Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr: 2,2 ml-lik (=2,2 q) 1 ampulun tərkibi: Calendula officinalis D2 2,2 mq, Atropa bella-donna D2 2,2 mq, Aconitum napellus D2 1,32 mq, Bellis perennis D2 1,1 mq, Hypericum perforatum D2 0,66 mq, Echinacea D2 0,55 mq, Echinacea purpurea D2 0,55 mq, Symphytum officinale D6 2,2 mq, Matricaria recutita D3 2,2 mq, Achillea millefolium D3 2,2 mq, Mercurius solubilis Hahnemanni D6 1,1 mq, Hepar sulfuris D6 2,2 mq, Hamamelis virginiana D1 0,22 mq, Arnica montana D2 2,2 mq. Köməkçi maddələr: natrium xlorid, inyeksiya üçün su.
İstifadəsinə göstərişlər:
Dartılmalar, çıxıqlar, kontuziyalar, qan sızmaları və oynağa effuziya, sınıqlar kimi zədələr; postoperativ və posttravmatik ödem və yumşaq toxumaların şişməsi; iltihabi proseslər və xüsusən də dayaq-hərəkət aparatı daxil olmaqla müxtəlif orqanlarda və toxumalarda iltihabla əlaqəli olan degenerativ proseslər (tendovaginit, stiloidit, epikondilit, bursit, kürək-çiyin periartriti); omba, diz və kiçik oynaqların artrozu.
Əks göstərişlər:
Tərkibindəki aktiv maddə və ya köməkçi maddələrə, Arnica (dağlıq öküzotu), Chamomilla (çobanyastığı), Achilea millefoium (boymadərən) və ya mürəkkəbçiçəklilər fəsiləsinə daxil olan digər bitkilərə qarşı hiperhəssaslıq. Dozalanma forması səbəbilə 2 yaşdan kiçik uşaqlara verilməməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Bu preparatda təqdim olunan homeopatik durulaşmış maddələrin hamiləlik və laktasiya müddətində toksiki təsiri haqda məlumat yoxdur. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Kəskin hallarda gündəlik 1 ampul, digər hallarda isə 1-2 ampuldan həftədə 3-1 dəfə əzələdaxili, dərialtı, dəridaxili (dəridə çapıq olarsa), venadaxili, oynaqdaxili və ya oynaqətrafı yeridilir. Preparatın uşaqlarda istifadəsi haqda kifayət qədər sənədləşdirilmiş məlumat yoxdur və bu səbəbdən o, yaşı 12-dən az olan uşaqlar üçün yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə edilməlidir. İstifadə müddəti Tərkibində Echinacea olduğundan bu preparatı 8 həftədən artıq müddətdə davamlı olaraq həkim məsləhəti olmadan istifadə etməyin.