Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

ALBUMIN BIOFARMA 100MG 100ML ( 4472)

Məhsul Kodu : 111-06136
71,22 AZN
Daha çox Digər
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

ALBUMİN-BİOFARMA, infuziya üçün məhlul

ALBUMİN-BİOFARMA tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 100 mq insan albumini vardır.

İstifadəsinə göstərişlər

Həcm azlığı və kolloidlərin istifadəsi üçün zərurət yarandığı zaman qanın sirkulyasiyasının bərpası və dəstəklənməsi. Albuminin və ya kolloidin istifadəsi, hər pasiyent üçün rəsmi tövsiyələrə müvafiq fərdi klinik vəziyyətdən asılıdır.

Əks göstərişlər

Qanın zülal preparatlarına və ya preparatın istənilən köməkçi maddəsinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

10%-li Albumin-Biofarma preparatının hamiləlik dövründə istifadəsinin təhlükəsizliyinin nəzarətedilən tədqiqatlarda müəyyən edilməyib. Lakin albuminin istifadəsinin klinik təcrübəsi onun hamiləliyin gedişinə, dölə və yenidoğulmuşa mənfi təsirini aşkar etməyib. Albuminin fertilliyə təsiri nəzarətedilən klinik tədqiqatlarda öyrənilməmişdir. Reproduktivlik funksiya, embrionun və dölün inkişafı, hamiləliyin gedişi, doğuşdan əvvəlki və sonrakı inkişaf üzrə heyvanlar üzərində aparılan eksperimental tədqiqatlar təhlükəsizliyin qiymətləndirilməsi üçün kifayət deyildir.

Lakin, insan albumini adi insan qanının tərkib hissəsidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələr ini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri müşahidə edilməmişdir.

ALBUMİN-BİOFARMA istifadə qaydası və dozası

Albumin preparatının konsentrasiyasını, dozasını və infuziyanın sürətini pasiyentin fərdi tələblərindən asılı olaraq seçmək lazımdır. Yeridilmə üçün tələb olunan doza pasiyentin bədən kütləsindən, travmanın və ya xəstəliyin ağırlıq dərəcəsindən, pasiyentin maye və zülal itkisinin səviyyəs indən asılıdır. Tələb olunan doza, dövr edən qanın həcminin albuminin qeyri -plazma səviyyəsi ilə uyğunluğu əsasında müəyyən edilir. İnsan albuminindən istifadə etdikdə, müntəzəm olaraq, aşağıda qeyd edilən hemodinamik göstəricilərin monitorinqini keçirmək lazımdır: - arterial təzyiq və nəbzin tezliyi; - mərkəzi venoz təzyiq; - ağciyər arteriyasının tutulma təzyiqi; - diurez; - elektrolit tərkibi; - hematokrit/hemoqlobin; - kardioloji/respirator çatışmazlığının klinik təzahürləri (məsələn, təngnəfəslik); - kəllədaxili təzyiqin yüksəlməsinin klinik təzahürləri (məsələn, baş ağrısı).

İnsan albuminini 10% preparatını vena daxilinə bilavasitə və ya izotonik məhlulla durulaş dıraraq (məsələn, 5%-li qlükoza və ya 0,9%-li natrium hidroxlorid məhlulu ilə) yeritmək olar. Albumin məhlulunu inyeksiya üçün su ilə durulaşdırmaq olmaz, çünki bu, pasiyentdə hemolizin baş verməsinə səbəb ola bilər. İnfuziyanın sürətini fərdi şəraitə və göstərişlərə müvafiq seçmək lazımdır. Plazmaferez zamanı infuziyanın sürətini xaricolmanın sürətinə müvafiq seçmək lazımdır.

Albumini böyük həcmlərdə yeritdikdə, preparatı istifadə etməzdən əvvəl otaq temperaturuna və ya bədən temperaturuna qədər qızdırmaq lazımdır.Məhlul bulanıq və ya çöküntülü olduqda, onu istifadə etmək olmaz. Belə dəyişikliklər, proteinlərin qeyri -sabit olmasını və ya məhlulun çirklənməsini göstərir. Qablaşdırma zədəli olduğu halda preparatı istifadə etmək olmaz. Sızma aşkar edildikdə, preparatı ləğv etmək lazımdır.

Flakon açıldıqdan sonra preparatı dərhal istifadə etmək lazım dır! Məhlulun istifadə olunmayan bütün qalıqlarını, yerli tələblərə müvafiq olaraq utilizasiya etmək lazımdır.

Prepared by  T-Soft E-Commerce.