Sevimlilərə əlavə edin
Paylaşın

Calcemin Advans 200 Iu N30 Tb

Məhsul Kodu : 111-16386
İstehsalçı ölkə : Isveçre
0 Şərh Şərh
7,44 AZN
Kateqoriya: Vitaminlər
KolleksiyaSiqnalın Qiyməti

KALSEMİN ADVANS, örtüklü tabletlər

KALSEMİN ADVANS tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 500 mq kalsium (kalsium sitrat və kalsium karbonat), 200 BV vitamin D3, 40 mq maqnezium (maqnezium oksid), 7,5 mq sink (sink oksid), 1 mq mis (mis oksid), 1,8 mq manqan (manqan sulfat), 250 mkq bor (natrium borat) vardır.

İstifadəsinə göstərişlər

Kalsium, vitamin D və mikroelementlərin catışmazlıgını, onlara olan təlabatı müəyyən pəhriz ilə təmin edə bilmədikdə, əsasən uzunmüddət catlşmazlıqda, qeyri-müntəzəm, balanslaşdırılmamış qidalanmada və həyatın müəyyən dövrlərində artan tələbatını təmin etmək ücün: - yetkinlik - postmenopauza - hamiləlik və laktasiya dövrü (klinik və/və ya həkimin tövsiyəsi ilə) - qocalıq dövrü, o cümlədən: - osteoporozun profilaktikası və xüsusi müalicəsi ücün bir əlavə kimi.

Əks göstərişlər

Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq. Hiperkalsiemiya, agır hiperkalsiuriya, nefrolitiaz, D hipervitaminozu, agır böyrək catışmazlıgı.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Kalsemin Advans hamiləlik və laktasiya dövründə tövsiyə olunmuş dozalarda istifadə oluna bilər, əgər klinik göstəriş varsa. Hamiləlik dövründə kalsiumun sutkalıq dozası 1500 mq- ı, D 3 vitaminin isə 600 BV -i aşmamalıdır, cünki kalsium və D vitamininin xroniki artıq dozalanması döl və yeni dogulmuş körpə üçün zərərli ola bilər. Hamiləlik zamanı hiperkalsiemiya döldə əlavə təsirlərin inkişafına gətirib çıxa ra bilər: paratireoid hormonun inhibə olunması, hipokalsiemiya, tetaniya, epileptik tutmalar və aortal stenoz sindromu əlamətləri kimi retinopatiya, psixi inkişafın yubanması və ya boy artımını n pozulması və yeni doğulmuş körpələrdə hiperkalsiemiyaya gətirib çıxara bilər. Süd verən analara nəzərə almaq lazımdır ki, xolekalsiferol və kalsium ana südünə daxil olur.

Bunu, uşaga əlavə kalsium və D 3 vitamini təyin etdikdə nəzərə almaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Təsir etmir.

KALSEMİN ADVANS istifadə qaydası və dozası

Böyüklərə və 12 yaşından başlayaraq yeniyetmələrə yemək zamanı gündə iki dəfə 1 tablet. Yaşlı pasiyentlər: xüsusi təlimat yoxdur. Böyrək funksiyasının pozğunluqları olan xəstələr: ağır böyrək çatışmazlığı olan xəstələr ə əks göstərışdir. Böyrək funksiyasının yüngül və orta dərəcəli pozğunluqlarında - ehtiyatla, qanda və sidikdə kalsium və fosfor un konsentrasiyasına nəzarət etməklə istifadə etmək lazımdır.

Qaraciyər funksiyasının pozğunluqları olan xəstələr: xüsusi təlimat yoxdur. Müalicə müddəti: Kalsium və vitamin D çatışmazlığını aradan götürmək ücün müalicə kursunun orta müddəti 4-6 həftədən az olmamalıdır. Osteoporozun profilaktikası ücün orta müddəti 2 aydır; osteoporozun müalicəsi üçün - 3 ay. İl ərzində təkrar kursların sayı həkim tərəfindən müəyyən edilir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-16386

Oxşar Məhsullar

Additiva Jumbo-Mix Kids, Vitamin, Calsium N10 Paket
26,60 AZN -%0
26,60AZN
Aemix N30 Cap
34,20 AZN -%0
34,20AZN
Agemo Omega-3 150 ml Srp
29,90 AZN -%0
29,90AZN
Alfadol 30 ml Məhlul
26,60 AZN -%0
26,60AZN
Altade D3 10 ml Damla
37,00 AZN -%0
37,00AZN
Apivit D3 400 20 ml Spray
31,40 AZN -%0
31,40AZN
Avitazin 200 ml Sirop
35,50 AZN -%0
35,50AZN
Benoral B Komplex N50 Tb
29,20 AZN -%0
29,20AZN
Bio-Sink N30 Tb
42,00 AZN -%0
42,00AZN
Cefasel 100 Nutri N60 Tab
50,80 AZN -%0
50,80AZN
Centomaq D3 15 ml Damla
35,00 AZN -%0
35,00AZN
Cifrol D3 6000iu N10 Paket
17,33 AZN -%0
17,33AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce