Bitib
Stokda olanda mənə xəbər verin.Damcı Təsiredici maddələr:100 q daxilə qəbul üçün damcının tərkibində aşağıdakı dərman bitki xammalları qarışığının ekstraktı vardır: 0,4 q dandelion herb (Taraxaci herba) (dərman zəncirotu), 0,5 q horstail herb (Equiseti herba) (qatırquyruğu), 0,4 q marshmallow root (Althaeae radix) (gülxətmi), 0,3 q matricaria flower (Matricariae flos) (çobanyastığı çiməkləri), 0,2 q oak bark (Quercus Cortex) (palıd qabığı), 0,4 q walnut leaves (Juglandis folium) (yunan qozu), 0,4 q jarrow herb (Millefolii herba) (boymadərən), təmizlənmiş su. Ekstraksiya vasitəsi: etanol 59%-həcm/faiz. Dərman preparatının tərkibində 19 % (həcm /faiz) alkoqol vardır
İstifadəsinə göstərişlər:
Yuxarı tənəffüs yollarının kəskin və xroniki xəstəlikləri (tonzillit, faringit, laringit). Virus infeksiyaları nəticəsində yaranan ağırlaşmaların qarşısının alınması və bakterioloji infeksiyalar zamanı antibiotik müalicəsinə əlavə kimi.
Əks göstərişlər:
Dərman vasitəsinin aktiv maddələrinə və ya hər hansı bir köməkçi maddəsinə qarşı yüksək həssaslıq. Mürəkkəbçiçəklilər fəsiləsindən olan bitkilərə qarşı məlum allergik reaksiyalar. 1 yaşa (damcı) qədər və 6 yaşa (tablet) qədər uşaqlar. Genetik laktoza, fruktozaya qarşı dözümsüzlük, laktaza defisiti, qlükoza-qalaktoza malabsorbsiyası və ya saxaroza-izomaltoza defisiti olan pasiyentlər.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Tonzilqon ®N hamiləlik və laktasiya dövründə yalnız həkim tərəfindən ciddi şəkildə risk-fayda nisbətinin qiymətləndirilməsindən sonra istifadə edilə bilər.
Simptomların inkişafı kəskinləşərsə: Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr gündə 5-6 dəfə 25 damcı və ya 2 örtüklü tablet qəbul etməlidirlər. 6-11 yaşlı uşaqlar gündə 5-6 dəfə 15 damcı və ya 1 örtüklü tablet qəbul etməlidirlər. 1-5 yaşlı uşaqlar 10 damcı gündə 5-6 dəfə qəbul etməlidirlər. Simptomların kəskinliyi azalandan sonra Tonzilqon ® N ilə müalicə daha 1 həftə davam etdirilməlidir. Xəstəliyin kəskin simptomları itdikdən sonra: Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr gündə 3 dəfə 25 damcı və ya 2 örtüklü tablet qəbul etməlidirlər. 6-11 yaşlı uşaqlar gündə 3 dəfə 15 damcı və ya 1 örtüklü tablet qəbul etməlidirlər. 1-5 yaşlı uşaqlar gündə 3 dəfə 10 damcı qəbul etməlidirlər. Örtüklü tabletlər bütöv şəkildə, çeynənmədən və az miqdarda su ilə udulmalıdır. Damcı isə durulaşdırılmamış halda qəbul edilməlidir. Udmazdan əvvəl qısa müddət ağızda saxlayın.