Sevimlilərə əlavə edin
Paylaşın

Asiklovir Denk 50 Mq 7 Qr Krem

Məhsul Kodu : 111-21823
İstehsalçı ölkə : Ruminiya
0 Şərh Şərh
11,23 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

ASİKLOVİR DENK, 5% krem.

Asiklovir tərkibi 

Təsiredici maddə:1 q kremin tərkibində 50 mq asiklovir vardır. Köməkçi maddələr:steorol makroqliseridlər, dimetikon 350, setil spirti, ağ duru parafin (vazelin) , maye parafin, propilenqlikol, təmizlənmiş su.

İstifadəsinə göstərişlər:

 Residivləşən labial və genital herpes ilə əlaqəli ağrı və qaşınmanı aradan qaldırmaq üçün istifadə olunur. Qeyd: Ən yaxşı nəticəni əldə etmək üçün, krem herpes infeksiyasının ilk əlamətləri (yanma, qaşınma, gərginlik, qızartı) göründükdə istifadə olunmalıdır. Suluğun qabığı yox olduqdan sonra, asiklovir kremi ilə virustatik müalicəyə ehtiyac qalmır.

Əks göstərişlər:
 Asiklovirə, valasiklovirə və ya preparatın tərkibində olan hər hansı bir maddəyə qarşı hiperhəssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik Hamiləlik dövründə istifadəyə dair mövcud məlumatlar normal əhali ilə müqayisədə malformasiya hallarının artmasını göstərməmişdir. Baş verən malformasiyaların homoqen olmadığından, eyni səbəbi müəyyən etmək mümkün deyil. Bu preparat, hamiləlik dövründə yalnız fayda-risk nisbəti nəzərə alındıqdan sonra istifadə olunmalıdır. Laktasiya Sistem istifadədən sonra asiklovir ana südü ilə xaric olur. Buna baxmayaraq, ananın Asiklovir Denk 5% preparatını istifadə etdikdən sonra, körpənin ana südü ilə qəbul edə biləcəyi doza əhəmiyyətsizdir.

Asiklovir istifadə qaydası, dozası


 Dozalanma Asiklovir Denk 5% krem 4 saatlıq intervalla gündə 5 dəfə zədələnmiş dəriyə nazik qat ilə çəkilməlidir. İstifadə qaydası Asiklovir Denk 5% kremi, pambıq çubuq vasitəsi ilə dərinin zədələnmiş nahiyələrinin örtülməsi üçün tələb olunan miqdarda tətbiq olunmalıdır. Kremi yalnız görünən herpes əlamətləri (suluqlar, şişkinlik, qızartı) olan nahiyəyə deyil, ətrafına da çəkmək lazımdır. Kremi əllə çəkdikdə, zədələnmiş dərinin bakterial yoluxmasının və ya virusun dəri və ya selikli qişaların digər nahiyələrinə keçməsinin qarşısını almaq üçün, istifadədən əvvəl və sonra əllər yaxşı yuyulmalıdır. İstifadə müddəti Müalicə müddəti adətən 5 gündür. Bəzi hallarda müalicə zədələnmiş dəridə qabıq əmələ gələnə və ya dəri sağalana qədər davam etdirilməlidir. Lakin bir müalicə kursu 10 gündən çox olmamalıdır.

 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-21823

Oxşar Məhsullar

Acm Molutreks 3 ml Flakon
45,40 AZN -%0
45,40AZN
Adalzit Gel 15 Qr
21,88 AZN -%0
21,88AZN
Akriderm Gk Krem 15 Qr
7,60 AZN -%0
7,60AZN
Akriderm Sk Məlhəm 15 Qr
4,70 AZN -%0
4,70AZN
Alledermin Gel 30 Qr
7,20 AZN -%0
7,20AZN
Allergozan 10 Mq Məlhəm 18 Qr
6,90 AZN -%0
6,90AZN
Ametazon 1 Mq 30 Qr Krem
7,78 AZN -%0
7,78AZN
Ametazon 1 Mq 30 Qr Məlhəm
7,00 AZN -%0
7,00AZN
Anti Akne 120 ml Losyon
20,90 AZN -%0
20,90AZN
Asiklovir 50 Mg 10 Qr Məlhəm
0,97 AZN -%0
0,97AZN
Baneosin 250/5000 Iu 10 g Toz
8,70 AZN -%0
8,70AZN
Belunat 20 Q Krem
3,30 AZN -%0
3,30AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce