Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Tregs 1 qr flakon

Məhsul Kodu : 111-27595
Reseptlə satılır
İstehsalçı ölkə: Türkiye
5,51 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Treqs, 1000 mq inyeksiya məhlulu hazırlamaq üçün toz

Treqs tərkibi

Təsiredici maddə:   1 flakonda 1000 mq seftriaksona ekvivalent olan 1192,89 mq (seftriakson natrium şəklində) seftriakson tozu vardır.

Əks göstərişləri 
 Sefalosporin qrupu antibiotiklərə qarşı həssaslığı olan xəstələr. 
 Penisillinə qarşı yüksək həssaslığı olan xəstələrdə nəfəs darlığına səbəb olan boğazın, üzün eləcə 
də əllərin, ayaqların və topuqların qəfil şişməsi və sürətlə inkişaf edən şiddətli səpgi ilə müşahidə 
olunan çarpaz allergik reaksiyalar mümkündür. 
 Seftriaksona və ya preparatın tərkibinə daxil olan köməkçi maddələrdən hər hansı birinə qarşı 
yüksək həssaslığı olan xəstələrdə istifadəsi əks göstərişdir. 
 Hiperbilirubinemiyası olan yenidoğulmuşlar, xüsusən erkən doğulmuşlarda seftriakson istifadə 
edilmir. 
İn vitro tədqiqatları göstərmişdir ki, seftriakson qanda albuminlə birləşmədən bilirubini xaric edə 
bilər ki buda xəstələrdə bilirubin ensefalopatiya riskinin artmasına səbəb olur. 
 Yenidoğulmuşlarda (≤28 gün) seftriakson və kalsium tərkibli preparatların eyni vaxtda istifadəsi 
əks göstərişdir. TREGS kalsium tərkibli preparatlar qəbul edən və ya qəbul edilməsi 
planlaşdırılan yenidoğulmuşlarda istifadə edilmir. 
 Vaxtından əvvəl doğulmuşlar (37 həftəyə qədər).  
 Yenidoğulmuşlarda sarılıq riskini yüksəkdir. 
 Həlledici kimi lidokain hidroxlorid məhlulu istifadə edildikdə, alınmış Ə/D məhlul ürək 
blokadası eləcədə lidokainə və ya digər amid lokal anestetiklərə qarşı yüksək həssaslığı olan 
xəstələrdə istifadə edilmir. 
Tərkibində lidokain olan seftriakson məhlullarını venadaxili yeritmək olmaz. 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik dövründə seftriakson B kateqoriyasına aiddir. 
Reproduktiv yaşda olan qadınlar / hamiləlik əleyhinə vasitələr (kontrasepsiya) 
Seftriaksonun reproduktiv yaşda olan qadınlarda istifadəsi ilə bağlı klinik məlumat yoxdur. 
Bununla belə seftriakson oral hormonal kontraseptiv vasitələrin effektivliyinə mənfi təsir göstərə bilər. Buna görə müalicə zamanı və müalicədən sonra bir ay ərzində əlavə (qeyri hormonal) kontraseptiv vasitələrdən istifadə etmək məqsədəuyğundur. 
Hamiləlik dövrü 
Seftriakson plasentar baryeri keçir. İnsanlarda hamiləlik dövründə istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir. Heyvanlar üzərində aparılan reproduktiv tədqiqatlarda embriotoksik, fetotoksik teratogenlik o cümlədən dişi və ya erkəklərdə fertilliyə, doğuşa, perinatal və postnatal inkişafa mənfi təsir göstərilməmişdir. 
Primatlarda embriotoksiklik və ya teratogenlik müşahidə edilməmişdir. 
Seftriakson hamilə qadınlarda ehtiyatla təyin edilməlidir. 
Laktasiya  
Seftriakson kiçik konsentrasiyalarda ana südü ilə ifraz olunur. Laktasiya dövründə bu amil nəzərə 
alınmalıdır. 
Fertillik 
Seftrakson siçovullarda gündəlik tövsiyə olunan 2 q dozadan 20 dəfə çox olan 586 mq/kq dozada 
venadaxili yeridilməsi fertilliyə təsir göstərməmişdir.

İstifadə qaydası və dozası 

Həkim tərəfindən fərqli şəkildə təyin edilmədikdə aşağıdakı qaydada istifadə edilir. 
Standart terapevtik doza 
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar 
Adi doza gündə bir dəfə (24 saatdan bir) 1-2 q təşkil edir. Orta və ağır hallarda həmçinin həssas 
mikroorqanizmlər tərəfindən törədilmiş infeksiyalar zamanı gündəlik doza gün ərzində bir dəfə olmaqla 4 q-a qədər artırıla bilər. 
Müalicə müddəti 
Müalicə müddəti xəstəliyin gedişindən asılı olaraq dəyişir. Digər antibakterial preparatlarda olduğu kimi, TREGS ilə müalicə temperatur normallaşdıqdan və ya bakterial eradikasiya əldə edildikdən sonra ən azı 48-72 saat davam etdirilməlidir. 
Kombinə olunmuş müalicə 
Eksperimental şəraitdə seftriakson və aminoqlikozidlərin bir çox qrammənfi bakteriyalara birgə təsiri barədə məlumatlar var. Belə kombinə edilmiş müalicə zamanı aktivliyin artması həmişə proqnozlaşdırıla bilməsə də, Pseudomonas aeruginosa kimi mikroorqanizmlərin yaratdığı ağır həyati təhlükəsi olan infeksiyalarda nəzərə alınmalıdır. Fiziki uyğunsuzluq səbəbindən iki dərman vasitəsinin eyni vaxtda istifadəsi tövsiyə edilmir.  
Meningit 
Yenidoğulmuşlarda və uşaqlarda meningitin müalicəsi üçün tövsiyə olunan ilkin terapevtik doza 4 q-dan çox olmayan 100 mq/kq təşkil edir. Həssaslıq müşahidə edilərsə zəruri hallarda terapevtik doza azaldıla bilər.  
Aşağıdakı müalicə rejimləri terapevtik nəticə əldə etmək üçün ən uyğunu hesab edilir. 
Neisseria meningitidis: 4 gün 
Haemophilus influenzae: 6 gün 
Streptococcus pneumoniae: 7 gün 
Laym borreliozu: Uşaqlar və böyüklər 14 gün ərzində gündə bir dəfə olmaqla 50 mq/kq-dan maksimum
2 q-a qədər. 
Qonoreya: penisilinaza və qeyri-penillisinaz istehsal edən suşlar daxil olmaqla 250 mq birdəfəlik 
dozanın əzələdaxili yeridilməsi tövsiyə olunur. 
Cərrahi əməliyyatlar öncəsi infeksiyanın profilaktikası 
İnfeksiya riskindən asılı olaraq tövsiyə olunan doza əməliyyatdan 30-90 dəqiqə əvvəl 1-2 q təşkil edir. Kolorektal cərrahi əməlliyatlarda preparat monoterapiya şəklidə və ya ornidazol 5-nitroimidazol törəməsi kimi dərman vasitələri ilə eyni vaxtda istifadəsi effektiv olduğu bildirilir. 
İstifadə qaydası 
Toz həll edildikdən sonra yaranan məhlul saxlanmadan istifadə edilməlidir. 
TREGS yalnız əzələdaxili olaraq istifadə edilir. 
Həlledici olaraq lidokain hidroxlorid məhlulu istifadə edildikdə, alınmış məhlul yalnız əzələdaxili 
yeridilir və heç bir halda venadaxili yeridilməməlidir. 
Xüsusi qrup xəstələr haqqında məlumat 
Böyrək və qaraciyər funksiyasının pozulması 
Qaraciyər və ya böyrəklərlə bağlı problemlər olduqda daha aşağı doza təyin oluna bilər. 
Tələb olunan effektiv dozanın təyin olunmasını təmin etmək üçün qan müayinəsi tələb ola bilər. 
Qaraciyər funksiyasının pozulması ilə müşayiət olunan ağır böyrək çatışmazlığında doza qanda 
seftriakson konsentrasiyasının müntəzəm monitorinqindən sonra tənzimlənir. Dializ keçirən xəstələrdə dializdən sonra əlavə doza qəbulu tələb olunmur. Bununla belə, bu xəstələrdə eliminasiya sürəti azala bildiyinə görə, doza tənzimlənməsinin zəruri olub-olmadığını müəyyən etmək üçün seftriaksonun qanda konsentrasiyası nəzarətdə saxlanılmalıdır. 
Uşaqlar 
Yenidoğulmuşlar və 12 yaşdan kiçik uşaqlar üçün tövsiyə olunan doza gündə bir dəfədir. 
14 gündən kiçik yenidoğulmuşlar 
Vaxtından əvvəl və ya vaxtında doğulmuş körpələr üçün tövsiyə olunan birdəfəlik doza gün ərzində 50 mq/kq-dan çox olmamaq şərti ilə 20-50 mq/kq təşkil edir. Yenidoğulmuş körpələrdə (≤28 gün) seftriakson və kalsium tərkibli preparatların birgə istifadəsi əks göstərişdir. TREGS kalsium tərkibli preparatrlar qəbul edən (və ya qəbulu gözlənilən) yenidoğulmuşlarda istifadə olunmur. 
15 gündən 12 yaşa qədər yenidoğulmuşlar və uşaqlar 
Gündə bir dəfə 20-80 mq/kq.  
Çəkisi 50 kq-dan çox olan uşaqlarda doza böyüklər üçün olan doza ilə eynidir. 
Kəskin orta otit  
Kəskin orta otitin başlanğıc müalicəsi üçün gündəlik 1 q-dan çox olmamaqla 50 mq/kq birdəfəlik doza tövsiyə olunur.  
Yaşlı xəstələr 
Yaşlı xəstələrdə böyüklər üçün təyin olunan adi dozalar istifadə olunur. 
TREGS-in təsirinin çox güclü və ya çox zəif olduğunu təxmin etsəz bu barədə həkim və ya əczaçıya məlumat verin. 
Təyin edildiyindən daha çox doza istifadə etmisinizsə 
Lazım olandan daha çox doza qəbul etdiyinizi təxmin edirsinizsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. 
İstifadə etməyi unutmusunuzsa 
Preparatı istifadə etməyi unutsanız, xatırladığınız anda istifadə edin. Lakin növbəti dozanın vaxtı 
yaxındırsa, unudulmuş dozanı buraxıb növbəti dozanı öz vaxtıda istifadə edin. 
Unudulmuş dozanı kompensə etmək üçün ikiqat doza qəbul etməyin. 
Müalicənin dayandırılması 
Həkiminizlə məsləhətləşmədən TREGS-in istifadəsini dayandırmayın. 
Eyni nahiyəyə 1 q-dan çox yeritmək tövsiyə edilmir. 1 q-dan yuxarı dozalar iki hissəyə bölünərək fərqli nahiyələrə (sağrı əzələsi) yeridilməlidir. 
Parenteral məhlulun hazırlanması 
Parenteral yeridilmədən öncə hazırlanmış məhlul yaxşı çalxalanmalı və içərisində sərt hissəciklərin olub-olmaması yoxlanılmalıdır. Məhlulda hər hansı bir hissəciklər olduqda istifadə etmək olmaz! 
Konsentrasiyadan və saxlanma şəraitindən aslı olaraq hazırlanmış məhlulun rəngi sarı və ya açıq  sarıya qədər dəyişir. Məhlulların rəngindəki dəyişikliklər potensialın və ya təhlükəsizliyin dəyişməsinə dəlalət etmir. 

Prepared by  T-Soft E-Commerce.