Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

BETADERM 15GR MELHEM

Məhsul Kodu : 111-15192
İstehsalçı ölkə: Polsa
5,76 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

BETADERM, xaricə istifadə üçün məlhəm

BETADERM tərkibi

Təsiredici maddə: 1 q məlhəmin tərkibində 0,5 mq betametazon (betametazon dipropionat şəklində), 1 mq gentamisin (gentamisin sulfat şəklində) vardır.

İstifadəsinə göstərişlər

Betaderm® preparatı qlükokortikosteroidlərə həssas (ikincili bakterial infeksiya ilə kəskinləşən, gentamisinə qarşı həssas) xüsusilə allergik etiologiyalı, həddindən artıq kirəcləşmiş və güclü qaşınma ilə müşayiət olunan dərinin iltihabi xəstəliklərində xaricə istifadə edilir: - atopik dermatit; - seboreyalı dermatit; - qırmızı yastı dəmrov; - ekzema; - psoriaz; - allergik kontakt dermatit; - neyrodermit.

Əks göstərişlər

- Preparatın istənilən komponentinə və ya istənilən qlükokortikosteroidə və ya aminoqlikozidə qarşı yüksək həssaslıq; - dərinin bakterial, göbələk və virus (o cümlədən su çiçəyi, sadə herpes) infeksiyası; - gentamisinə qarşı davamlı bakteriyalarla törədilmiş dəri infeksiyaları; - akne, rozasea; - perioral dermatit; - dərinin vərəm və ya sifilisli zədələnməsi; - dərinin törəmələri, o cümlədən xərçəngdən əvvəl; - venaların varikoz genişlənməsilə əlaqədar flebit, baldırın trofik xorası; - dərinin defekti ilə (yanıqlar) dəri örtüyünün böyük səthinin tamlığının pozulması; - üz dərisində istifadə; - açıq yaralar; - postvaksinal dövr; - hamiləlik; - laktasiya dövrü; - 12 yaşa qədər uşaqlar (təhlükəsizliyi və effektivliyi barədə məlumat yoxdur).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Betametazonun və gentamisinin hamiləlik dövründə istifadəsinin təhlükəsizliyi üzrə məlumat olmadığı üçün Betaderm ® preparatının istifadəsi bu dövrdə əks göstərişdir. Heyvanlar üzərində aparılan tədqiqatlarda müəyyən edilmişdir ki, qlükokortikosteroidlər onların hətta kiçik dozada daxilə qəbulu zamanı teratogen effekt göstərir. Eləcə də, heyvanlarda güclü təsir göstərən qlükokortikosteroidlərin istifadəsi zamanı teratogen effekt təzahür etmişdir. Laktasiya Xaricə istifadəsi zamanı betametazon dipropionatın və gentamisin sulfatın ana südünə sorulan miqdarı barədə məlumat yoxdur.

Betaderm ® preparatının laktasiya dövründə istifadəsinə ehtiyac olduqda, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Betaderm ® preparatı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

BETADERM istifadə qaydası və dozası

Xaricə istifadə edilir. Betaderm ® məlhəmi nazik təbəqə ilə davamlı olmayaraq, dərinin yaralı nahiyəsinə hopdurmanı yaxşılaşdırmaq üçün masaj hərəkətlərilə sürtülür. Böyüklər Sutkada 1-2 d əfədən artıq istifadə etmək olmaz. Fasiləs iz kursun müddəti 2 həftədən artıq olmamalıdır.

Məlhəmi okklüzion sarğının altında istifadə etmək olmaz. Uşaqlar və yeniyetmələr Betaderm ® preparatı 12 yaşdan aşağı uşaqlara əks göstərişdir.

Prepared by  T-Soft E-Commerce.