Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq və ya 10 mq olanzapin vardır.
Böyüklər Olanzapinin istifadəsi şizofreniyanın müalicəsi üçün göstərişdir. Olanzapin müalicənin başlanğıc mərhələsində yaxşı terapevtik cavab əldə olunan pasiyentlərdə uzunmüddətli, dəstəkləyici müalicənin aparılması üçün effektivdir. Olanzapinin istifadəsi mülayim və ağır dərəcəli maniakal epizodların müalicəsi üçün göstərişdir. Göstərilən dərman preparatının istifadəsi, maniakal epizod zamanı olanzapinlə müalicəyə yaxşı cavab əldə olunan pasiyentlərdə bipolyar affektiv pozğunluq residivlərinin qarşısının alınması üçün göstərişdir.
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Bağlıbucaqlı qlaukomanın inkişafı riski təsdiqlənmiş pasiyentlər.
Qadın pasiyent hamilə və ya laktasiya dövründə olduqda, hamilə olduğundan şübhələndikdə və ya hamiləlik planlaşdırdıqda, bu preparatı qəbul etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşməlidir. Hamiləlik Hamilə qadınlarda adekvat, nəzarət edilən tədqiqatlar aparılmamışdır. Qadın pasiyent bilməlidir ki, olanzapinlə terapiya zamanı artıq baş vermiş və ya planlaşdırılan hamiləlik barədə həkimə məlumat verməlidir. Hamilə qadınlarda olanzapinin məhdud istifadə təcrübəsini nəzərə alaraq, preparat, yalnız o zaman istifadə edilə bilər ki, ana üçün potensial fayda dölə olan mümkün riskdən üstün olsun.
Hamiləliyin III trimestrində antipsixotik preparatların təsirinə məruz qalan yenidoğulmuşlar əlavə təsirlərin inkişafı riski qrupuna, daha döğrusu ekstrapiramid simptomların və (və ya) müxtəlif intensivlikli və müddətli ləğv etmə simptomlarının daxildirlər. Oyanıqlıq, yüksəlmiş və ya azalmış əzələ tonusu, tremor, yuxululuq, tənəffüs pozuntusu sindromu və ya ana südü ilə qidalandırma zamanı pozuntu müşahidə edilmişdir. Bu səbəbə görə yenidoğulmuşun vəziyyətinə ciddi nəzarət edilməlidir. Laktasiya Süd verən analarda aparılan tədqiqatlarda müəyyən edilmişdir ki, olanzapin ana südü ilə xaric olur.
Tarazlıq vəziyyətində südəmər körpənin orta ekspozisiyası (bədən çəkisinə mq/kq) ananın qəbul etdiyi dozanın (bədən çəkisinə mq/kq) 1,8%-ni təşkil edir. Olanzapinin istifadəsi dövründə qadın pasiyentə ana südü ilə qidalandırmanı dayandırmaq məsləhət görülür. Fertillik Fertilliyə təsiri naməlum olaraq qalır.
Nəqliyyat vasitələrini idarə etmək və mexanizmlərlə işləmək qabiliyyətinə təsirini öyrənən tədqiqatlar aparılmamışdır. Belə ki, olanzapin yuxululuğa və başgicəllənməyə səbəb ola bilər, pasiyentlərə mexanizmlərlə işləyən və nəqliyyat vasitələrini idarə edərkən ehtiyatlı olmalarının vacibliyi barədə xəbərdarlıq etmək lazımdır.
Zolaksa ODT preparatı həkim tövsiyələrinə müvafiq istifadə edilməlidir. Hər hansı şübhə meydana çıxdığı halda, həkimlə məsləhətləşmək lazımdır. Dozalanması Böyüklər Şizofreniya Olanzapinin tövsiyə olunan başlanğıc dozası sutkada 10 mq təşkil edir. Maniakal epizod Preparatın monoterapiya məqsədi ilə istifadə edilən başlanğıc dozası sutkada 15 mq təşkil edir və kombinəolunmuş müalicə zamanı birdəfəlik doza şəklində və ya sutkada 10 mq dozada qəbul edilir.
Bipolyar affektiv pozğunluq residivlərinin profilaktikası Preparatın tövsiyə olunan başlanğıc dozası sutkada 10 mq təşkil edir. Maniakal epizodun müalicəsi üçün olanzapindən istifadə edən pasiyentlərdə residivlərin qarşısının alınması məqsədi ilə müalicə eyni dozaların istifadəsi ilə davam etdirilməlidir. Yeni maniakal, qarışıq və ya depressiv epizod meydana çıxdığı halda, olanzapinlə müalicə davam etdirilməlidir (zərurət yarandığı halda, doza optimallaşdırılmalıdır), klinik göstərişlər mövcud olduqda isə – affektiv simptomların əlavə müalicəsi başlanmalıdır. Şizofreniyanın və maniakal epizodların müalicəsi müddətində və bipolyar affektiv pozğunluq residivlərinin qarşısının alınması məqsədi ilə preparatın sutkalıq dozası pasiyentin klinik vəziyyətindən asılı olaraq, sutkada 5 mq-dan 20 mq-a qədər diapazonda müəyyən edilə bilər.
Dozanın tövsiyə olunan başlanğıc dozaya nisbətən daha çox artırılması yalnız pasiyentin klinik vəziyyəti təkrar qiymətləndirildikdən sonra aparılmalıdır; dozanın artırılması 24 saatdan az olmayan intervallar ilə həyata keçirilməlidir. Qida qəbulu preparatın sorulmasına heç bir təsir göstərmir və bu səbəbdən, olanzapin qida qəbulundan asılı olmayaraq, istifadə edilə bilər. Olanzapinin istifadəsi ilə müalicənin dayandırılması planlaşdırıldığı halda, dərman preparatının dozasının tədricən aşağı salınması nəzərdən keçirilməlidir. Xüsusi pasiyent qrupları Yaşlı pasiyentlər Yaşı 65 və daha yuxarı olan pasiyentlərdə preparatın aşağı başlanğıc dozasının (5 mq/sutkada) rutin istifadəsi tövsiyə olunmur; bununla belə, göstərilən vəziyyətin klinik qiymətləndirilməsi daha yüksək dozanın istifadəsinin üstünlüyünü təsdiq edərsə, bu nəzərə alınmalıdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).
Böyrək və/və ya qaraciyər funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlər Göstərilən pasiyentlərdə preparatın daha aşağı başlanğıc dozada (5 mq) təyin edilməsi barədə qərar qəbul edilməlidir. Mülayim dərəcəli qaraciyər çatışmazlığı (qaraciyər sirrozu Çayld-Pyu təsnifatına əsasən A və ya B sinfi) qeyd olunduğu halda, preparatın başlanğıc dozası 5 mq təşkil etməlidir və bu doza ehtiyatla artırılmalıdır. Tütündən istifadə edən pasiyentlər Tütündən istifadə edən pasiyentlərdə preparatın istifadə edilən dozası ilə müqayisədə, tütündən istifadə etməyən pasiyentlərdə başlanğıc dozanın və dozalanma diapazonunun dəyişdirilməsi adətən tələb olunmur. Tütün istifadəsi olanzapinin biotransformasiyasını induksiya edə bilər.
Pasiyentin klinik vəziyyəti müşahidə edilməlidir və zərurət yarandığı halda, olanzapinin dozasının artırılmasının məqsədəuyğun olub-olmaması nəzərdən keçirilməlidir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Biotransformasiyanın ləngiməsinə səbəb ola bilən bir neçə faktorun mövcudluğu (qadın pasiyentlər, yaşlı pasiyentlər, tütündən istifadə etməyən pasiyentlər) qeyd olunduğu halda, başlanğıc dozanın aşağı salınması barədə qərar qəbul edilməlidir. Həmin pasiyentlərdə, göstəriş olduğu halda, dozanın artırılması ehtiyatla həyata keçirilməlidir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Uşaqlar və yeniyetmələr Preparatın təhlükəsizliyi və effektivliyi barədə heç bir məlumatın olmamasını nəzərə alaraq, uşaqlarda və yaşı 18-dən aşağı olan yeniyetmələrdə olanzapinin istifadəsi tövsiyə olunmur.
Qısamüddətli tədqiqatda yetkin yaşlı pasiyentlərlə müqayisədə, yeniyetmələrdə bədən kütləsinin daha çox artması və lipid və prolaktin səviyyələrində əhəmiyytəli dəyişikliklər qeyd olunmuşdur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Əlavə təsirləri” bölmələrinə bax). İstifadə qaydası Tablet ağız boşluğuna yerləşdirilməlidir – burada o, ağız suyunda tezliklə həll olunur və asanlıqla daxilə qəbul edilə bilər. Ağız boşluğunda dispersiyalaşan tabletlər ağız boşluğundan zədələnməmiş vəziyyətdə çətinliklə çıxarıla bilər. Ağız boşluğunda dispersiyalaşan tabletin kövrək olduğunu nəzərə alaraq, onu blister qablaşmadan çıxardıqdan dərhal sonra daxilə qəbul etmək lazımdır.
Bundan əlavə, istifadə etməzdən bilavasitə əvvəl tableti bir stəkan suda və ya digər müvafiq içkidə (məsələn, portağal şirəsində, alma şirəsində, süddə və ya qəhvədə) həll etmək olar. Ağız boşluğunda dispersiyalaşan tablet şəklində olanzapin bioloji baxımdan, örtüklü tablet şəklində olanzapinlə eyni olub, oxşar sorulma sürəti və sorulma dərəcəsi nümayiş etdirir. Preparatın dozası və istifadə tezliyi, örtüklü tabletlər şəklində olanzapinin istifadəsi zamanı olduğu kimidir. Ağız boşluğunda dispersiyalaşan tablet şəklində olanzapin örtüklü tablet şəklində olanzapinlə əvəz edilə bilər.
Preparatın istifadəsi müddətində pasiyent onun həddindən artıq güclü və ya həddindən artıq zəif təsirinin müşahidə olunması barədə həkimə məlumat verməlidir.