Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 30 ml spreyin tərkibində 45 mq benzidamin hidroxlorid vardır.
Ağız boşluğu və LOR orqanların iltihabi x əstəliklərinin (müxt əlif etiologiyalı) simptomatik müalicəsi: - qinqivit, qlossit, stomatit (o cümlədən şüa və kimyaterapiyadan sonra); - faringit, laringit, tonzillit; - ağız boşluğunun selikli qişasının kandidozu (kombinəolunmuş terapiyanın tərkibində); - tüpürcək vəzilərinin kalkulyoz iltihabı; - cərrahi müdaxilələrdən və travmalardan sonra (tonzillektomiya, çənə sınıqları); - dişlərin müalicəsi və çıxarılmasından sonra; - parodontoz; Sistem müalic ə tələb ed ən infeksion və iltihabi x əstəlikər zamanı kombinə olunmuş terapiyanın tərkibində tətbiq edilməsi zəruridir.
Benzidaminə və ya preparatın dig ər komponentlərinə qarşı yüksək həssaslıq, 3 yaşa qə dər uşaqlar (yerli istifadə üçün sprey, 0.15%) və ya 18 yaşa qədər uşaqlar (yerli istifadə üçün sprey, 0.30%).
Klinik məlumatlar kifay ət q ədər olmadığına gör ə preparatın hamil əlik v ə laktasiya (ana südü il ə qidalandırma) dövründə istifadəsi məsləhət görülümür.
Preparatın qəbulu nəqliyyat vasitələrini və digər diqqət tələb edən maşın və mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.
Preparatı yeməkdən sonra, yerli istifad ə etmək lazımdır. 1 püskürtm ə qısamüddətli təzyiq zamanı (1-2 san.) 0,15% dozalıq flakonda 0,255 mq benzidaminə, 0,3% dozalıq flakonda is ə 0,51 mq benzidaminə uyğundur. Yerli istifadə üçün sprey 0,15%: Böyüklərə (yaşlı xəstələr daxil olmaqla) və 12 yaşdan böyük uşaqlara: 4-8 püskürtmə gündə 2-6 dəfə. Uşaqlar 6-12 yaş - 4 püskürtmə gündə 2-6 dəfə; 3-6 yaş - 1 püskürtmə bədənin hər 4 kq çəkisinə, lakin 4 püskürtmədən (birdəfəflik maksimal doza) artıq olmamaqla gündə 2-6 dəfə.
Yerli istifadə üçün sprey 0.3% Böyüklər: 2-4 püskürtmə gündə 2-6 dəfə. Müalicə müddəti 4 -5 gündən çox olmamalıdır. Əgə r m əsləhət görül ən müalic ə müddətində yaxşılaşma olmazsa və ya yeni simptomlar üz ə çıxarsa həkimlə məsləhətləşmək lazımdır. Preparatı yalnız içlik v ərəqədə göstərilən istifad ə qaydasına v ə dozaya uyğun olaraq q əbul edin.
Ehtiyac olarsa preparatın qəbulundan öncə həkimlə məsləhətləşin.