Bitib
Stokda olanda mənə xəbər verin.TRİDERM tərkibi, 1 q məlhəmin tərkibində 0,5 mq betametazona ekvivalent betametazon dipropionat, 10 mq klotrimazol və 1 mq gentamisinə ekvivalent gentamisin sulfat vardır.
Triderm, bakteriyaların və/və ya göbələklərin törətdiyi infeksiyaların artıq mövcud olduğu və ya yaranma şübhəsi (təhlükəsi) olduğu halda kortikosteroidlərlə terapiyaya həssas dermatozların müalicəsində istifadə edilir.
Dəri infeksiyaları (virus, bakterial [o cüm., vərəm], həmçinin göbələk mənşəli), vaksinlərə qarşı reaksiyalar, dəri xoraları və akne yerli istifadə üçün nəzərdə tutulmuş kortikosteroidlərin istifadəsi üçün əks göstərişdir. Rozasea və ya perioral dermatit yarandıqda məlhəmin üz nahiyyəsinə sürtülməsindən imtina etmək lazımdır. Preparatın təsiredici maddələrdən və ya köməkçi maddələrdən birinə, digər aminoqlikozid antibiotiklərə (gentamisinə qarşı çarpaz allergiya) və ya imidazol törəmələrinə (klotrimazola qarşı çarpaz allergiya) qarşı yüksək həssaslıq. Triderm okklüzion sarğı altında istifadə üçün nəzərdə tutulmayıb. Tridermi selikli qişalara, gözətrafı dəriyə və ya göz yaxınlığındakı sahələrə sürtmək olmaz.
Heyvanlar üzərində tədqiqatlar zamanı kortikosteroidlərin yerli istifadəsi teratogen təsir göstərmişdir. Hamilələrdə istifadəsi barədə məlumatlar yoxdur. Əgər hamilələr onları qəbul edərsə, aminoqlikozidlər plasentar baryerdən keçə və dölə zərər yetirə bilər. Hamiləlik dövründə aminoqlikozidlər, o cümlədən gentamisin qəbul edən anaların uşaqlarında geridönməz anadangəlmə tam karlıq barədə məlumatlar daxil olmuşdur. Gentamisinin hamilələrdə yerli istifadəsi barədə kifayət qədər məlumatlar yoxdur. Klotrimazolun hamilələrdə istifadəsi barədə kifayət qədər məlumatlar yoxdur. Heyvanlar üzərində tədqiqatların nəticələri döl üçün heç bir risk aşkar etməmişdir. Triderm yalnız, ona mütləq ehtiyac olduğu halda istifadə etmək lazımdır. Triderm iri sahələrdə, çox miqdarda və ya uzun müddət ərzində istifadə etmək olmaz. Gentamisinin, klotrimazolun və yerli istifadə üçün kortikosteroidlərin ana südünə ifraz olunması barədə məlumat yoxdur, lakin sistem qan axınına daxil olan kortikosteroidlər həmçinin ana südünə keçir. Triderm süd vəzilərinə sürtüldüyü zaman ana südü ilə qidalandırma əks göstərişdir.
Yeniyetmələr və böyüklər: Gündə 2 dəfə (səhər və axşam) dərinin zədələnmiş sahələrinə nazik qat şəklində çəkmək və yüngülcə sürtmək, həm bütün zədələnmiş sahəni, həm də onu əhatə edən sağlam dəri səthini əhatə etmək lazımdır. Müalicə müddəti həm kliniki baxışın, həm də mikrobioloji müayinələrin nəticələrindən, həmçinin müalicəyə cavabdan asılıdır. Pəncənin mikozu zamanı daha uzunmüddətli (2–4 həftə) müalicənin lazım olması nəzərdən keçirilməlidir. 2 yaşdan 12 yaşa qədər uşaqlar: Bir miqdar yalnız zədələnmiş dəri sahəsinə çəkmək və ehtiyatla sürtmək lazımdır. Gündə iki dəfədən çox olmayaraq, məlhəmin sürtülməsi arasında minimum 6–12 saat fasilə etməklə istifadə etmək lazımdır. Məlhəmi üzə, boyuna, baş dərisinə, cinsi orqanlar nahiyəsinə, rektal nahiyəyə və dərinin intertriginoz sahələrinə həkim nəzarəti altında çəkmək lazımdır. Müalicə müddəti 5–7 günlə məhdudlaşır.