Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

BENZIL BENZOAT 200MG 50GR EMULS (UKR)

Məhsul Kodu : 111-00111
İstehsalçı ölkə: Moldova
2,18 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

BENZİL BENZOAT EMULSİYASI, 20% xaricə istifadə üçün emulsiya

BENZİL BENZOAT EMULSİYASI tərkibi

Təsiredici maddə: 1 q preparatın tərkibində 200 mq benzilbenzoat vardır.

İstifadəsinə göstərişlər

Pedikulyoz, qoturluq, demodekoz.

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. İrinli xəstəliklər və dərinin zədələnmələri.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir. Müalicə dövründə ana südü ilə qidalanma dayandırılmalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Məlum deyil.

BENZİL BENZOAT EMULSİYASI istifadə qaydası və dozası

Xarici, yerli istifadə olunur (istifadə etməzdən əvvəl silkələyin). 3 yaşdan 5 yaşa qədər olan uşaqlar üçün preparat 1:1 nisbətində qaynadılmış su ilə durulaşdırılır. Pedikulyozun müalicəsi Preparat xaricə, yerli olaraq istifadə olunur (istifadə edilməzdən əvvəl preparatı çalxalamaq lazımdır). Pambıq və ya tənzif tamponunu emulsiya ilə nəmləndirmək, baş dərisinə və ya bədənin tüklü nahiyələrinə çəkmək və dəriyə yüngülcə sürtmək lazımdır.

Başı yaylıqla örtmək lazımdır. Qasıq nahiyəsinin pedikulyozu zamanı 10 dəqiqəlik müalicədən sonra və baş pedikulyozu zamanı 30 dəqiqədən sonra preparatı su ilə yumaq lazımdır. Preparatı başdan yuyarkən onun üzə düşməsindən çəkinmək lazımdır. Bundan sonra yaylığı ilıq 5% sirkə məhlulu ilə nəmləndirmək (bir stəkan sirkəni eyni miqdarda 50°C qədər qızdırılmış su ilə qarışdırmaq lazımdır) və yüngülcə sıxaraq başı 1 saat bağlamaq lazımdır.

Bu zaman sürfələr saçdan ayrılır. Bu prosedurdan sonra saçlar sabun və ya şampunla yuyulur, qalın daraqla daranır, ölü bitlər və sürfələr təmizlənir. Pedikulyoz əleyhinə müalicənin effektivliyi 1 saatdan sonra və ya 1 gündən sonra müəyyən edilir. Sürfələr qaldıqda, saça yenidən yalnız 5% sirkə məhlulu tətbiq olunur.

Qoturun müalicəsi İkincil invaziyanın qarşısını almaq üçün birlikdə yaşayan bütün ailə üzvlərinin, eləcə də təmasda olan şəxslərin eyni vaxtda müalicəsi tələb olunur. Emulsiyadan istifadə etməzdən əvvəl duş qəbul edilməlidir. Emulsiya üz və baş dərisi istisna olmaqla, bütün bədənə tətbiq olunur (fırça ilə edilə bilər). Xüsusilə diqqətlə biləklərə, əllərə, qoltuq altına, budlara, qasıq nahiyəsinə, dırnaqların altına, əl və ayaq barmaqlarının arasına, ayaq altı nahiyələrinə çəkilməlidir.

Emulsiya qurudulmalıdır (adətən 10 dəqiqə isti otaqda). Emulsiya quruduqdan sonra təmiz alt paltarını geyinmək və yataq dəstini dəyişmək lazımdır. Müalicədən sonra əllər 3 saat ərzində yuyulmamalıdır. Emulsiyanın hərtərəfli tətbiqi zamanı adətən dərinin preparatla bir işlənməsi kifayət edir.

Növbəti 5 gün ərzində təkrar müalicə qalıq invaziyanın ehtimalını azaldır. Alternativ müalicə üsulu, emulsiyanın üz və baş dərisi istisna olmaqla, bütün bədənə 12 saat fasilə ilə 3 dəfə tətbiq edilməsidir. Preparatın son tətbiqindən 12 saat sonra isti duş qəbul edilməlidir, alt paltarı və yataq dəsti dəyişdirilməlidir. Demodekozun müalicəsi Preparat axşam saatlarında istifadə olunur.

Üz ilıq su və sabunla yuyulmalıdır, sonra preparat gözlərə, buruna və ağıza düşməmək şərtilə nazik təbəqə ilə üzün dərisinə çəkilməlidir. Səhər üzü isti su və sabunla yumaq lazımdır. Müalicə kursunun müddəti dərinin təmizlənməsinin dinamikası, iltihab prosesinin aradan qaldırılması, qaşınmanın dayandırılması ilə müəyyən edilir və adətən 2-3 həftə təşkil edir. Uşaqlar 3 yaşdan kiçik uşaqlara preparatın istifadəsi tövsiyə edilmir.

3 yaşdan 5 yaşa qədər uşaqlarda istifadə üçün preparat 1:1 nisbətində qaynadılmış su ilə durulaşdırılmalıdır.

Prepared by  T-Soft E-Commerce.