Yemişan Cövhəri 100 Mq, 25 ml
-
5
1
-
4
0
-
3
0
-
2
0
-
1
0
Bitib
Stokda olanda mənə xəbər verin.Dərman, vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Dərman tərkibi
Təsiredici maddə: 1 flakonda 25 ml yemişan meyvələrinin (Crataegi fructus) (1:10) (ekstragent 70%-li etanol) tinkturası vardır.
İstifadəsinə göstərişlər
Ürək-damar sisteminin fəaliyyətinin funksional pozulmaları (neyrosikrulyator distoniya), eləcə də, ürək ritminin pozulmasının (səyrici aritmiya, paroksizmal taxikardiya) yüngül formalarında köməkçi dərman vasitəsi kimi təyin edilir.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Təzahürlü arterial hipotenziya və bradikardiya.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın tərkibinə etanol daxil olduğu üçün tinkturanı hamilə qadınlarda və laktasiya dövründə istifadə etmək məsləhət görülmür.
Pediatriyada istifadəsi Preparatın tərkibinə etanol olduğu üçün 12 yaşa qədər uşaqlarda istifadə etmək məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.
Dərman istifadə qaydası və dozası
Yeməkdən əvvəl daxilə qəbul edilir. Tinktura böyüklərə 20 damcı, 12 yaşdan yuxarı uşaqlara hər yaşa 1 damcı hesabı ilə gündə 3 dəfə stabil müalicəvi effekt alınana qədər təyin edilir (arterial təzyiqin normallaşması, ürəkdöyünmənin azalması).