Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

VITOCALCIT 20ML DAMLA

Məhsul Kodu : 111-27214
İstehsalçı ölkə: Yunanistan
20,47 AZN
Daha çox Sümük-əzələ
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

VİTOKALSİT, oral damcı

VİTOKALSİT tərkibi

Təsiredici maddə: 1 mı məhlulun tərkibində 2 mkq alfakalsidol vardır. Preparatın hər damcısı 0,1 mikroqram alfakalsidoldan ibarətdir.

İstifadəsinə göstərişlər

VİTOKALSİT®, böyrək funksiyalarının azalması ilə 1 -α hidroksilasiyasının pozulması səbəbindən kalsium metabolizminin pozulduğu bütün hallarda istifadə üçün göstərişdir. Əsas göstərişlər aşağıdakılardır: Böyrək osteodistrofiyası Hiperparatiroidizm (sümük xəstəliyi ilə) Hipoparatiroidizm Neonatal hipokalsemiya Qidadan asılı (alimentar) və malabsorptiv (həzm pozğunluğu nəticəsində yaranan) raxitlik və osteomalasiya Psevdovitamin D-defisitli raxitlik və osteomalasiya Hipofosfatemik vitamin D rezistent raxitlik və osteomalasiya.

Əks göstərişlər

Preparatln aktiv maddəsinə və ya 6.1 bəndində qeyd edilən köməkçi maddələrindən hər hansı birinə qarşı hiperhəssaslıq hallarında istifadəsi əks göstərişdir. Hiperkalsemiya, metastatik kalsifikasiya.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Alfakalsidolun hamilə qadınlarda istifadəsinə dair məhdud sayda məlumatlar var. Heyvanlar üzərində aparılan tədqiqatlarda preparat yüksək dozalarda reproduktiv toksiklik göstərmişdir. Bu səbəbdən, VİTOKALSİT® preparatının hamiləlik zamanı və kontrasepsiyadan istifadə etməyən reproduktiv yaşda olan qadınlarda istifadəsi tövsiyə edilmir. Laktasiya dövrü Əsaslandırılmasa da, ehtimal ki, 1,25 dihydroksyvitamin D -nin artmış miqdarı VİTOKALSİT ® ilə müalicə olunan südverən anaların südündə aşkar ediləcəkdir.

Bu körpələrdə kalsiumun metabolizminə təsir göstərə bilər. Nəticə etibarı ilə, alfakalsidoldan istifadə edən südverən qadınların körpələri hiperkalsemiya ehtimalına görə diqqətlə izlənilməlidirlər. Fertillik VİTOKALSİT ® preparatının fertilliyə təsirinə dair klinik tədqiqatlar yoxdur. Preklinik tədqiqatlarda preparat siçovullarda fertilliyə təsir göstərməmişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Alfakalsidolun nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə birbaşa təsiri yoxdur və ya az təsir göstərir. Lakin, pasiyentə müalicə zamanı başgicəllənmə baş verə biləcəyi və nəqliyyat vasitələrini idarə edərkən və ya t əhlükəli mexanizmlərlə məşğul olarkən bunu nəzərə almaları məlumat verilməlidir.

VİTOKALSİT istifadə qaydası və dozası

Dozalanması Bütün göstərişlər üçün başlanğıc doza: Böyüklər və bədən çəkisi 20 kq-dan çox olan uşaqlar: 1 mikroqram/gün Yaşlılar: 0,5 mikroqram/gün Neonatlar və vaxtından əvvəl doğulmuş körpələr: 0,05-0,1 mikroqram/kq/gün Bədən çəkisi 20 kq-dan aşağı olan uşaqlar: 0,05 mikroqram/kq/gün Yarım-damcı dozaları növbəti bütöv sayda damcılara qədər yuvarlaqlaşdırılmalıdır. Biokimyəvi cavaba görə hiperkalsemiyanın yaranmasının qarşısının alınması məqsədil ə VİTOKALSİT® preparatının dozası düzəldilməlidir. Cavab indekslərinə kalsiumun (ideal olaraq proteinlə birləşmə üçün düzəldilir), qələvi fosfatazanın, paratiroid hormonun plazma səviyyələri, habelə radioqrafik və histoloji araşdırmalar da daxil edilmişdir. Plazma səviyyələri əvvəlcə həftəlik fasilələrlə ölçülməlidir.

VİTOKALSİT® preparatının gündəlik dozası 0,25 -0,5 mkq olmaqla artırıla bilər. Doza sabitləşdikdə, ölçmələr hər 2 -4 həftədən bir aparıla bilər. Yetkin pasiyentlərin əksəriyyəti günd ə 1 -3 mikroqram arasındakı dozalara cavab verirlər. Sümüklərin yaxşılaşması biokimyəvi və ya radoqrafik olaraq sübutlanarsa (və hipoparatiroidli pasiyentlərdə qanda kalsiumun səviyyəsi normal miqdara çatarsa), doza ümumiyyətlə azaldılır.

Saxlanma dozaları ümumiyyətlə gün ərzində 0,25 ilə 1 mikroqram arasındadır. Hiperkalsemiya baş verərsə, plazmada kalsiumun miqdarının normal səviyyəyə qaytarılmasına qədər VİTOKALSİT® preparatının istifadəsi dayandırılmalı (təxminən 1 həftə) və sonra əvvəlki dozanın yarısı ilə müalicəyə yenidən başladılmalıdır. Böyrək xəstəliyi Nisbətən yüksək plazma kalsium səviyyələri olan pasiyentlərdə tez -tez VİTOKALSİT®-ə cavab verməyən avtonom hiperparatireodizm ola bilər.Digər terapevtik tədbirlərin həyata keçirilməsi göstəriş ola bilər. VİTOKALSİT® ilə müalicəyə başlamazdan qabaq və müalicə müddətində hiperfosfatemiyanın qarşısını almaq üçün fosfat birləşdirici vasitələrin istifadəsi nəzərə alınmalıdır.

Xroniki böyrək çatışmazlığına malik pasiyentlərdə tez -tez qan plazmasında kalsiumun miqdarının ölçülməsi xüsusilə vacibdir, çünki uzun müddət davam edən hiperkalsemiya böyrək funksiyasının azalmasını ağırlaşdıra bilər. Hiperparatiroidizm Paratiroidektomiya ediləcək birincili və ya üçüncülü hiperparatireoz xəstələrində, əməliyyatdan əvvəl 2 -3 həftə ərzində VİTOKALSİT® ilə müalicə pre -operativ hiperkalsemiyanı ağırlaşdırmadan sümük ağrısını və miopatiyanı azaldır. Əməliyyat sonrası hipokalsemiyanı azaltmaq üçün VİTOKALSİT® preparatının istifadəsi, qan plazmasında qələvi fosfatazanın miqdarı normal səviyyəyə enənə və ya hiperkalsemiya yaranana qədər davam etdirilməlidir. Hipoparatiroidizm Vitamin D mənbəyinə cavabdan fərqli olaraq qanda kalsiumun aşağı səviyyələri VİTOKALSİT® preparatı ilə nisbi olaraq daha sürətlə normal miqdarlara qədər bərpa olunur.

Kəskin hipokalsemiya vəziyyəti kalsium tərkibli qida əlavələri ilə birlikdə VİTOKALSİT® preparatının yüksək dozalarının istifadəsi ilə (məsələn 3-5 mikroqram) daha sürətlə düzəlir. Neonatal hipokalsemiya VİTOKALSİT® preparatının normal başlanğıc dozasının 0,05 -0,1 mikroqram /kq/gün (diqqətlə titrləmə nəticəsində) olmasına baxmayaraq, ağır hallarda dozanın gündə 2 mikroqram /kq-a qədər artırılması tələb oluna bilər. İonlaşmış serum kalsium səviyyəsi reaksiya üçün əsas təminedici olsa da, plazmada qələvi fosfatazanın aktivliyinin ölçülməsi daha faydalı ola bilər. Qələvi fosfataza səviyyəsinin böyüklər üçün nəzərdə tutulmuş normal göstəricidən təxminən 7,5 dəfə yuxarıda olması aktiv xəstəliyin göstəricisidir.

0,1 mikroqram /kq/gün VİTOKALSİT ®dozası, vaxtından əvvəl doğulmuş körpələrdə erkən neonatal hipokalsemiyaya qarşı profilaktika kimi effektivdir. Qidadan asılı (alimentar) və malabsorptiv raxitlik və osteomalaziya Qidadan asılı (alimentar) raxitlik və osteomalaziya VİTOKALSİT® preparatı ilə sürətlə müalicə edilə bilər. Malabsorptiv osteomalaziya (böyük dozada əzələdaxilinə və ya venadaxilinə D vitamini tətbiq edilənlər) VİTOKALSİT® preparatının kiçik dozalarına cavab verəcəkdir. Psevdo-vitamin D defisitli (D-asılı) raxitlik və osteomalasiya Vitamin D -nin böyük dozalarını n tələb edilməsinə baxmayaraq, VİTOKALSİT ® preparatının effektiv dozaları alimentar vitamin D defisitli raxitlik və osteomalasiyanı yaxşılaşdırmaq üçün tələb olunan dozalara oxşardır.

Hipofosfatemik vitamin D-yə rezistent raxitlik və osteomalasiya Nə yüksək dozada alınan D vitamini, nə də fosfat əlavələri tam olaraq qənaətbəxş deyildir. VİTOKALSİT ® ilə normal dozada müalicə mövcud olduqda miyopatiyanı sürətlə aradan qaldırır və kalsium və fosfat retensiyasını artırır. Bəzi pasiyenlərdə fosfat əlavələri də tələb oluna bilər.

Prepared by  T-Soft E-Commerce.