Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

DEKASAN 0,2MG 200ML SISTEM

Məhsul Kodu : 111-04113
İstehsalçı ölkə: Ukrayna
8,60 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

DEKASAN, yerli istifadə üçün məhlul

DEKASAN tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 0,2 mq dekametoksin vardır.

İstifadəsinə göstərişlər

Dərinin irinli bakterial və göbələk xəstəliklərinin, mikrob mənşəli ekzemanın, yumşaq toxumaların irinli-litihabi zədələnmələrinin (abseslər, karbunkullar, fleqmonalar, furunkullar, irinli yaralar, panarisilər (dolama)), stomatoloji xəstəliklərin (stomatitlər, xoralı-nekrotik gingivit, I-II dərəcəli parodontozun distrofik-iltihabi formasının kəskinləşmə mərhələsi) müalicəsi. Preparatın istifadəsi həmçinin, ağciyər absesində, bronxoektaziya xəstəliyində, irinləşmə ilə ağırlaşmış ağciyərlərin kistoz hipoplaziyasında, xroniki bronxitin kəskinləşmə mərhələsində, xroniki tonzillit, angina zamanı, stafilokokkların və difteriya çubuqlarının daşıyıcılığı qeyd olunduqda, xoralı kolit və paraproktit zamanı göstərişdir. Ginekoloji təcrübədə – uşaqlıq yolu selikli qişasının kandidozunun, cinsiyyət orqanlarının mikrob mənşəli iltihabi xəstəliklərinin müalicəsi, doğuşdan əvvəl doğuş yollarının sanasiyası, doğuşdan sonrakı endometritin müalicəsi üçün istifadə edilir. Qarın və plevral boşluqların irinli-iltihabi xəstəlikləri.

Pasiyentlərin müayinəsi aparıldıqda və tibbi manipulyasiyalar və kiçik cərrahiyyə əməliyyatları müddətində tibb işçilərinin əllərinin və rezin əlcəklərin, metal, rezin, polimer materiallardan və şüşədən hazırlanmış tibbi alətlərin və diaqnostik avadanlığın sterilizasiyadan əvvəlki dezinfeksiyası üçün istifadə edilir.

Əks göstərişlər

Preparatın tərkibinə daxil olan hər hansı komponentə qarşı fərdi hiperhəssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın hamiləlik və ya laktasiya dövründə istifadəsi barədə heç bir məlumat yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə heç bir məlumat yoxdur.

DEKASAN istifadə qaydası və dozası

Dərinin irinli və göbələk mənşəli zədələnmələrində, irinli yaralarda məhlulu zədələnmiş nahiyələrin yuyulması üçün və islatma şəklində istifadə etmək lazımdır. Proktitin və xoralı kolitin müalicəsi üçün preparatın ilıq məhlulunu kəskin iltihab əlamətləri tamamilə aradan qalxana qədər sutkada 2 dəfə 50-100 ml dozada imalə şəklində istifadə etmək lazımdır. Xroniki paraproktit zamanı əmələ gələn fistulları Dekasan® preparatı məhlulu ilə 3-4 sutka müddətində hər gün yumaq lazımdır. Yetkin yaşlı pasiyentlərdə sidik kisəsinin yuyulması məqsədi ilə dekametoksin məhlulunu təmizlənmiş su ilə 1:7-yə nisbətində durulaşdırdıqdan sonra, 500-600 ml dozada (müalicə kursu 7-20 yuyulmadan ibarətdir) istifadə etmək lazımdır.

Ağız boşluğunun selikli qişasında qeyd olunan zədələnmələri 10-15 dəqiqə müddətində 25-50 ml-lik applikasiyalar və ya ağız boşluğunun yaxalanması (100-150 ml) yolu ilə müalicə etmək lazımdır. Kəskinləşmə mərhələsində I-II dərəcəli parodontozun distrofik-iltihabi formasının müalicəsini, iltihab təzahürləri səngiyənə qədər damaqların patoloji ciblərinin preparatın ilıq məhlulu ilə (50- 70 ml) yuyulması və ya damaqların applikasiyası ilə həyata keçirmək lazımdır. Ağız boşluğunun selikli qişasının kandidoz zədələnməsi, xoralı-nekrotik gingivit qeyd olunan pasiyentlər preparatın məhlulu ilə ağız boşluğunu 5-10 gün müddətində sutkada 4 dəfə (100-150 ml) yaxalamalıdırlar. Badamcıqların kandidozu, xroniki tonzillit qeyd olunduqda, damaq badamcıqlarının lakunalarını (çuxurlarını) preparatın istifadəsi ilə yumaq (bir yuyulmaya 50-75 ml) lazımdır.

Stafilokokk və difteriya çubuqları daşıyıcılarının sanasiyası, preparatın məhlulu ilə əsnəyin yaxalanması, lakunaların, burun-boğaz nahiyəsinin və badamcıqların yuyulması yolu ilə aparılır. Lakunaları günaşırı gündə 3-5 dəfə yumaq lazımdır. Ağciyər absesi, bronxoektaziya xəstəliyi, irinləşmə ilə ağırlaşmış ağciyərlərin kistoz hipoplaziyası, kəskinləşmə mərhələsində xroniki bronxit qeyd olunan yetkin yaşlı pasiyentlərə Dekasan® preparatını endobronxial yolla yeritmək lazımdır: - mikrotraxeostoma vasitəsi ilə – gündə 1-2 dəfə 25-50 ml; - transnazal kateter vasitəsi ilə – gündə 1 dəfə 5-10 ml; - ultrasəs inhalyasiya üsulu ilə – gündə 1-2 dəfə 5-10 ml; - traxeobronxial ağacın yuyulması vasitəsi ilə – 100 ml. Müalicənin davametmə müddəti 2-4 həftə təşkil edir.

Qarın və plevral boşluqların irinli-iltihabi xəstəliklərinin müalicəsi zamanı zədələnmiş nahiyəni, 10 dəqiqə müddətindən az olmayan ekspozisiya ilə daşana qədər Dekasan® preparatı ilə doldurmaq lazımdır. Zərurət yarandıqda, o cümlədən “möhkəm” (drenajsız) tikiş olduğu halda, cərrahi müdaxilə nəticəsində əmələ gələn boşluğu dəfələrlə təkrar doldurmaq, məhlulu dəfələrlə dəyişmək və sonda təmiz su müşahidə olunana qədər yumaq lazımdır. Boşluğun axınla yuyulmasını drenaj vasitəsi ilə və ya punksiya üsulu ilə aparmaq lazımdır. Uşaqlıq yolu selikli qişasının mikrob, göbələk və trixomonada mənşəli zədələnmələrinin müalicəsi üçün Dekasan® preparatını (38° C temperatura qədər qızdırılmış 50-100 ml preparat gündə 3 dəfə) şırınqa şəklində istifadə etmək lazımdır.

Bu qayda ilə həmçinin, doğuşdan əvvəl doğuş yollarının birdəfəlik sanasiyasını həyata keçirmək mümkündür. Doğuşdan sonrakı endometritin müalicəsini uşaqlıq boşluğunu sutkada 2 dəfə preparatın ilıq məhlulu ilə (150-200 ml) yumaqla təmin etmək olar. Əllərin və rezin əlcəklərin mikrobsuzlaşdırılmasını, əvvəlcədən təmiz yuyulmuş dezinfeksiyası nəzərdə tutulmuş səthlərin üzərinə 5 dəqiqə müddətində 5-10 ml preparatın çəkilməsi ilə əldə etmək mümkündür. Təmizlənmiş tibbi alətləri, ağızlıqları, borucuqları və digər tibbi avadanlığı dezinfeksiya etmək məqsədi ilə, onları 30 dəqiqə müddətində məhlula yerləşdirmək lazımdır.

Pediatriyada istifadəsi Kəskinləşmə mərhələsində xroniki bronxitdən əziyyət çəkən 12 yaşdan yuxarı uşaqların müalicəsi üçün preparatı sutkada 1-2 dəfə 5-10 ml dozada ultrasəs inhalyasiyaları üsulu ilə istifadə etmək lazımdır. 18 yaşa qədər uşaqlarda digər göstərişlər zamanı preparatın istifadə təcrübəsi yoxdur.

Prepared by  T-Soft E-Commerce.