Sevimlilərə əlavə edin
Paylaşın

Tonzilgon N N50 Drj

Məhsul Kodu : 111-06020
İstehsalçı ölkə : Almaniya
0 Şərh Şərh
15,60 AZN
Kateqoriya: Burun və boğaz
KolleksiyaQiymət Xəbərdarlığı

TONZİLQON N, daxilə qəbul üçün damcı; örtüklü tabletlər

TONZİLQON N tərkibi

Təsiredici maddələr:100 q daxilə qəbul üçün damcının tərkibində aşağıdakı dərman bitki xammalları qarışığının ekstraktı vardır: 0,4 q dandelion herb (Taraxaci herba) (dərman zəncirotu), 0,5 q horstail herb (Equiseti herba) (qatırquyruğu), 0,4 q marshmallow root (Althaeae radix) (gülxətmi), 0,3 q matricaria flower (Matricariae flos) (çobanyastığı çiməkləri), 0,2 q oak bark (Quercus Cortex) (palıd qabığı), 0,4 q walnut leaves (Juglandis folium) (yunan qozu), 0,4 q jarrow herb (Millefolii herba) (boymadərən), təmizlənmiş su. Ekstraksiya vasitəsi: etanol 59%-həcm/faiz. Dərman preparatının tərkibində 19 % (həcm /faiz) alkoqol vardır. Tabletlər Təsiredici maddə: 1 tabletin tərkibində toz halına salınmış aşağıdakı bitki xammalları vardır; Gülxətmi kökləri (Althaeae radix) 8 mq Çobanyastığı çiçəkləri (Matricariae flos) 6 mq Qatırquyruğu (Equiseti herba) 10 mq Yunan qozu (Juglandis folium) 12 mq Boymadərən bitkisi(Millefolii herba) 4 mq Palıd qabığı (Quercus Cortex) 4 mq Dərman zəncirotu (Taraxaci herba) 4 mq

İstifadəsinə göstərişlər

Yuxarı tənəffüs yollarının kəskin və xroniki xəstəlikləri (tonzillit, faringit, laringit). Virus infeksiyaları nəticəsində yaranan ağırlaşmaların qarşısının alınması və bakterioloji infeksiyalar zamanı antibiotik müalicəsinə əlavə kimi.

Əks göstərişlər

Dərman vasitəsinin aktiv maddələrinə və ya hər hansı bir köməkçi maddəsinə qarşı yüksək həssaslıq. Mürəkkəbçiçəklilər fəsiləsindən olan bitkilərə qarşı məlum allergik reaksiyalar. 1 yaşa (damcı) qədər və 6 yaşa (tablet) qədər uşaqlar. Genetik laktoza, fruktozaya qarşı dözümsüzlük, laktaza defisiti, qlükoza-qalaktoza malabsorbsiyası və ya saxaroza-izomaltoza defisiti olan pasiyentlər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Tonzilqon ®N hamiləlik və laktasiya dövründə yalnız həkim tərəfindən ciddi şəkildə risk-fayda nisbətinin qiymətləndirilməsindən sonra istifadə edilə bilər.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabliyyətini aşağı salmır

TONZİLQON N istifadə qaydası və dozası

Simptomların inkişafı kəskinləşərsə: Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr gündə 5-6 dəfə 25 damcı və ya 2 örtüklü tablet qəbul etməlidirlər. 6-11 yaşlı uşaqlar gündə 5-6 dəfə 15 damcı və ya 1 örtüklü tablet qəbul etməlidirlər. 1-5 yaşlı uşaqlar 10 damcı gündə 5-6 dəfə qəbul etməlidirlər. Simptomların kəskinliyi azalandan sonra Tonzilqon ® N ilə müalicə daha 1 həftə davam etdirilməlidir.

Xəstəliyin kəskin simptomları itdikdən sonra: Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr gündə 3 dəfə 25 damcı və ya 2 örtüklü tablet qəbul etməlidirlər. 6-11 yaşlı uşaqlar gündə 3 dəfə 15 damcı və ya 1 örtüklü tablet qəbul etməlidirlər. 1-5 yaşlı uşaqlar gündə 3 dəfə 10 damcı qəbul etməlidirlər. Örtüklü tabletlər bütöv şəkildə, çeynənmədən və az miqdarda su ilə udulmalıdır.

Damcı isə durulaşdırılmamış halda qəbul edilməlidir. Udmazdan əvvəl qısa müddət ağızda saxlayın.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-06020

Oxşar Məhsullar

Akva Maris 10 ml Damla
6,50 AZN -%0
6,50AZN
Akva Maris 30 ml Burun Spreyi
12,20 AZN -%0
12,20AZN
Akva Maris Allergiya 20 ml Sprey
20,80 AZN -%0
20,80AZN
Akva Maris Ekstra 150 ml Sprey
19,50 AZN -%0
19,50AZN
Akva Maris Norm 50 ml Burun Spreyi
13,00 AZN -%0
13,00AZN
Akva Maris Plyus 30 ml Sprey
15,20 AZN -%0
15,20AZN
Akva Maris Stronq 30 ml Sprey
14,00 AZN -%0
14,00AZN
Akva Maris Uşaqlar üçün 150 ml Sprey
17,60 AZN -%0
17,60AZN
Angilor 30 ml Sprey
19,80 AZN -%0
19,80AZN
Anginovag 10 ml Sprey
16,15 AZN -%0
16,15AZN
Anzibel Bal-Limon N20 Tablet
6,00 AZN -%0
6,00AZN
Anzibel Mentol N20 Tablet
6,00 AZN -%0
6,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce