Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 q suspenziyanın tərkibində 0,5 mq mometazon furoat vardır.
- Böyüklərdə və 3 yaşdan yuxarı uşaqlarda mövsümi allergik v ə ya çoxillik rinitin simptomatik müalicəsi; - böyüklərdə burun polipozunun müalicəsi.
- Təsiredici maddəyə və ya preparatın hər hansı köməkçi maddələrinə qarşı yüksək həssaslıq; - Burun boşluğunun selikli qişasının z ədələnməsi olan v ə müalicə olunmamış yerli infeksiya (məsələn, herpes simplex); - yara sağalana q ədər burun boşluğunun selikli qişasının z ədələnməsi il ə yaxınlarda c ərrahi əməliyyat v ə ya burun travması keçirmişl ər (QSK -nin sağalma prosesin ə inhibitor t əsiri səbəbindən).
Hamiləlik Hamiləlik dövründə qadınlarda mometazon furoatın istifadəsi ilə bağlı məlumatlar məhduddur və ya yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlarda dərmanın reproduktiv toksiklik olduğu müəyyən edilmişdir. Digər intranazal qlükokortikoidlər kimi, hamiləlik dövründə qadınlarda dərman yalnız ana üçün gözlənilən fayda ana, döl və ya yeni doğulmuş körpə üçün potensial riskdən daha yüksək olduğu hallarda istifadə edilməlidir. Hamiləlik dövründə anaları qlükokortikoid terapiyası alan uşaqlar adrenal hipofunksiya üçün yaxından izlənilməlidir.
Laktasiya Mometazon furoatın insan ana südü ilə xaric olub-olmadığı məlum deyildir. İntranazal istifadə üçün digər qlükokortikoidlərdə olduğu kimi, ana südü ilə qidalandırmanın dayandırılması və ya dərman müalicəsinin dayandırılması/xitam verilməsi barədə qərar qəbul edilərkən uşaq üçün ana südü ilə qidalandırmanın faydaları və müalicənin qadın üçün faydaları nəzərə alınmalıdır. Fertillik Mometazon furoatın fertilliyə təsiri bar ədə klinik məlumat yoxdur. Heyvanlar üz ərində aparılan tədqiqatlarda dərmanın reproduktiv toksiklik göst ərdiyi, fertilliyə heç bir t əsiri olmadığı mü əyyən edilmişdir.
Dərmanın nəqliyyat vasitələrini və mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə məlumat yoxdur.
Dozalama cihazının iş ə salınması üçün ilkin hazırlıqdan sonra (aşağıya bax) h ər d əfə püskürtdüyünüz zaman t ərkibində 50 mkq mometazon furoat olan t əxminən 100 mq suspensiya buraxılır. Dozalama rejimi Mövsümi allergik və ya il boyu rinit Böyüklər (yaşlı xəstələr də daxil olmaqla) və 12 yaşdan yuxarı uşaqlar Adi tövsiyə olunan doza gündə bir dəfə hər burun d əliyinə 2 sprey (1 spreyd ə 50 mkq mometazon furoat) təşkil edir (ümumi günd əlik doza 200 mkq mometazon furoatdır). Baxım terapiyası üçün xəstəliyin simptomlarına düzgün nəzarət edilməsinə nail olduqdan sonra dərmanı daha aşağı dozada istifadə etmək məsləhət görülə bilər – gündə 1 dəfə hər burun keçidin ə 1 dəfə püskürtmə (ümumi gündəlik doza 100 mkq mometazon furoatdır). D ərmanı tövsiyə olunan terapevtik dozada istifad ə etməklə xəstəliyin simptomlarının azalmasına nail olmaq mümkün olmadıqda, günd əlik doza maksimum dozaya qədər artırıla bilər - gündə bir dəfə hər burun dəliyinə 4 dəfə püskürtmə (ümumi gündəlik doza 400 mkq mometazon furoatdır); x əstəliyin əlamətlərini azaltdıqdan sonra d ərmanın dozasını azaltmaq tövsiyə olunur.
3 yaşdan 11 yaşa qədər olan uşaqlar üçün Tövsiyə olunan adi doza günd ə bir dəfə hər burun d əliyinə 1 dəfə püskürtmə (50 mkq mometazon furoat) təşkil edir (ümumi gündəlik doza 100 mkq mometazon furoatdır). Mövsümi allergik riniti olan b əzi x əstələrdə, burun spreyi ş əklində istifadə edildikdə mometazon furoatın klinik c əhətdən əhəmiyyətli təsiri 12 saat ərzində qeyd olunur, lakin tam terapevtik effekt 48 saatdan gec olmayaraq əldə edilir; buna gör ə də dərmanı münt əzəm olaraq istifad ə etmək lazımdır. Xəstəlik tarixç əsində mövsümi allergik rinitin orta v ə ağır simptomları olan x əstələrdə müalicə bitkilərin çiçəkləmə mövsümünün gözlənilən başlamasından bir neçə gün əvvəl başlana bilər. Burun polipozu Adi tövsiyə olunan başlanğıc doza gündə bir dəfə hər burun dəliyinə 2 dəfə püskürtmə (1 dəfə olan püskürtmədə 50 mkq mometazon furoat) t əşkil edir (ümumi günd əlik doza 200 mkq mometazon furoatdır).
5 -6 h əftəlik terapiyadan sonra x əstəliyin simptomlarının aradan qaldırılmasına nail olmaq mümkün olmadıqda, preparatın dozası günd ə 2 dəfə hər burun dəliyinə 2 dəfə püskürtməyə qədər artırıla bil ər (ümumi günd əlik doza 400 mkq mometazon furoatdır). Sonradan baxım terapiyası il ə dərmanın dozası x əstəliyin simptomlarına adekvat n əzarəti t əmin ed ən minimum effektiv dozaya endirilməlidir. Dərmanla 5-6 həftəlik müalicədən sonra (gündə 2 dəfə tətbiq tezliyi) xəstəliyin əlamətlərinin şidd əti azalmazsa, x əstənin v əziyyəti yenid ən qiym ətləndirilməli v ə alternativ terapiya üsulları nəzərdən keçirilməlidir. Burun polipozunun müalic əsində mometazon furoatın burun spreyi ş əklində istifadəsinin effektivliyi və təhlükəsizliyinə dair tədqiqatların müddəti 4 ay olmuşdur.
Uşaqlar Mövsümi allergik və ya çoxillik rinit 3 yaşdan kiçik uşaqlarda preparatın təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Burun polipozu 18 yaşdan kiçik uşaqlarda v ə yeniyetmələrdə dərmanın t əhlükəsizliyi v ə effektivliyi mü əyyən edilməmişdir. İstifadə üsulu Dərman yalnız intranazal istifadə üçün nəzərdə tutulub. Dərmanın ilk istifad əsindən əvvəl dozalama cihazı iş ə hazırlanmalıdır, bunun üçün şüş əni yaxşıca silkələmək və 10 dəfə havaya püskürtmək lazımdır (homogen sprey əldə olunana qədər).
Dərman 14 günd ən çox istifad ə edilmədikdə, dozalama cihazı yenid ən iş ə hazırlanmalıdır, bunun üçün 2 dəfə havaya püskürtmək lazımdır (homogen sprey əldə olunana qədər). Hər istifadədən əvvəl şüşə çalxalanmalıdır..