Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 1 mq anastrozol vardır.
Anastrozol Denk 1 mq aşağıdakıl hallarda göstərişdir: - postmenopauzada olan qadınlarda hormon reseptor müsbət süd vəzisinin xərçənginin müalicəsi; - postmenopozal qadınlarda hormon reseptor müsbət, inkişaf etmiş süd vəzisinin xərçənginin müalicəsi; - postmenopozal qadınlarda hormon reseptor müsbət, erkən invaziv süd vəzisinin xərçənginin adyuvant müalicəsi; - artıq 2-3 il ərzində tamoksifen adyuvant qəbul edən postmenopauza dövründə olan qadınlarda hormon reseptormüsbət, erkən invaziv süd vəzisinin xərçənginin adyuvant müalicəsi.
Aşağıdakı hallarda Anastrozol Denk 1 mq əks göstərişdir: ˗ hamiləlik və ya laktasiya dövrü; ˗ anastrozola və ya bu preparatın digər komponentlərindən hər hansı birinə qarşı hiperhəssaslıq.
Hamiləlikdə Hazırkı dövrə qədər anastrozolun hamilə qadınlarda istifadəsi nə dair təcrübə yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksiklik göstərmişdir. Anastrozol Denk 1 mq hamiləlik dövründə əks göstərişdir. Laktasiya Hazırkı dövrə qədər anastrozolun ana südü zamanı istifadəsi ilə bağlı təcrübə yoxdur.
Anastrozol Denk 1 mq ana südü ilə qidalanma zamanı əks göstərişdir. Fertillilik Anastrozolun fertilliyə təsiri öyrənilməmişdir. Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksiklik göstərmişdir.
Anastrozol Denk preparatı nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir və ya cüzi təsir edir. Bununla belə, anastrozolun istifadəsi zamanı asteniya və yuxululuq halları bildirilmişdir və bu simptomlar davam etdikcə, nəqliyyat vasitəsi və ya digər mexanizmlərdən istifadə edərkən ehtiyatlı olmaq lazımdır.
Pozologiyası Yaşlı xəstələr də daxil olmaqla böyüklər üçün Anastrozol Denk 1 mq-ın tövsiyə olunan dozası gündə bir dəfə 1 mq tabletdir. Hormon reseptorları müsbət olan, erkən invaziv süd vəzi xərçəngi postmenopauza dövründə olan qadınlar üçün adyuvant endokrin terapiyanın tövsiyə olunan müddəti 5 ildir. Xüsusi xəstə qruplarında Pediatriyada Anastrozol Denk 1 mq preparatının təhlükəsizliyi və effektivliyi ilə bağlı kifayət qədər məlumat olmadığı üçün uşaq və yeniyetmələrdə istifadəsi tövsiyə edilmir. Böyrək çatışmazlığı Yüngül və ya orta dərəcədə böyrək çatışmazlığı olan xəstələr üçün dozanın dəyişdirilməsi tövsiyə edilmir.
Anastrozol Denk 1 mq ağır böyrək çatışmazlığı olan xəstələrdə ehtiyatla istifadə edilməlidir. Qaraciyər çatışmazlığı Qaraciyər çatışmazlığı olan xəstələr üçün dozanın dəyişdirilməsi tövsiyə edilmir. Anastrozol Denk 1 mq ağır qaraciyər çatışmazlığı olan xəstələrdə ehtiyatla istifadə edilməlidir. Qəbul qaydası Anastrozol Denk 1 mq daxilə qəbul edilir.
Utilizasiya Hər hansı istifadə olunmamış dərman məhsulu və ya tullantı materialı yerli tələblərə uyğun olaraq utilizasiya edilməlidir.