Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Tobreks 3 mq 3,5 qr məlhəm (Belçika)

Məhsul Kodu : 111-00878
İstehsalçı ölkə: Isveçre
6,54 AZN
Daha çox Göz və qulaq
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

TOBREKS, 0,3%  steril oftalmoloji məlhəm

Tobreks tərkibi

 Təsiredici maddə:   1 q məlhəmin tərkibində 3 mq  tobramisin  (3 mq/q) vardır. Köməkçi maddələr: susuz xlorbutanol, maye parafin, ağ yumşaq parafin.

İstifadəsinə göstərişlər:

  Tobreks yerli istifadə üçün nəzərdə tutulmuş antibiotik olub, göz və gözün əlavə aparatının tobramisinə həssas olan bakteriyalar tərəfindan törədilən infeksiyalarının müalicəsi zamanı istifadə edilir; • əsasən digər antibiotiklərə qarşı rezistent olan, xüsusilə Pseudomonas aeruginosa tərəfindən törədilən infeksiyalar; • aşağıdakılarla məhdudlaşmayaraq: - bakterial konyunktivit - blefarit; - keratokonyunktivit; - blefarokonyunktivit; - keratit; - dakrosistit - ön seqment əməliyyatında cərrahi əməliyyatdan əvvəl və sonra profilaktik tədbir kimi. Tobreksdən istifadə zamanı, bakteriyaların müalicəyə həssaslığının müvafiq müşahidəsi aparılmalıdır.

Əks göstərişlər:

Preparatın təsiredici maddəsinə və ya köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq. 

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Yerli tətbiq olunan okulyar tobramisinin hamilə qadınlarda istifadəsi ilə bağlı məlumat məhdud və ya yox dərəcəsindədir. Hamilə qadınlarda tobramisin venadaxili yeridilmədən sonra plasentadan keçərək dölə nüfuz etmişdir. Tobramisinin bətndaxili ekspozisiya nəticəsində ototoksikliyə səbəb olması ehtimal edilmir.  Heyvanlar üzərində aparılan tədqiqatlar, dərman vasitəsinin, insanlar üçün tövsiyə edilən maksimal dozalardan əhəmiyyətli dərəcədə yüksək dozaların istifadəsi zamanı reproduktiv toksikiliyə səbəb olduğunu göstərmişdir (klinik olaraq məhdud əhəmiyyətli). Tobramisinin siçovullarda və ya dovşanlarda teratogenliyə səbəb olması qeyd edilməmişdir. Tobramisin göz məlhəmi hamiləlik zamanı yalnız mütləq zəruriyyət yarandıqda istifadə edilə bilər. Tobramisin sistem şəkildə istifadədən sonra, insanlarda ana südünə nüfuz edir. Tobramisinin yerli okulyar istifadədən sonra insanlarda ana südünə keçməsi məlum deyil. Yerli istifadədən sonra tobramisinin ana südündə aşkar miqdarda olması və ya körpəyə klinik təsir göstərməsi ehtimal edilmir. Buna baxmayaraq, südəmər uşaqlar üçün risk istisna edilmir. Körpələrin ana südü ilə qidalandırılması və ya müalicənin dayandırılması fayda/risk nisbətinə əsasən qərara alınmalıdır.  Fertillik Tobreks göz məlhəminin yerli istifadəsinin insanlarda fertilliyə təsirini  dəyərləndirmək üçün araşdırma aparılmamışdır. 

Tobreks istifadə qaydası, dozası

 Azı 1 sm məlhəm aşağı göz qapağının daxilinə çəkilir. Preparatdan istifadə 3-4 saatdan bir təkrarlanır. Müalicənin davamiyyəti infeksiyanın növündən asılı olaraq 5-15 gün arasında ola bilər.  Uşaqlar Tobramisin 3 mq/q göz məlhəmi uşaqlarda (1 yaşından böyük uşaqlar) böyüklərdə istifadə edilən dozaya bərabər dozada istifadə edilə bilər. 1 yaşından aşağı uşaqlara dair məlumatlar məhduddur. Preparatın təhlükəsizliyi və effektivliyi 2 aydan balaca uşaqlarda müəyyən edilməmişdir.  Yaşlılar Yaşlı və cavan xəstələr arasında preparatın təhlükəsizliyi və effektivliyinə dair klinik fərq müşahidə edilməmişdir.  Böyrək funksiyasının pozulması Tobreks göz məlhəminin təhlükəsizlik və effektivliyi böyrək funksiyasının pozulması olan xəstələrdə müəyyən edilməmişdir.  Qaraciyər funksiyasının pozulması Tobreks göz məlhəminin təhlükəsizlik və effektivliyi qaraciyər funksiyasının pozulması olan xəstələrdə müəyyən edilməmişdir.  İstifadə qaydası Yalnız yerli istifadə üçündür.  Preparatın istifadəsindən sonra burun-göz yaşı kanalının barmaqla asta basılması və ya göz qapaqlarının yavaş bağlanması tövsiyə edilir. Bu yerli istifadə edilən dərman vasitəsinin sistem absorbsiyasını azaldaraq, sistem əlavə təsirləri azalda bilər. Birdən artıq oftalmoloji vasitələr təyin edildikdə, hər bir dərman vasitəsi azı 5 dəqiqə fasilə ilə istifadə edilməlidir.  Göz məlhəmi ən sonda istifadə edilməlidir. 

Prepared by  T-Soft E-Commerce.