Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ampulda 200 mq xondroitin sulfat (xondroitin natrium sulfat şəklində) vardır.
Oynaqların və onurğa sütununun degenerasiyalı-distrofik xəstəlikləri: - birincili artroz; - əsasən iri oynaqların zədələnməsi ilə osteoartroz; - fəqərəarası osteoxondroz.
Preparatın komponentlərindən hər hansı birinə qarşı fərdi yüksək həssaslıq, qanaxmalara meyillilik, tromboflebitlər, hamiləlik, laktasiya dövrü (müalicə müddətində ana südü ilə qidalandırma dayandırılmalıdır). 15 yaşa qədər uşaqlar (effektivliyi və təhlükəsizliyi müəyyən olunmayıb). Ehtiyatla: qanın laxtalanma funksiyasının pozulmasında, şəkərli diabetdə, həddindən artıq bədən kütləsi olan şəxslərdə, duzların aşağı səviyyəsi ilə pəhriz saxlayan xəstələrdə, 18 yaşa qədər uşaqlarda, böyrək funksiyasının pozulmasında, hamiləliyi planlaşdıran qadınlarda.
Qadınlarda hamiləlik və laktasiya dövründə preparatdan istifadənin təhlükəsizliyini təsdiq edən məlumatların olmaması ilə bağlı bu preparatdan bu dövrlərdə istifadə etmək məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.
Preparat 1 ml dozada günaşırı əzələdaxili yeridilir. İnyeksiya yaxşı keçirildiyi halda doza 4-cü inyeksiyadan başlayaraq 2 ml-ə qədər artırılır. Müalicə kursu – 25-35 inyeksiya. Həkimin məsləhətindən sonra müalicə kursunu 6 aydan sonra təkrarlamaq məqsədəuyğundur.
Əlavə təsiri Allergik reaksiyalar: dəri qaşınması, eritema, övrə, dermatit. Həzm sisteminə: nadir – ürəkbulanma, qusma, diareya. Sairə: inyeksiya yerində baş verən qanaxmalar.