müəyyən edilməyib. Bu səbəbdən, laktasiya dövründə qadınlara preparatın istifadəsi əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Bəzi pasiyentlərdə disulfiram yuxuya meylliliyə səbəb ola bilər, bu səbəbdən, nəzərə almaq lazımdır ki, preparat yüksək diqqət konsentrasiyası tələb edən nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər.

TETURAM istifadə qaydası və dozası

Müalicəni, pasiyenti hərtərəfli müayinə etdikdən və terapiyanın nəticələri və ağırlaşmaları barədə məlumatlandırdıqdan sonra, başlamaq olar. Müalicəyə başlayana qədər 5-7 gün müddətində pasiyent alkoqol (etanol) qəbul etməməlidir, qanda etanolun mövcudluğunu təyin edən test mənfi olmalıdır. Preparatı daxilə sutkada 1 dəfə səhər yeməyi zamanı 500 mq-dan artıq olmayan dozada, fərdi sxem üzrə qəbul etmək lazımdır: dozanı tədricən sutkada 250 mq-a və ya 150 mq-a qədər aşağı salmaq lazımdır. Pasiyentin reaksiyasından asılı olaraq, dozanı artırmaq və ya azaltmaq olar.

Disulfiram-etanol sınağı 7-10 gündən sonra disulfiram-etanol sınağını aparmaq lazımdır (500 mq preparatı qəbul etdikdən sonra, pasiyent 20-30 ml 40 %-li etanol qəbul etməlidir), disulfiram-etanol reaksiyası zəif olduqda (üz nahiyəsi dərisinə “qan axınları”, dəri örtüyünün hiperemiyası, ürəkbulanma, qusma, zəiflik, taxikardiya, arterial təzyiqin aşağı düşməsi) etanolun dozasını 10-20 ml (40 % etanol hesabı ilə maksimal doza 120 ml təşkil etməlidir) yüksəltmək lazımdır. 1-2 gündən sonra stasionarda və 3-5 gündən sonra ambulator şəraitdə, zərurət yarandıqda etanolun və/və ya preparatın dozalarını korreksiya edərək, sınağı təkrar keçirmək lazımdır. Gələcəkdə, 1-3 il müddətində preparatı sutkada 150-250 mq dəstəkləyici dozada istifadə etmək olar. Disulfiram-etanol sınağını 50 yaşdan yuxarı pasiyentlərdə keçirmək olmaz.

Prepared by  T-Soft E-Commerce.