Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 flakonda 1200 mq (5 ml suspenziyada 200 mq) azitromisin (azitromisin dihidrat şəklində) vardır.
Preparat azitromisinə həssas mikroorqanizmlərin törətdiyi aşağıdakı infeksiyaların müalicəsində istifadə edilir: yuxarı tənəffüs yollarının infeksiyalar, o cümlədən, sinusit, faringit, tonzillit; aşağı tənəffüs yollarının infeksiyaları, o cümlədən, bronxit və pnevmoniya; kəskin orta otit; dərinin və yumşaq toxumaların infeksiyaları; Chlamydia trachomatis və yaa Neisseria gonorrhoeae (külli miqdarda dərman rezistentliyinə malik olmayan ştammlar) ilə törədilmiş ağırlaşmamış genital infeksiyalar. Antibakterial vasitələrin istifadəsi zamanı rəsmi yerli tövsiyələri nəzərə almaq vacibdir.
Preparatın istənilən komponentinə, eritromisinə, istənilən makrolidlərə və ya ketolidlərə qarşı yüksək həssaslıq.
Hamiləlik dövrü Azitromisinin hamiləlik dövründə istifadəsi barədə kifayət qədər məlumat yoxdur. Heyvanlar üzərində reproduktiv toksikliyin öyrənilməsi istiqamətində aparılan tədqiqatlar, azitromisinin plasentadan keçməsini göstərmişdir, lakin, preparatın teratogen effektləri müşahidə olunmamışdır. Hal-hazırda azitromisinin hamiləlik dövründə istifadəsinin təhlükəsizliyinə dair məlumatların təsdiq olunmadığını nəzərə alaraq, Ziromin preparatını hamilə qadınlara yalnız, ana üçün gözlənilən faydası döl üçün potensial riskdən üstün olduğu halda təyin etmək olar. Laktasiya dövrü Azitromisin ana südünə nüfuz edir.
Azitromisinin ana südü ilə qidalanan körpəyə arzuolunmayan effektlərinin olub-olmaması məlum deyil, bu səbəbdən, müalicə müdətində ana südü ilə qidalanmanı dayandırmaq lazımdır. Südəmər körpədə diareyanın, selikli qişaların göbələk xəstəliklərinin və allergik reaksiyaların inkişaf etməsi mümkündür. Müalicə müddətində və müalicə sona çatdıqdan sonra daha 2 gün ərzində, ana südünü sağmaq və utilizə etmək tövsiyə olunur. Daha sonra ana südü ilə qidalanmanı bərpa etmək olar.
Fertilliyi Azitromisin qəbul edən siçovullarda hamiləliyin baş verməsi hallarının tezliyinin aşağı düşməsi müəyyən edilmişdir. İnsanlar üçün göstərilən faktın klinik əhəmiyyəti məlum deyil.
Əvvəlki istifadə təcrübəsinə əsaslanaraq, azitromisin bir qayda olaraq, konsentrasiya və reaksiya vermək qabiliyyətinə təsir etmir. Lakin əlavə təsirlərin yaranması reaksiya sürətinə və nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir edə bilər.
Azitromisin toxumalara qarşı yüksək aktivliyilə digər antibiotiklərdən fərqlənir. Toxumalardakı konsentrasiyası zərdabdakı konsentrasiyasından 50 dəfə yüksəkdir, toxumalardakı yarımxaricolma dövrü isə 2-4 gün arasında dəyişir. Bununla əlaqədar olaraq, preparatın (daxilə qəbul edilən suspenziya hazırlamaq üçün toz formasında) dozalanma rejimində digər mikrobəleyhinə vasitələrlə müqayisədə fərq var. Dozası Uşaqlar və bədən kütləsi 45 kq-dan az olan yeniyetmələrdə bədən kütləsinə uyğun seçilir və 10 mq/kq sutkada 1 dəfə 3 gün ərzində və ya birinci gün 10 mq/kq bədən kütləsinə sutkada 1 dəfə və 2-5-ci günlər bədən kütləsinə görə 5 mq/kq sutkada 1 dəfə (müstəsna: streptokokklu faringit) təşkil edir.
Ziromin preparatının dozalanma rejimi bədən kütləsindən asılı olaraq, aşağıdakı cədvəldə qeyd edilib: Bədən kütləsi Günlər Azitromisinin gündəlik dozası Suspenziyanın gündəlik həcmi 15-25 kq 1-3 200 mq 5 ml 26-35 kq 1-3 300 mq 7,5 ml 36-45 kq 1-3 400 mq 10 ml Böyüklər və 45 kq-dan artıq bədən kütləsi olan yeniyetmələrdə istifadə üçün tərkibində 250 mq və 500 mq azitromisin olan tablet (örtüklü tabletlər) forması vardır. 5 günlük müalicə sxemi Alternativ qismində preparat terapiyanın 5 günlük sxemi üzrə birinci gün bədən kütləsinə görə 10 mq/kq və sonrakı 4 gün müalicədə bədən kütləsinə 5 mq/kq azitromisin hər gün təyin edilə bilər. Sutkalıq doza ölçülü şprisin köməyilə asanlıqla ölçülə bilər. Kəskin orta otit zamanı doza bədən kütləsinə 30 mq/kq azitromisin təşkil edir.
Preparat birdəfəlik və ya 3 və ya 5 günlük terapiya (yuxarıda qeyd edilən dozalanma rejiminə müvafiq) üzrə təyin edilir. Streptokokklu faringit zamanı preparat bədən kütləsinə 10 mq/kq dozada birdəfəlik və ya bədən kütləsinə 20 mq/kq 3 gün ərzində təyin edilir. Azitromisinin sutkalıq dozası 500 mq-ı aşmamalıdır. Klinik tədqiqatlarda hər iki doza müqayisəli klinik effekt göstərmişdir.
Lakin bədən kütləsinə sutkada 20 mq/kq dozanın istifadəsi zamanı bakteriyaların eradikasiyasının daha yüksək səviyyəsi əldə edilmişdir. Buna baxmayaraq, penisillin Streptococcus pyogenes ilə törənən faringitin müalicəsində və revmatik qızdırmanın profilaktikasında ilkin seçim preparatı hesab edilir. Azitromisinin uşaqlar üçün ümumi maksimal dozası bütün göstərişlər üzrə 1500 mq (böyüklər üçün adi doza) təşkil edir. Ağırlaşmayan genital infeksiyalarla aşağıdakı mikroorqanizmlərlə törədilən bədən kütləsi 45 kqdan artıq olan yeniyetmələr və böyüklər: Chlamydia trachomatis: azitromisinin ümumi dozası birdəfəlik 1000 mq təşkil edir; Neisseria gonorrhoeae ştammlarına həssas: azitromisinin məsləhət görülən dozası, müalicə üzrə yerli klinik tövsiyələrlə müvafiq 250 mq və ya 500 mq seftriaksonla 1000 mq və ya 2000 mq təşkil edir.
Penisillinlərə və/ya sefalosporinlərə allergiyası olan pasiyentlərdə preparatın təyinatı zamanı müalicə üzrə yerli tövsiyələrə əməl etmək vacibdir. Azitromisinin 2000 mq dozada qəbulu üçün tərkibində 250 mq və ya 500 mq azitromisin olan örtüklü tablet dərman forması mövcuddur. Uşaqlar və bədən kütləsi 45 kq-a qədər olan yeniyetmələrin müalicəsi üçün preparatın təyinatı zamanı müalicə üzrə qüvvədə olan tövsiyələrə istinad etmək vacibdir. Xüsusi pasiyent qrupları Yaşlı pasiyentlər Yaşlı pasiyentlər üçün preparat böyüklər üçün nəzərədə tutulan dozada təyin edilir.
Yaşlı pasiyentlər ürək aritmiyasına meyilli olduqları üçün preparatın istifadəsi zamanı ürək aritmiyasının və “piruet” tipli mədəcik taxikardiyasının inkişafı riski ilə əlaqədar ehtiyatlı olmaq lazımdır. Böyrək çatışmazlığı olan pasiyentlər Yumaqcıq filtrasiyasının sürəti 10-80 ml/dəqiqə olan böyrək çatışmazlığı olan pasiyentlərdə dozanın korreksiyası tələb edilmir. Qaraciyər çatışmazlığı olan pasiyentlər Yüngül və mülayim dərəcəli qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozanın korreksiyası tələb edilmir. İstifadə qaydası Daxilə qəbul edilən suspenziya hazırlamaq üçün toz.
Hər istifadədən əvvəl suspenziyanı çalxalamaq lazımdır. Suspenziyanın hazırlanması Flakonun içərisində 1200 mq azitromisin olan 30 ml suspenziyanı hazırlamaq üçün şprisin köməyilə 15 ml su əlavə edilir. Hazırlanmış suspenziyanı 25ºCdən yüksək olmayan temperaturda 5 gün ərzində saxlamaq mümkündür. Hər istifadə zamanı flakon, bircins suspenziya alınana qədər yaxşıca çalxalanmalıdır.
Hazır suspenziyanın dozalanması üçün qablaşdırmada olan ölçülü şprisdən istifadə edilir. Suspenziyanın qəbulundan dərhal sonra suspenziyanın ağız boşluğunda qalan hissəsini yumaq və udmaq üçün bir neçə qurtum çay və ya şirə içmək olar. İstifadədən sonra ölçülü şprisi axar su altında yumaq, qurutmaq və preparatla birlikdə saxlamaq lazımdır. İstifadə müddəti Preparatı qida qəbulundan asılı olmayaraq qəbul etmək olar.
Bir qayda olaraq, uşaqlar və böyüklər üçün müvafiq dozada terapiyanın 3 günlük sxemi təyin edilir. Eləcə də, preparatla müalicə müddəti müvafiq dozada 5 gün təşkil edə bilər. Pnevmoniyanın müalicəsi zamanı daha effektiv terapiyanın 5 günlük sxemi hesab edilir. Əksər hallarda 3 günlük müalicə rejiminin istifadəsi kifayət edir.