Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

TONZILOTREN A N40 TAB

Məhsul Kodu : 111-27755
İstehsalçı ölkə: Almaniya
10,60 AZN
Daha çox Homeopatik
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

TONZİLOTREN A, tabletlər

TONZİLOTREN A tərkibi

Təsiredici maddə: 1 tabletin (250 mq) tərkibində 12,5 mq atropin sulfat (Atropinum sulfuricum trit.) D5, 10 mq hepar sulfur (Hepar sulfuris trit.) D3, 50,0 mq kalium bixromat (Kalium bichromicum trit.) D4, 5,0 mq silisium dioksid (Silicea trit.) D2, 25,0 mq civə-2-yodid (Mercurius bijodatus trit.) D8 vardır.

İstifadəsinə göstərişlər

Kəskin tonzillit, xroniki və ya residivləşən kəskin tonzillit və badamcıqların ölçülərinin böyüməsi. Preparatın istifadəsi, b adamcıqların cərrahi əməliyyat y olu ilə çıxarılmasından sonrakı sağalma prosesinin sürətləndirilməsi üçün göstərişdir.

Əks göstərişlər

Xroma, civəyə və ya preparatın tərkibinə daxil olan təsiredici maddələrdən və ya köməkçi maddələrdən hər hansı birinə qarşı məlum hiperhəssaslıq qeyd olunduğu hal larda, preparat istifadə edilməməlidir. Qlükoza-qalaktoza malabsorbsiyası, laktaza çatışmazlığı. Preparatın 2 yaşa qədər uşaqlarda istifadəsi əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə Tonzilotren A preparatı yalnız, əvvəlcədən həkimlə məsləhətləşdikdən sonra istifadə edilə bilər. Bütün digər dərman preparatları kimi, hamiləlik və laktasiya dövründə Tonzilotren A preparatı da fayda və risk nisbətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınaraq, istifadə edilməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Təsir göstərmir.

TONZİLOTREN A istifadə qaydası və dozası

Preparatdan istifadə etdikdə, hər zaman bu içlik vərəqədə qeyd olunan göstərişlərə və ya həkimin və ya əczaçının təyinatlarına riayət etmək lazımdır. Preparatın düzgün istifadəsinə dair hər hansı şübhə meydana çıxdığı halda, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Dozalanma rejimi Böyüklər Kəskin vəziyyətlərdə – simptomlar yüngülləşənə qədər, bir saatlıq intervallarla 1 tablet – lakin, gündə 12 tabletdən çox olmamaqla, istifadə etmək lazımdır. Davamlı müalicə məqsədi ilə və ya xroniki vəziyyətlərdə – gündə 3 dəfə 1-2 tablet istifadə edilməlidir.

Pediatriyada istifadəsi 2 yaşdan 6 yaşa qədər uşaqlar Kəskin vəziyyətlərdə və davamlı müalicə məqsədi ilə və ya xroniki vəziyyətlərdə – gündə 3 dəfə 1 tablet istifadə edilməlidir. 6 yaşdan 12 yaşa qədər uşaqlar Kəskin vəziyyətlərdə – simptomlar yaxşılaşana qədər, hər 2 saatdan bir 1 tablet – lakin, gündə 6 tabletdən çox olmamaqla, istifadə etmək lazımdır. Davamlı müalicə məqsədi ilə və ya xroniki vəziyyətlərdə – gündə 3 dəfə 1 tablet istifadə edilməlidir. Yaşı 12 və daha yuxarı olan uşaqlar Kəskin vəziyyətlərdə – simptomlar yüngülləşənə qədər, bir saatlıq intervallarla 1 tablet – lakin, gündə 12 tabletdən çox olmamaqla, istifadə etmək lazımdır.

Davamlı müalicə məqsədi ilə və ya xroniki vəziyyətlərdə – gündə 3 dəfə 1 -2 tablet istifadə edilməlidir. Badamcıqların ölçüləri böyüdükdə, böyüklərə və uşaqlara preparat gündə 3 dəfə 1 tablet təyin olunur. Müalicənin 6-8 həftə müddətində davam etdirilməsi tövsiyə olunur. Xroniki və residivləşən kəskin vəziyyətlərdə preparatı hər birinin davametmə müddəti 6 -8 həftə olan bir neçə müalicə siklləri ilə istifadə etmək tövsiyə olunur.

İstifadə qaydası Tabletlər ağız boşluğunda tədricən həll olmalıdır. Kiçik yaşlı uşaqlar üçün tabletləri xırdalamaq və daha sonra, az miqdar suda həll etmək olar. Preparatı qida qəbulundan ən azı yarım saat əvvəl və ya yarım saat sonra istifadə etmək lazımdır.

Prepared by  T-Soft E-Commerce.