Sevimlilərə əlavə edin
Paylaşın

Yodiksol 85MG 30 ml Sprey

Məhsul Kodu : 111-21018
0 Şərh Şərh
3,53 AZN
Kateqoriya: Burun və boğaz
KolleksiyaQiymət Xəbərdarlığı

YODİKSOL, 85 mq/q sprey

YODİKSOL tərkibi

Təsiredici maddə: 1 q məhlulun tərkibində 85 mq povidon-yod vardır.

İstifadəsinə göstərişlər

Preparat ağız boşluğunun və boğazın aşağıda göstərilən infeksion-iltihabi xəstəliklərinin müalicəsi: kataral, follikulyar angina; streptokokk mənşəli angina (antibiotiklərlə eyni zamanda istifadə edildikdə); kəskin və xroniki tonzillit; qlossit; aftoz stomatit.

Əks göstərişlər

Yoda və ya preparatın tərkibində olan digər komponentlərə qarşı yüksək həssaslıq: herpesəbənzər Dyurinq dermatiti; hipertireoz; qalxanabənzər vəzi adenoması və ya qalxanabənzər vəzi funksiyalarının pozulması; dekompensasiya olunmuş ürək, böyrək və ya qaraciyər çatışmazlığı; radioaktiv yodun istifadəsi ilə aparılan diaqnostik müayinə və müalicə (tədqiqatdan əvvəl və sonra 2 həftə müddətində).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın təsiredici maddəsinin metabolitlərinin plasentadan keçməsini və ana südünə nüfuz etməsini nəzərə alaraq, preparatı hamiləlik və ya laktasiya dövrlərində istifadə etmək olmaz.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Heç bir məlumat yoxdur.

YODİKSOL istifadə qaydası və dozası

Sprey ağız boşluğunun və boğazın selikli qişasına yerli istifadə üçün nəzərdə tutulmuşdur. İstifadə etməzdən əvvəl qoruyucu qapağı çıxarmaq və mexaniki pompa oxuna püskürdücünü taxmaq lazımdır. Preparatı ilk dəfə istifadə etməzdən əvvəl, dispers cərəyan meydana çıxana qədər püskürdücünün üzərindən bir neçə dəfə sıxmaq lazımdır. Gələcəkdə preparatın istifadəsindən əvvəl, məhlulun püskürdücüyə daxil olması və sıxıldıqdan sonra püskürməsi üçün 2-3 dəfə sıxmaq və daha sonra preparatı istifadə etmək olar.

Anginanın və tonzillitin müalicəsi aparıldıqda, püskürdücünü 2-3 sm ağız boşluğuna daxil etmək, ağızı bağlamaq, tənəffüsü saxlamaq və şəhadət barmağı ilə püskürdücünün üzərindən iki dəfə sona qədər elə sıxmaq lazımdır ki, preparatın birinci cərəyanı sağ tərəfə, ikinci cərəyanı isə sol tərəfə istiqamətlənsin. Qlossitin və ya aftoz stomatitin müalicəsi aparıldıqda, püskürdücünü zədələnmiş nahiyəyə yaxınlaşdırmaq və zədələnmiş nahiyə əsaslı islanana qədər tələb olunan sayda püskürtmə (1-3 sıxılma) həyata keçirmək lazımdır. Preparatı, bir qayda olaraq, sutkada 2-4 dəfə, zərurət yarandıqda isə hər 4 saatdan bir istifadə etmək lazımdır. Müalicənin davametmə müddəti xəstəliyin xarakterindən və ağırlıq dərəcəsindən asılıdır və həkim tərəfindən fərdi olaraq, müəyyən olunur.

İstifadə etdikdən sonra, püskürdücünü mexaniki pompadan çıxarmaq və isti su ilə yumaq lazımdır; mexaniki pompanın üzərinə quruyucu qapaq taxmaq vacibdir. Püskürtmə zamanı konteyneri elə saxlamaq lazımdır ki, püskürdücü yuxarıda olsun. Konteyneri çevrilmiş vəziyyətdə istifadə etmək olmaz.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-21018

Oxşar Məhsullar

Akva Maris 10 ml Damla
6,50 AZN -%0
6,50AZN
Akva Maris 30 ml Burun Spreyi
12,20 AZN -%0
12,20AZN
Akva Maris Allergiya 20 ml Sprey
20,80 AZN -%0
20,80AZN
Akva Maris Ekstra 150 ml Sprey
19,50 AZN -%0
19,50AZN
Akva Maris Norm 50 ml Burun Spreyi
13,00 AZN -%0
13,00AZN
Akva Maris Plyus 30 ml Sprey
15,20 AZN -%0
15,20AZN
Akva Maris Stronq 30 ml Sprey
14,00 AZN -%0
14,00AZN
Akva Maris Uşaqlar üçün 150 ml Sprey
17,60 AZN -%0
17,60AZN
Angilor 30 ml Sprey
19,80 AZN -%0
19,80AZN
Anginovag 10 ml Sprey
16,15 AZN -%0
16,15AZN
Anzibel Bal-Limon N20 Tablet
6,00 AZN -%0
6,00AZN
Anzibel Mentol N20 Tablet
6,00 AZN -%0
6,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce