Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 q məlhəmin tərkibində 0, 5 mq betametazon (0,643 mq betametazon dipropionat şəklində), 10 mq klotrimazol, 1000 BV gentamisin (gentamisin sulfat şəklində) vardır.
Kortikosteroid müalic əyə qarşı h əssas dermatozlar, h əmçinin sad ə və allergik dermatit, atopik dermatit, ekzema, dermatomikoz kimi preparatın t əsiredici maddələrinə qarşı həssas olan ağırlaşmış ikincili bakteriya və ya göbələk mənşəli infeksiyalar zamanı və ya bu kimi təhlükələr olduqda.
• Preparatın t əsiredici madd ələrinə həmçinin, aminoqlikozid antibiotikl ərinə, dig ər imidazol törəmələrinə və ya preparatın t ərkibinə daxil olan h ər hansı dig ər komponentl ərinə qarşı yüks ək həssaslıq (allergiya); • virus, bakteriya (həmçinin vərəm) və göbələk mənşəli dəri infeksiyaları; • vaksin sonrası yaranan dəri reaksiyaları; • dəri xoraları; • akne; • rosacea; • perioral dermatit. Anekzem Məlhəmi selikli qişalara, göz ətrafındakı dəriyə həmçinin gözə yaxın nahiyələrə sürtmək olmaz. Anekzem Məlhəm okklyuziv sarğı altında istifadə üçün nəzərdə tutulmayıb.
Hamiləlik Heyvanlar üzərində aparılmış tədqiqatlarında kortikosteroidlərin yerli istifad əsi teratogen t əsir göstərmişdir. Hamilə qadınlarda istifadəsi barədə məlumat yoxdur. Aminoqlikozidlər plasentar baryeri keçir və hamilə qadınlar tərəfindən istifadə edildikdə, preparat dölə zərər verə bilər. Hamiləlik dövründə aminoqlikozidlər, o cüml ədən gentamisin q əbul edən qadınların uşaqlarında anadangəlmə ikitərəfli tam geridönməz karlıq barədə məlumatlar vardır.
Klotrimazolun hamilələrdə istifadəsi barədə kifayət qədər məlumatlar yoxdur. Heyvanlar üz ərində aparılan t ədqiqatlarda döl üçün heç bir risk aşkar edilm əmişdir. Hamil əlik dövründ ə Anekzem Məlhəm yalnız, mütl əq ehtiyac olduğu halda istifad ə edilməlidir. Preparatı geniş sah əyə və çox miqdarda, həmçinin uzun müddət ərzində istifadə etmək olmaz.
Laktasiya dövrü Gentamisin, klotrimazol v ə yerli istifad ə edilən kortikosteroidl ərin ana südün ə keçməsi bar ədə məlumat yoxdur, lakin qan dövranı sisteminə keçən kortikosteroidlərin ana südünə keçmə ehtimalı yüksəkdir. Laktasiya dövründə südvermənin dayandırılması və ya preparatın istifadəsinin dayandırılması, fayda-risk nisbəti nəzərə alınaraq qərar verilməlidir. Preparatın süd vəziləri nahiyəsində istifadəsi zamanı ana südü il ə qidalandırma əks-göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmlərin idarə etmək qabiliyyətinə təsir göstərmir.
Xarici istifadə üçün. Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr. Məlhəm gündə 2 dəfə səhər və axşam dərinin bütün zədələnmiş səthinə və ona bitişik nahiyələrə nazik təbəqə ilə çəkilməli v ə yüngülcə sürtülməlidir. Müalic ənin effektivliyini t əmin etm ək üçün Anekzem məlhəm mütəmadi istifadə edilməlidir.
Müalicə müddəti zədələnmiş nahiyənin ölşüsündən, yerindən, müalicəyə cavabdan - klinik və mikrobioloji müayinənin n əticələrindən asılıdır. Böyüklərdə müalicə müddəti 3 h əftədən artıq olmamalıdır. 12 yaşdan yuxarı uşaqlarda müalicə müddəti 5 gündən artıq olmamalıdır. Pəncə mikozu zamanı daha uzunmüddətli (2-3 həftə) müalicənin lazım olması nəzərdən keçirilməlidir.
2 yaşdan 12 yaşa qədər uşaqlar Az miqdarda M əlhəm yalnız z ədələnmiş dəri sahəsinə çəkilərək ehtiyatla sürtm ək lazımdır. Həmin nahiyə örtülməməlidir. Gündə 2 dəfədən çox olmayaraq, hər istifadə arasında minimum 6-12 saat fasilə ilə istifadə etmək lazımdır. Müalicə müddəti 5 günlə məhdudlaşır.
Məlhəmi üz ə, boyuna, baş d ərisinə, genetal v ə rektal nahiy ələrə həmçinin d ərinin intertriginoz sah ələrinə həkim nəzarəti altında çəkmək lazımdır.